Aşağıda adları qeyd olunan yarımstansiyalarda tikinti və yenidən qurma işləri başa çatmışdır və hal hazırda fəaliyyət göstərir |
|
Yeni 110/35/6 kV-luq «İçəri Şəhər» yarımstansiyasının tikilib quraşdırılması (2x50 MVA)
|
110/35/6 kV İçəri Şəhər yarımstansiyası Bayraq Meydanı yol layihəsi üzrə yolun genişləndirilən hissəsində yerləşdiyi üçün sökülərək yeni ünvanda tikilib quraşdırılması.
|
110/35/10 kV-luq "Liman" yeni yarımstansiyanın tikintisi (2x50 MVA)
|
Nəsimi, Xətai, Səbail rayonlarının bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması və Dəniz kənarında tikilməkdə olan yeni obyektlərin elektrik gücünün qoşulması, həmçinin Bakı şəhəri ərazisində 110 kV-luq şəbəkənin etibarlılığının artırılması üçün dairəvi sxemin yaradılması məqsədi ilə yeni 110/35/10 kV-luq yarımstansiya inşa edilib istismara verilmişdir.
|
110/20/6 kV-luq "Yeni Bayıl" yarımstansiyanın tikintisi (2x40 MVA)
|
105 saylı yarımstansiya 1950-ci ildə inşa edilmişdir. Yarımstansiya istismar müddətini çoxdan başa vurduğundan ərazidə elektrik enerjisinə artan tələbatı ödəmir. "Bayraq Meydanı " yol layihəsi üzrə 105 saylı y/st-nın əvəzinə 110/20/6 kV-luq 2x40 mVA gücündə yeni yarımstansiya inşa edilməlidir və "Bayıl" y/st-nın yükü bu y/st-ya köçürülməlidir. Yeni 105 saylı y/st-ya Bayl qəsəbəsini, 20-ci yaşayış sahəsini, ərazidə yerləşən neft mədənlərini, eləcə də Bayraq meydanını və dəniz kənarında tikilən obyektləri elektrik enerjisi ilə təmin edir.
|
110/35/10 kV-luq 2x25 MVA gücündə Hava Limanı yarımstansiyasının tikintisi.
|
Yarımstansiyaya hava xəttinin çəkilməsi üçün Hövsan yarımstansiyasında 110 kV-luq APQ-nin genişləndirilməsi və Hövsan-Hava Limanı 110 kV-luq hava xəttinin tikintisi həyata keçirilmişdir. 110/35/10 kV-luq İçəri Şəhər yarımstansiyasının inşasında məqsəd Respublikada ilk dəfə olaraq 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasıdır. Beləki, İçəri Şəhər yarımstansiyasının 220/110 kV-luq Müşfiq, 110/20/6 kV-luq Bayıl, 110/35/10 kV-luq Liman, 110/35/6 kV-luq 227 saylı və 220/110 kV-luq Xırdalan yarımstansiyaları arasında əlaqə yaradaraq, şəhərin elektrik təchizatını əsaslı surətdə yaxşılaşdırılmasına imkan verəcəkdir. Respublikada ilk dəfə olaraq yarımstansiya Almaniyanın Siemens firmasının istehsalı olan 110 və 35 kV-luq eleqaz açarlarla, 2x50 MVA gücündə 110/35/10 kV-luq iki ədəd transformator ilə təchiz olunmuş tam qapalı tipli inşa edilmişdir. 110/35/10 kV-luq İçəri Şəhər yarımstansiyasının qidalandırılması üçün Bayıl yarımstansiyasında iki ədəd 110 kV-luq eleqaz açarlı çıxış yuvaları quraşdırılmışdır.
|
110/35/10 kV-luq "Şıx" yarımstansiyası
|
Səbail rayonunda yeni inşa edilmiş 110/35/10 kV-luq "Şıx" yarımstansiyasının "Şıx" çimərliyi və ətrafda inşa edilən yeni istirahət və biznes mərkəzlərinin elektrik təchizatı reallaşacaqdır. Bu yarımstansiyada hər birinin gücü 40 MVA olan 110/35/10 kV-luq 2 ədəd güc transformatoru quraşdırılmışdır. Yarımstansiyanın qidalandırılması üçün 110 kV-luq "Müşfiq"-"Lök Batan"-Dartı hava xəttindən budaqlanma ilə uzunluğu 3 km olan iki dövrəli hava xətti quraşdırılmışdır.
|
110/35/6 kV-luq 203 saylı yarımstansiya yenidən tikilib gücləndirilmişdir.
|
Nərimanov rayonunda keçmiş "Azərelektroterm" zavodunun ərazisində hələ 1962-ci ildə inşa edilmiş 110/35/6 kV-luq 203 saylı yarımstansiya ("BTEK" yarımstansiyası) yenidən tikilib gücləndirilmişdir. Adı çəkilən yarımstansiyanın elektrik avadalıqları həddindən artıq köhnəlmiş, istismara yararsız hala düşmüşdür. Mövcud avadanlığın bu vəziyyətdə olması külli miqdarda texniki itkilərin yaranmasına səbəb olur. Yarımstansiyada 35 kV-luq açıq paylayıcı quruluşun qapalı tipli quruluşa çevirilməsi ilə bu ərazidə ASC üçün yeni köməkçi binaların (ambar, inzibati bina və s.) tikilməsinə imkan vermişdir. 110/35/6 kV-luq 203 saylı yarımstansiyada gücü 50 MVA olan 2 ədəd güc transformatoru, 2 ədəd əlavə yeni 110 kV-luq yuvanın quraşdırılmışdır, bununlada ərazidə elektrik təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdır.
|
110/35kV-luq "Yasamal-1" Y/st-da əsaslı təmir ışləri aparılmışdır
|
Yasamal rayonunun elektrik təchizatının əsaslı surətdə yaxşılaşdırılması məqsədi ilə 110/35kV-luq "Yasamal-1" Y/st-da əsaslı təmir ışləri aparılmış, yeni müasir avadanlıqlarla təchiz olunmuş 32 kameralı eleqaz acarlı 10 kV-luq qapalı paylayıcı qurqu inşa edilmişdir. Bundan əlavə 120 saylı Y/st-dan çıxan hər birinin uzunluğu 300 metr olan 6 ədəd 6 kV-luq kabel xəttləri yenisi ilə əvəz olunmuşdur.
"Yasamal-1" y/st-nın cari təmir işləri aparılmışdır, ərazisi abadlaşdırılmışdır. Y/st-nın ərazisində yeni 26 kameralı 10 kV-luq QPQ inşa edilmiş, köhnə 10 kV-luq QPQ isə əsalı təmir edilmişdir.
|
110/35/6-10 kV-luq 2x50 MVA +1x40 MVA gücündə "Badamdar" yarımstansiyası.
|
Bakı şəhərinin mərkəzi hissəsini, ələlxüsus Dövlət əhəmiyyətli idarə və təşkilatlarını - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisinin, Nazirlər Kabinetinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, AzTV-nin, Mərkəzi Klinik xəstəxanasının və sair inzibati binalarının elektrik təchizatının yaxşılaşdırılması üçün köhnə 110/35/6-10 kV-luq «Badamdar» yarımstansiyası yenidən qurulmuş və gücləndirilmişdir.
Yarımstansiyada yeni 35; 10 və 6 kV-luq qapalı paylayıcı qurğular inşa edilmiş, müasir eleqaz və vakuum tipli avadanlıqlarla təchiz olunmuşdur. 110/35/10 kV-luq 2x40 MVA gücündə transformatorların əvəzinə 2x50+1x40 MVA ; 35/6 kV-luq 2x10 MVA gücündə transformatorların əvəzinə 2x16 MVA gücündə transformatorlar quraşdırılmışdır.Yarımstansiyanın qidalandırılmasının etibarlığının artırılması üçün «Müşfiq» yarımstansiyasından birbaşa 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə 110 kV-luq qapalı paylayıcı qurğusunda rekonstruksiya işləri aparılaraq əlavə 2 ədəd eleqaz tipli yuva quraşdırılmışdır. Yarımstansiyanın idarəelmə, rele mühafizəsi və avtomatika sistemləri tamamilə yenidən qurulmuşdur.
Yarımstansiyanın ərazisində Səbail RETSİ-nin inzibati binası inşa edilmişdir.
|
110/35/10 kV-luq 215 saylı yarımstansiya
|
Nərimanov rayonu ərazisində yerləşən və texniki cəhətdən böyük əhəmiyyət kəsb edən 35/10 kV-luq 215 saylı yarımstansiya 110 kV-luq gərginliyə keçirilmiş, yarımstansiya gücü 2x40 MVA olan transformatorlarla gücləndirilmiş, bununlada ətrafda yeni inşa edilən yüksək mərtbəli yaşayış binalarının, sənaye və içtimai iaşə obyektlərinin elektrik enerjisinə olan təlabat ödənilmişdır.
|
2007-ci ilin İnvestisiya Proqramında nəzərdə tutulmuş yeni gücü 2x40 MVA olan 110/35/10 kV-luq Buzovna yarımstansiyası tikilərək istismara verilmişdir
|
Bu obyektlərin istifadəyə verilməsi ilə 1 və 2 saylı Qonaq Evlərinin, mühüm strateji əhəmiyyəti digər Dövlət obyektlərinin, Zuğulba, Bilgəh və Nardaran qəsəbələrinin, bir çox tibb ocaqlarının və sanatoriyaların elektrik təchizatının əsaslı surətdə yaxşılaşdırılması mümkün olmuşdur.
Buzovna y/st tikilməsi ilə həmin bölgədə yerləşən 35/10/6 Bilgəh, 35/10 Amburan və Nardaran Y.st-larının gücləri bölünərək ifrat yüklənmənin qarşısı alınmışdır.
|
110/20/6 kV-luq "Bayıl" yarımstansiyasında tikinti işlərinin aparılması.
|
110/20/6 kV-luq "Bayıl" yarımstansiyasının yenidən qurulması ilə əlaqədar olaraq köhnə 20 və 6 kV-luq QPQ-nin əsaslı təmir işləri aparılmış, müasir tipli avadanlıqlar quraşdırılmışdır.
|
110/35/10 kV-luq 2x40 MVA gücündə "Liman" y/st
|
Bakı şəhərində dairəvi 110 kV-luq elektrik təchizat sxeminin yaradılması məqsədi ilə 110/35/10 kV-luq "Liman" y/st inşa edilmişdir.
|
110/35/6 kV-luq 227 saylı y/st
|
110/35/6 kV-luq 227 saylı Yarımstansiya 1933-cü ildə tikilib istismara verilmişdir. Yarımstansiya Nərimanov, Xətai, Nəsimi rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada 3 ədəd 40 MVA gücündə transformator quraşdırılmışdır.
|
110/35/6 kV-luq 2x40 MVA gücündə Hoca-Həsən y/st
|
Binəqədi rayonun ərazisində yerləşən, 1947-ci ildə inşa edilmiş fiziki və mənəvi cəhətdən köhnəlmiş 35/6 kv-luq 87 saylı yarımstansiya neft mədənlərini, zavod, kicik istehsal obyektlərini elektrik enerjisi ilə təmin edirdi.Son illər respublikada, o cümlədən Bakı şəhərində aparılan geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri Binəqədi, Qaradağ və Yasamal rayonlarında da elektrik enerjisinə olan təlabatın kəskin artmasına səbəb olmuşdur.
Belə ki, inşa ediləcək Lomonosov adına Moskva Dövlət Universitetinin filialının, Bakı Metropoliteninin stansiyasının, Bakı Beynəlxalq Avtovağzalının, sənaye, ticarət və mədəni-sosial obyektlərin, eləcə də, dairəvi yolun işıqlandırılması ücün elektrik enerjisinə olan tələbatı köhnə "87" saylı yarımstansiya təmin edə bilməzdi. Bu səbəbdən Bakı şəhərinə əlavə qidalındırıcı 110 kV-luq hava xətlərinin cəkilməsinə, yeni güc mənbəyinin yarımstansiyanın tikintisinə zərurət yaranmışdır.
Gələcəkdə yeni cəkilmiş 110 kv-luq xətlərin, tikintisi nəzərdə tutulmuş yeni və mövcud yarımstansiyalarla əlaqələndirilməsi ilə dairəvi elektrik təchizat sxeminin yaradılmasına nail olunacaq və şəhərin elektrik təchizatının dayanaqlığı təmin olunacaqdır.
Binəqədi rayonunun ərazisində 35/6 kv-luq köhnə 87 saylı yarımstansiyanın əvəzinə müasir tipli "Siemens" firmasının istehsalı olan elektrik avadanlıqlarla təhciz olunmuş 110/35/10 kv-luq, hər birinin gücü 40 MVA olan iki transformatorlu "Xoca Həsən" yarımstansiyası inşa edilmişdir. Bu yarımstansi¬yada 110 kV-luq acıq paylayıcı qurğu, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular , idarəetmə mərkəzi və işçi personalı üçün otaqlar inşa edilmişdir. Bakı şəhərinin əsas qidalandırıcı xətlərindən olan və "Xoca Həsən" yarımstansiyasını elektrik enerjisi ilə təmin edən, "Səngəçal" yarımstansiyasından 44 km uzunluğunda 110 kV-luq iki dövrəli hava elektrik veriliş xətti cəkilmişdir. Bundan əlavə, "Xoca Həsən" yarımstaniyası ilə "Yasamal-2" yarımstansiyası arasında 110 kV-luq, 93 saylı yarımstansiya arasında isə 35 kV-luq hava xətləri quraşdırılmışdır.
Yarımstansiyanın ərazisində ağaclar əkilmiş, yaşıllıq zolaqları salınmış, ətrafı abadlaşdırılmışdır, bu da öz növbəsində yeni inşa edilmiş energetika obyektinə xüsusi yaraşıq vermişdir.
110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyası
|
1973-cü ildən istismarda olan 110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyası Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir. Şəhərin mərkəzi hissəsində, 1-5-ci mikrorayonlarda yerləşən istehlakçıların elektrik təchizatı bu yarımstansiyanın 10 kV-luq şəbəkəsi vasitəsilə yerinə yetirilir.
Yarımstansiyanın 35 kV-luq şəbəkəsi vasitəsilə 35 kV-luq 88,99,111 saylı yarımstansiyalar qidalandırılır. Şəhərdə yeni obyektlərin və yüksək mərtəbəli yaşayış evlərinin tikintisi ilə əlaqədar yarımstansiya elektrik enerjisinə olan tələbatı ödəmir. Bu səbəbdən "Bakıelektrikşəbəkə" ASC tərəfindən İnvestisiya Proqramı əsasında "Dağlıq" yarımstansiyası tamamilə yenidən qurulmuşdur. Belə ki, yeni 35 kV-luq qapalı paylayıcı qurğusu inşa edilmiş, 110 və 10 kV-luq qapalı paylayıcı qarğularında rekonstruksiya işləri aparılmışdır. Yarımstansiyada müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, 110 kV-luq reaktorlar quraşdırılmışdır, yeni kabel kanalları tikilmişdir. Yarımstansiyada yeni rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri quraşdırılmışdır.
Yarımstansiyanın ərazisində Nəsimi RETSİ-nin inzibati binası inşa edilib istismara verilmişdir.
Aşağıda adları qeyd olunan yarımstansiyalarda tikinti və yenidən qurma işləri başlanmış və hal-hazırda davam etdirilir: |
|
110/6/6 kV-luq BMKZ y/st-nın yenidən qurulması.
|
Y/st-da mövcud hasarın, köhnə texniki qurğu və binaların sökülməsi, sahənin təmizlənməsi və yeni hasarın tikintisi aparılmışdır. Y/st-da 110 kV-luq APQ-nin və 6 kV-luq QPQ-nın yenidən qurulması nəzərdə tutulmuşdur.
|
|
|