"Energetiklər Günü" peşə bayramının təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq qərara alıram:

Hər il oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunsun.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2004-cü il