
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
(Bu Məcəllə Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 906-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Ümumi hissə
I bölmə. Ümumi müddəalar
Birinci fəsil. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri
Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.
1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.
Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 3. İnzibati məsuliyyətin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri
Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi
5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.
5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir.
Maddə 6. Qanunçuluq prinsipi
6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.
6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi
7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar.
7.2. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeçiliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.
Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.
Maddə 9. Ədalətlilik prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi
Dövlət və ya yerli özünüidarəetmə orqanları, inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.
Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir.
11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ-hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.
İkinci fəsil. İnzibati xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta anlayışı
Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.
Maddə 14. İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsa, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur.
Maddə 15. Fiziki şəxslərin inzibati məsuliyyəti
15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
15.2. İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində «Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə» ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
15.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə, intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.
15.4. Bu Məcəllənin 15.3-cü maddəsində göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.
15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 15.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər.
15.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
15.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd: Bu Məcəllənin 15.3-cü maddəsində «hərbi qulluqçular» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür.
Bu Məcəllənin 15.4-cü maddəsində «intizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilən digər şəxslər» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa düşülür.
Bu Məcəllənin 15.6-cı maddəsində «əcnəbilər» dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər başa düşülür.
«Vətəndaşlığı olmayan şəxslər» dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər başa düşülür.
Maddə 16. Vəzifəli şəxslərin inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Republikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
Maddə 17. Hüquqi şəxslərin inzibati məsuliyyəti
Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
Üçüncü fəsil. İnzibati məsuliyyəti istisna edən hallar
Maddə 18. Son zərurət
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur.
Maddə 19. Zəruri müdafiə
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.
Maddə 20. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu İdarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.
Maddə 21. İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya inzibati məsuliyyətdən azadetmə
Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.
Dördüncü fəsil. İnzibati tənbeh
Maddə 22. İnzibati tənbehin məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Maddə 23. İnzibati tənbeh növləri
23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər:
23.1.1. xəbərdarlıq;
23.1.2. inzibati cərimə;
23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;
23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;
23.1.6. əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma;
23.1.7. inzibati həbs.
23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1—23.1.4-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.
Maddə 24. Xəbərdarlıq
Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
Maddə 25. İnzibati cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul mabləğidir.
25.2. İnzibati cərimənin aşağıdakı meyarları vardır:
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən şərti maliyyə vahidinin miqdarı;
25.2.2. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;
25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.
25.3. İnzibati xətalara görə alınan cərimənin miqdarı şərti maliyyə vahidinin üç mislindən az ola bilməz.
25.4. Şərti maliyyə vahidinin ilə hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin qırx mislindən, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin doxsan mislindən, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin üç yüz mislindən artıq ola bilməz.
25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin miqdarı həmin predmetin dəyərinin yüz faizindən ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.
25.6. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.(1)
Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması
26.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.
26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir.
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslər barəsində odlu silahın, döyüş sursatının və digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz.
26.4. Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 27. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi
27.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.
27.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.
27.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz.
27.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 28. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması
28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
28.2. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz.
28.3. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.
Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.
Maddə 30. İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.
30.2. Hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edila bilməz.
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir.
Maddə 31. Əsas və əlavə inzibati tənbehlər
31.1. Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.
31.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.
Beşinci fəsil. İnzibati tənbeh tətbiq etmə
Maddə 32. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları
32.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
32.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
32.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
32.4. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.
Maddə 33. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar
33.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir:
33.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;
33.1.2. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;
33.1.3. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;
33.1.4. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi.
33.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər.
Maddə 34. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar
34.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:
34.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
34.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi;
34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;
34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;
34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;
34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.
34.2. İnzibati tənbeh tətbiq edən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterindən asılı olaraq bu Məcəllənin 34.1.6-cı maddəsində göstərilən halı məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər.
Maddə 35. Bir neçə inzibati xəta törədildikdə inzibati tənbeh tətbiq etmə
35.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
35.2. Bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. (8)
Maddə 36. İnzibati məsuliyyətə cəlb etmə müddətləri
36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
36.2. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.
36.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.
36.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.(23)
Maddə 37. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.
Maddə 38. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
38.1. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.
38.2. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
Xüsusi hissə
II bölmə. İnzibati xətalar
Altıncı fəsil. Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar
Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması
39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə—
39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.(1, 24, 33)
Maddə 40. Təşviqat-nəşr materallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə—
Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə—
Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması
Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa—
Maddə 42-1. Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması
Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunmasına görə -
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.(33)
Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi
Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -
müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. (33)
Maddə-42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə -
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. (33)
Maddə-42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər altımış mislindən səksən mislinədək miqdarda cərimə edilir.(33)
Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakalığa çağıran çıxışlar edilməsi ya bu cür materialların yayılması
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakalığa çağıran çıxışlar edilməsi ya bu cür materialların yayılmasına görə—
Maddə 43-1. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə -
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. (33)
Maddə 44. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması
44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən:
44.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun pozulmasına;
44.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamasına;
44.0.3. seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə;
44.0.4. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə—
Maddə 45. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə
45.1. Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvünə qanunvericiliklə müəyyən edilmiş məzuniyyətin verilməsindən imtina etməyə görə—
45.2. Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədilə həmin şəxsləri işdən azad etməməyə görə—
Maddə 46. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
46.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə—
46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə—
Maddə 47. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması
47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə—
47.2. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə—
47.3. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə—
Maddə 48. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması
48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən sasvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə—
48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə—
Maddə 49. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma
Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə—
Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu, az miqdarda ziyan vurduqda —
Qeyd: Bu Məcəllənin 50, 50-1, 50-2-ci və 50-3-cü maddələrində «az miqdarda ziyan vurduqda» dedikdə, şərti maliyyə vahidinin min mislinədək olan miqdarı başa düşülür. (1, 27, 35, 54)
Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması
Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə çıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda—
Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda—
folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (kontrafakt nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir. (35)
Maddə 50-3. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu az miqdarda ziyan vurduqda—
məlumat toplusunun kontrafakt nüsxələri, həmçinin kontrafakt nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər müsadirə edilməklə, fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir. (56)
Maddə 51. Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi
Yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə—
Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma
Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə—
Maddə 53. Əmək qanunvericiliyinin pozulması
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən
doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki
yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.
53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə—
53.3.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının verilməsinə görə-
vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.
Qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsinə görə—
şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir. (43)
Maddə 53-2. Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürməməMüvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsinə görə—
şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək miqdarda cərimə edilir. (43)
Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;
54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;
54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;
54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;
54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə görə—
Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə—
Maddə 56. Əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi
İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə—
Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə—
Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə—
Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi
Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə—
Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə
Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə—
Yeddinci fəsil. Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 61. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslərin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxması barəsində kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə—
Maddə 62. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslə əlaqədə olmuş və profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə—
Maddə 63. Zöhrəvi xəstəliklə və ya HİV-lə yoluxma mənbəyinin gizlədilməsi
Zöhrəvi xəstəliyi olanlar tərəfindən yoluxma mənbəyinin və ya HİV-lə yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə—
Maddə 63-1. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması
63-1.1. Donor olmaq istəyən şəxs tərəfindən keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə —
63-1.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə —
63-1.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir. (73)
Maddə 64. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olma
64.1. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə—
64.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə—
Maddə 65. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması
Müəssisələrdə, idarələrdə və təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə—
Maddə 65-1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması
65-1.0. Süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:
65-1.0.1. süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə;
65-1.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;
65-1.0.3. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə -
fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir. (34)
Maddə 66. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması
Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə—
Maddə 67. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normaların və qaydaların, normativlərin pozulması
Sanitariya epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə—
Maddə 68. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması
68.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və s.) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə—
68.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə—
Maddə 68-1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının, prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və ya emalında istifadə etmək məqsədi ilə prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-
Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri, onların analoqlarını və ya prekursorları könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.(6)
Maddə 68-2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsi
Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsinə görə-
Maddə 68-3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq
Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müavinədən boyun qaçırmağa görə-
Səkkizinci fəsil. Mülkiyyət əleyhinə olan inzibati xətalar
Maddə 69. Xırda talama
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə—
Qeyd: Talanmış əmlakın dəyəri şərti maliyyə vahidinin otuz mislindən yuxarı olmadıqda, bu xırda talama hesab edilir. (1)
Maddə 70. Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsi
Meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə—
Maddə 71. Xüsusi razılıq (lisenziya) olmadan yerin təkindən istifadə etmə
Xüsusi razılıq (lisenziya) olmadan və ya lisenziyada nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə—
Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə—
Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə
Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə—
Maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması
Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə—
Maddə 75. Təsərrüfat əkinlərinin korlanması
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə—
Doqquzuncu fəsil. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması
76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə—
76.2. Ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə—
76-1-0. Atmosfer havasının mühafisəsi sahəsində qanunvericiliyin pozulması, yəni:
76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;
76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqlardan və cihazlardan istismar qaydalarının pozulmasına;
76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə;
76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşfləri, ixtiraları, səmərələşdirici təklifləri, yeni texniki sistemləri, maddələri tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə;
76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;
76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə—
Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması
77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə—
77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə—
Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması
78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə—
78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə—
Maddə 79. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması
79.1. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə—
79.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə—
Maddə 80. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması
80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin qanunvericilik aktı ilə müəyyən edilən normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə—
80.2. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə—
Maddə 81. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə—
Maddə 82. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə—
Maddə 83. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə—
Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamaması
Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə—
Maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə—
Maddə 84-1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir. (36)
Maddə 85. Yerin təkindən istifadə qaydalarının pozulması
85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:
85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;
85.0.2. yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;
85.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;
85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;
85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;
85.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;
85.0.7. yerin təkindən istifadə edərkən haqqvermə qaydalarının müntəzəm olaraq pozulmasına;
85.0.8. ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;
85.0.9. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
85.0.10. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və xüsusi razılıq verən orqana məlumat verilməməsinə görə—
Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizimlərlə yoluxdurulmasına görə—
86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə—
Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi
87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə—
87.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə—
Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə—
Maddə 88-1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə
88-1.1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onları müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə -
88-1.2. İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə görə -
Maddə 88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsəsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin bağlanılması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması
88-2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə-
88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-
şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.
Maddə 89. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə—
Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi
90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin və ya melioriasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə—
90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə—
Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə—
Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə—
92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə—
Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə—
Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə—
Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə—
Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz -fındıq, göbələk, giləmeyvə yığılması
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə—
Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə—
Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə—
Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə—
Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə—
Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;
101.1.2. su obyektlərinin özbaşına tutulmasına;
101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə—
101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:
101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;.
101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;
101.2.4. içməli məişət, texniki və tullantı sularını kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə—
Maddə 102. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması
102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:
102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;
102.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;
102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə;
102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
102.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
102.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına;
102.0.7. su çıxarmaq üçün quyuların qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə—
Maddə 103. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə—
103.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə—
Maddə 104. Tullantıların yerləşdirilməsi və emalı tələblərinin pozulması
104.1. Şəhərlərin və ya digər yaşayış məntəqələrinin ərazisində, kurort, müalicə-sağlamlıq, meşə və rekreasiya zonalarında, yeraltı suların, təsərrüfat və içməli su tutarlarının olduğu ərazilərdə, eləcə də faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılmasına görə—
104.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə—
Maddə 105. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulması
105.0. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulmasına, yəni:
105.0.1. insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə;
105.0.2. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət sınağından və qeydiyyatından keçməmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, ixracına və istifadəsinə yol verilməsinə;
105.0.3. istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin və ya qalıq miqdarına görə müəyyən edilmiş tələblərə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarının satışına və istifadəsinə yol verilməsinə;
105.0.4. pestisidlərin, aqrokimyəvi maddələrin və vasitələrin, materialların tətbiqi, istifadəsi, zərərsizləşdirilməsi və basdırılması qaydalarının pozulmasına görə—
Maddə 106. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi
İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi sənədlərində qeyd etmək barəsində qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin gəminin və ya digər üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər yazılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə—
107.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni:
107.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
107.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməməsinə;
107.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
107.0.4. tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
107.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə—
Maddə 108. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması
108.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
108.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;
108.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;
108.0.3. hazırlanmış materialların bir nüsxəsinin xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş hallarda hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;
108.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şəraitin yaradılmamasına;
108.0.5. müvafiq razılıq olmadan müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə va ya fəaliyyətinin dayandırılmasına;
108.0.6. müvafiq razılıq olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə;
108.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə—
Maddə 109. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması
109.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:
109.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;
109.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;
109.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə—
Maddə 110. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə—
Maddə 111. Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması
111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə—
111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə—
Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması
112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;
112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;
112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;
112.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılmasına;
112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;
112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;
112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə—
Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması
113.0. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:
113.0.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.0.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.0.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.0.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;
113.0.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;
113.0.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;
113.0.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;
113.0.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;
113.0.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;
113.0.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;
113.0.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;
113.0.12. bu Məcəllənin 113.0.1-113.0.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşaiyət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə—
Onuncu fəsil. Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 114. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması
114.1. Sənaye sahələrində və obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə—
114.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə—
Maddə 115. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması
Sənaye sahələrində və obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə—
Maddə 115-1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
115-1.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına, yəni:
115-1.0.1. Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsinə;
115-1.0.2. Hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidənqurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib edilməməsinə;
115-1.0.3. Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı tərəfindən təhlükəsizlik bəyannaməsinə düzgün olmayan məlumatların göstərilməsinə görə-
Maddə 116. Elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulması
116.0. Elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına, yəni:
116.0.1. elektrik və ya istilik qurğularında, avadanlıqlarda, enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının və ya onların texniki səviyyəsinin yüksəldilməsi və saxlanması üçün qoyulmuş tələblərin yerinə yetirilməməsinə;
116.0.2. elektrik və ya istilik enerjisinin istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və informasiyanın vaxtında təqdim olunmamasına;
116.0.3. elektrik və ya istilik qurğularının, avadanlıqların, cihazların və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin bilərəkdən yanlış ekspert rəyinin verilməsinə;
116.0.4. dövlət energetika ekspertizasının rəyi olmadan, energetika standartlarının tələblərinə cavab verməyən elektrik və ya istilik qurğularının, avadanlıqların, cihazların və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və satışına;
116.0.5. müəssisələrin, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının və başqa obyektlərinin layihələşdirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaydaların və normaların və ya enerjiyə qənaət üzrə qəbul edilmiş tələblərin pozulmasına;
116.0.6. elektrik və ya istilik enerjisindən müntəzəm olaraq səmərəsiz və ya israfçılıqla istifadə olunmasına;
116.0.7. hesabat sayğacı olmadan elektrik, yaxud istilik enerjisindən istifadə edilməsinə;
116.0.8. elektrik və ya istilik enerjisindən istifadə müqaviləsində təyin edilmiş müddətdə sərf olunmuş enerjinin dəyərini ödəmədiyi üçün enerji təchizat müəssisəsi tərəfindən şəbəkədən açılmış istehlakçının özbaşına yenidən şəbəkəyə qoşulmasına görə—
Maddə 117. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması
117.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun, istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə—
117.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasına görə—
Maddə 118. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulması
Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə—
On birinci fəsil. Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 119. Damazlıq işi haqqında qanunvericiliyin pozulması
119.0. Damazlıq işi haqqında qanunvericiliyin pozulmasına, yəni:
119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;
119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;
119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;
119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;
119.0.5. xüsusi razılıq (lisenziya) olmadan damazlıq xidməti göstərilməsi ilə məşğul olmağa;
119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;
119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə—
Maddə 120. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması
120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:
120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;
120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;
120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;
120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;
120.0.5. istehlakçının bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;
120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə—
Maddə 121. Toxumçuluq haqqında qanunvericiliyin pozulması
121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:
121.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;
121.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən şəhadətnaməsi və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;
121.0.3. toxumların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;
121.0.4. lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;
121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə;
121.0.6. toxumçuluqda tətbiq edilan uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə—
Maddə 122. Bitki karantini qaydalarının pozulması
122.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bitki karantini obyektlərinə aid olan bitki xəstəliklərinə və ziyanvericilərinə, habelə karantin alaq otlarına qarşı mübarizə qaydalarının pozulmasına görə—
122.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bitki karantini nəzarətində olan toxumların, bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına görə—
Maddə 123. Bitki mühafizəsi qaydalarının pozulması
123.0. Bitki mühafizəsi qaydalarının pozulmasına, yəni:
123.0.1. bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks tədbirləri pozmaqla aparmaqla və ya aparmamaqla ziyanverici obyektlərin kütləvi yayılmasına və inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və onların məhv edilmasinə şərait yaradılmasına;
123.0.2. bitki mühafizə vasitələrinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət edilməməsi nəticəsində başqa torpaq mülkiyətçilərinə, torpaq istifadəçilərinə və fiziki şəxslərə ziyan vurulmasına, kənd təsərrüfatı məhsullarını və ətraf mühiti pestisidlərlə və digər kütləvi vasitələrlə çirkləndirilməsinə;
123.0.3. dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalının, satışının, xaricdən gətirilməsinin və tətbiqinin təşkil edilməsinə;
123.0.4. tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan məhsulların satılmasına görə—
Maddə 123-1. Satış məqsədi olmadan narkotik xassəli bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
Satış məqsədi olmadan narkotik xassəli bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, becərilməsi və ya yetişdirilməsinə görə-
Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması
Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə—
Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması
125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
125.0.2. heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
125.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;
125.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə—
Maddə 126. İt və pişik saxlama qaydalarının pozulması
Şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə—
Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə—
Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması
128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə—
128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə—
Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi
129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə—
129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə—
On ikinci fəsil. Hava, dəniz, çay və dəmir yolu nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətalar
Maddə 130. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
130.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə—
130.2. Lazımi icazə olmadan Azərbaycan Respublikasının hava sahəsində istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə—
130.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə—
130.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə—
130.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə—
Maddə 130-1. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə —
Maddə 131. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşınması və tarif qaydalarının pozulması
131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına görə—
131.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə—
Maddə 132. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə—
132.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə—
Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması
133.1. Hava gəmisində olan şəxslərin gəmi komandirinin sərəncamlarını yerinə yetirməməsinə görə—
133.2. Hava gəmisində kompüter, fotoşəkil, kinoçəkmə və radiorabitə vasitələrindən müəyyən edilmiş xüsusi istifadə qaydalarının pozulmasına görə—
Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—
Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə—
135.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə—
135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə—
Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması
136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə—
136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə—
Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi
Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə—
Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—
Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə—
139.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə—
Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—
Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə—
141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə—
Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə—
142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə—
Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə—
Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə—
Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə—
Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—
146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə—
Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə—
147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə—
Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—
Maddə 149. Nəqliyyatda biletsiz getmə
149.1. Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə—
149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə—
şərti maliyyə vahidinin on misli miqdarında cərimə edilir.
149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə—
şərti maliyyə vahidinin iyirmi misli miqdarında cərimə edilir.
149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması
150.1. Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobusda, marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə—
150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə—
şərti maliyyə vahidinin on beş misli miqdarında cərimə edilir.
150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə—
şərti maliyyə vahidinin otuz misli miqdarında cərimə edilir.
150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
Maddə 150-1. Sənədsiz sərnişin daşıma
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə—
On üçüncü fəsil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddindən aşılmasına, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsinə və ya piyada keçidlərinin keçilməsinə, habelə ötmə, manevr etmə, yol ayrıcını keçmə, araməsafəsi, dayanma və durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə—
151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə və yaxud 3.1 «Giriş qadağandır», 3.2 «Hərəkət qadağandır» yol nişanları tələblərinin və ya sərnişin daşıma qaydalarının pozulmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə—
151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə—
151.4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə—
151.5. Bu Məcəllənin 151.2-ci, 151.3-cü 151.4-cü, 155.3-cü və 156-cı maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə balı toplamasına görə—
151.6. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə—
151.7. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə—
Qeyd: Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla, 151.4-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi isə 5 balla qiymətləndirilir. (1, 8, 68)
Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi
152.1. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə, yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsinə görə—
152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunmasından sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinə görə—
152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzinda inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə—
152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə—
152.5. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə—
Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması
153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;
153.1.2. yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə;
153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə—
153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə—
153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;
153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
153.3.4. sükanı tutmadan idarə edilməsinə;
153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;
153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə—
153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
153.4.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;
153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;
153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;
153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə—
153.5. Bu Məcəllənin 153.1-153.4.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə—
153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə—
153.7. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə—
Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması
154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, vəkalətnamə və digər əsaslarla başqa şəxsə verildikda onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə—
154.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə—
154.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə—
154.4. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə—
Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması
155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:
155.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;
155.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;
155.1.3. nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışmağa;
155.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;
155.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;
155.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;
155.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;
155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;
155.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə görə—
155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:
155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;
155.2.2. normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə;
155.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin
oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər
düsturunun pozulmasına və ya habelə tormoz və sükan idarə sisteminin əvəz
olunmasına səbəb olan dəyişikliklər edilməsinə, yaxud tormoz sistemi,
sükan idarə mexanizmi nasaz olan nəqliyyat vasitələrinin idarə
olunmasına;
155.2.4. müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və yaxud operativ xidmətlərinin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə görə—
155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə—
155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsaratinin yetirilməsinə görə—
155.5. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə—
Qeyd: Bu Məcəllənin 155.3-cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. (1, 8, 30)
Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması
Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə—
Qeyd: Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir. (1)
Maddə 156-1. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi
Qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə-
Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması
Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə—
Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə—
158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə—
158.3. Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə—
Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə—
On dördüncü fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə—
Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
161.1. Müvafiq icazə olmadan avtomobil yollarında tikinti, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə—
161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə—
Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə—
Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
163.0. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:
163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə;
163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;
163.0.3. yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub-boşaldılmasına;
163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;
163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;
163.0.6. mal-qaranın otarılmasına;
163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;
163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;
163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;
163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;
163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;
163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmamasına görə—
Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
164.0. Müvafiq icazə olmadan avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:
164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;
164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;
164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;
164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;
164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;
164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;
164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;
164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;
164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə—
Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
Yol hərəkətinin müvvəqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə—
Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması
166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə—
166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə—
166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə—
Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə—
Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə—
On beşinci fəsil. Rabitə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə—
Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma
Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə—
Maddə 171. Radioelektron, radio rabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulması
Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə—
Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması
Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə—
Maddə 172-1. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə—
şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, şərti maliyyə vahidinin min mislinədək olan miqdarı başa düşülür. (68)
Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması
Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasınıa və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə—
Maddə 174. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara; norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə—
Maddə 175. Sertifikatlaşdırılmamış rabitə
vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə
buraxılması
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan
sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların
realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə
buraxılmasına görə—
Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması
Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasına görə—
Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə—
Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması
Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə—
Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə—
Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi
Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə—
On altıncı fəsil. İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə—
Maddə 181-1.Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılması
Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə—
Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə —
Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması
181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə—
181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə—
181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə—
181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə—
181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə—
181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən, əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə—
Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması
182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə—
182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə—
Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması
Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatların informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə—
183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə—
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə—
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə—
fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.
183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə—
fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir. (57)
Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı
Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə—
Maddə 185. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma
Kütləvi informasiya vasitələri məhsullarının müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunvericiliklə nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə—
Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması
186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə—
186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə—
Maddə 187. Teleradio verilişlərindən (proqramlarından istifadə) qaydalarını pozma
187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə—
187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə—
Maddə 187-1. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması
187-1.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:
187-1.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;
187-1.0.2. nəzarət fonoqramlarının surətini müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;
187-1.0.3. insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına;
187-1.0.4. texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə;
187-1.0.5. teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına;
187-1.0.6. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına görə—
Maddə 188. Kütləvi informasiya vasitələrinə sponsorluq etmə
Reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə—
Maddə 189. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə
189.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:
189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa;
189.0.2. mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
189.0.3. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
189.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə—
Maddə 190. Statistik məlumatların verilməsi qaydalarının pozulması
Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə—
Maddə 191. Statistik sirrin yayılması
191.1. Statistik sirrin yayılmasına, yəni hüquqi və fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların, bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə—
191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə—
Maddə 192. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə—
On yeddinci fəsil. Mənzil təsərrüfatı və abadlıq qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması
193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə—
193.2. Yaşayış evlərinin, yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə—
193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə—
Maddə 194. Özbaşına tikinti işlərinin aparılması
194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə—
Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.
194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə—
Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması
Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmış normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə—
Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması
196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:
196.0.1. xüsusi razılıq (lisenziya) olmadan şəhərsalma fəaliyyəti ilə məşğul olmağa;
196.0.2. ətraf mühitin vəziyyəti haqqında hüquqi və fiziki şəxslərin sorğularına tam məlumat verməkdən imtina etməyə;
196.0.3. şəhərsalma reqlamentlərini pozmağa;
196.0.4. şəhərsalma normalarını və qaydalarını, normativ hüquqi aktların və normativ texniki sənədlərin tələblərini pozmağa;
196.0.5. layihənin tərtibatını və təsdiq olunması qaydalarını pozmağa;
196.0.6. mühəndis-axtarış işləri aparılmadan layihələşdirmə və tikinti işlərini aparmağa;
196.0.7. baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xətləri pozulmaqla, tikinti üçün torpaq sahələrini ayırmağa;
196.0.8. torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə etməyə;
196.0.9. dövlət tərəfindən xüsusi tənzimlənən zonaların rejiminə əməl etməməyə və onların ərazilərindən təyinatı üzrə istifadə etməməyə;
196.0.10. tikintisi başa çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydalarını pozmağa;
196.0.11. dövlət ekspertizası aparılmadan şəhərsalma sənədlərini təsdiq etməyə;
196.0.12. şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət edən orqanların fəaliyyətinə maneçilik törətməyə və həmin orqanların göstərişlərinə əməl etməməyə görə—
Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə—
Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsi və ya özbaşına qırılması
Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə—
On səkkizinci fəsil. İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-
Qeyd: Bu Məcəllənin 199-204, 205-ci və 221.1-ci maddələrində «az miqdarda» dedikdə, şərti maliyyə vahidi məbləğinin min mislinədək olan miqdarı başa düşülür. (2, 8, 22, 45)
Maddə 199-1. Vəkil adından qanunsuz
istifadə
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu
əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə
olunmasına görə — fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx
mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən
doxsan mislinədək miqdarda cərimə edilirlər. (49) Maddə 199-2. Ailə kəndli təsərrüfatının uçota durmaması
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu
təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -
Maddə 200. Yalançı sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-
Maddə 201. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə, bu, az miqdarda ziyan vurduqda-
Maddə 202. Qəsdən müflisləşmə
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu, az miqdarda ziyan vurduqda-
Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda-
Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu, az miqdarda ziyan vurduqda-
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə — xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri şərti maliyyə vahidinin qırx mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət şərti maliyyə vahidinin üç yüz mislindən çox miqdarda törədildikdə yaranır. (22, 37)
Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu, az miqdarda ziyan vurduqda-
Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması
206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:
206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;
206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;
206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;
206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;
206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;
206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;
206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;
206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə—
Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması
Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə—
Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə—
Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə—
Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması
Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə—
Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə—
Maddə 212. Xidməti məlumatdan qanunsuz istifadə
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının işçisi tərəfindən xidməti məlumatdan öz mənafeyi üçün istifadə edilməsinə və ya həmin məlumatın əqdlərin bağlanmasi üçün üçüncü şəxslərə verilməsinə görə—
Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə—
Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə—
Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə—
Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinİN girovunun və digər girovun dövlət qeydiyyatına aLınması qaydalarının pozulmasına görə—
Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması
Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə—
Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması
Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə—
Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə—
Maddə 220. Səhmdarın hüquqlarının pozulması
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə—
Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması
221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu, az miqdarda ziyan vurduqda-
221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitələrində reklamın yayılmasına görə—
221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklam yayılmamasına görə-
221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə-
fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz iyirmi mislindən iki yüz mislinədək miqdarda cərimə edilir. (1, 21, 67)
Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması
221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:
221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;
221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;
221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—
vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir. (51)
Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması
222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə—
222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə—
222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericilikdə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə—
222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə—
Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması
Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən malumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda-
Qeyd: Bu maddədə «az miqdarda ziyan vurduqda» dedikdə, şərti maliyyə vahidinin yeddi min mislinədək olan miqdarı başa düşülür. (1)
Maddə 223-1. Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün təqdim edilməməsi
223-1.1 Qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə şərti maliyyə vahidinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.
223-1.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -
şərti maliyyə vahidinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir. (38)
Maddə 223-2. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi
qaydalarının pozulması
223.2.0. Azərbaycan Respublikasının pul nişanlarının
nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası)
zamanı: 223-2.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul
nişanlarına dəyişdirilmənin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə
məhdudiyyətlərin qoyulmasına; 223-2.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul
nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqının tutulmasına
görə
vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarında cərimə edilir. (54, 58)
Maddə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə —
On doqquzuncu fəsil. Ticarət qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstƏrilməsi)
Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə—
Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması
225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə—
225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə—
Maddə 226. Qiymət intizamının pozulması
226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə—
226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə-
fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz iyirmi mislindən iki yüz mislinədək miqdarda cərimə edilir. (1, 67)
Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması
Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə—
Maddə 228. İstehlakçıların hüquqlarının pozulması
228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:
228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına;
228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;
228.0.3. normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.4. məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış malların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun buraxılmasına və ya satılmasına, işin (xidmətin) görülməsinə;
228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayari malların satılmasına;
228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;
228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;
228.0.10. dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına;
228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;
228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə—
Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə—
Qeyd: bu maddədə «az miqdarda» dedikdə, şərti maliyyə vahidinin beş yüz mislinədək olan miqdarı başa düşülür. (26)
Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması
230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə—
230.2. Aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə—
Maddə 231. İstehlakçıları aldatma
Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu, az miqdarda olduqda-
Qeyd: Bu maddədə «az miqdarda olduqda» dedikdə, şərti maliyyə vahidinin qırx mislinədək olan miqdarı başa düşülür. (1)
Maddə 232. Mülki silahın satış qaydasının pozulması
Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə—
Maddə 233. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə—
Maddə 234. Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma
Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı almağa və ya satmağa görə, bu, az miqdarda olduqda-
Qeyd: Bu maddədə «az miqdarda olduqda» dedikdə, şərti maliyyə vahidinin min mislinədək olan miqdarı başa düşülür. (1)
Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılmasi və ya işlərin (xidmətlərin) göstərilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə—
Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması
236.1. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə—
236.2. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə—
Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə—
Maddə 238. Qiymətli metallardan və ya qiymətli yarım-qiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulması
Qiymətli metallardan və ya qiymətli, yarım-qiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulmasına görə—
Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması
Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə—
Maddə 240. Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması
Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə—
Maddə 240-1. Elektron ticarət haqqında qanunvericiliyin pozulması
240-1.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə —
240-1.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin