
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin təsdiq edilməsi haqqında
Qərar # 145
Bakı şəhəri, 14 iyun 2006-cı il
«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli, 312 nömrəli Fərmanının 1.4-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 2006-cı il üçün 30 manat məbləğində müəyyən edilsin.
2. Bu qərar 2006-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ