"Təsdiq edirəm"
Azərbaycan
Respublikası
Satınalmalar üzrə
Dövlət
Agentliyinin
direktoru
_________İ.Ə.Mehdiyev
"10 " fevral 2003-cü
il
Əmr
# 01-1
Azərbaycan Respublikasında malların dövlət satınalınalarının açıq tender üsulu ilə təşkili və həyata keçirilməsinə dair
METODİKİ TƏLİMAT
Bu Təlimat "Dövlət satınalmaları
haqqında" Azərbaycan Respublikası Qanununa, "Dövlət satınalmaları haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli Fərmanına və
Satınalmalar üzrə Dövlət Agentliyinin Əsasnaməsinin 9.1-ci bəndinə əsasən
hazırlanmışdır.
1.
Maliyyələşdirmə
mənbələri;
1.1. Azərbaycan
Respublikasında dövlət satınalmaları dövlət büdcəsi, dövlət müəssisə və
təşkilatları (idarəbri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox
olan müəssisə və təşkilatların vəsaitləri, dövlətin aldığı və
dövlət zəmanəti ib alınmış kreditlər və qrantlar hesabına
maliyyəbşdirilir.
2.
Tendev iştivakçılarının
qanunauyğunluğu
2.1 Dövlət
satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna
olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud
hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan
Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak
edə bilərlər. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma
prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, buna
əsas vermiş səbəbləri satınalma prosedurları haqqında hesabatda şərh etməlidir;
2.2 Satınalan təşkilatdan hüquqi,
maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin
təşkilat tərəfındən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
2.3 Aşağıdakı şəxslər satınalma
prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və
satınalmalarla əlaqədər digər vəzifələrin icraçısı ola bilməzlər:
2.3.1. satınalma prosedurlarında iştirak
edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu,
qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılıhq münasibətləri
olanlar;
2.3.2. satınalma
prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən
iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
2.4. Malgöndərənin (podratçının), onun
tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı
olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə
bilməzlər.
3. Malların
və xidmətlərin mənşəyi.
3.1
Müqavilədə nəzərdə tutulmuş və təqdim olunan bütün mallar və onunla bağlı
xidmətlərin mənşəyi və harada istehsal olunduğu bilinməlidir;
3.2 Göstərilən maddədə "mənşə" sözü,
malın haradan qazılıb çıxarılması, becərilməsi, hazırlanması və yaxud onunla
bağlı xidmətlərin mənbəyini əhatə edir;
3.3 Mallarm və xidmətlərin mənşəyi
iddiaçının dövlət mənsubiyyətindən fərqlənir.
4. Tenderdə iştirak
haqqı.
4.1.
Malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu almaq və iddiaçı kimi
qeydiyyatdan keçmək üçün satınalan təşkilata tender elanında və yə tenderə
dəvətdə qeyd olunmuş məbləğdə iştirak haqqı ödəməlidirlər.
4.2. İddiaçı öz tender təkliflnin
hazırlanması və təqdim edilməsi ilə əlaqədar bütün xərcləri qarşılamalıdır.
Satınalan təşkilat tenderin nəticələrindən asılı olmayaraq bu xərclərə görə heç
bir öhdəlik daşımır.
5. Əsas şərtlər
toplusunun məzmunu.
5.1. Əsas şərtlər toplusunda,
malların alınması qaydaları və müqavilə şərtləri göstərilir.Tender elanından
başqa, Əsas şərtlər toplusu aşağıdakılardan ibarət olmalıdır:
a) Tender təkliflərinin hazırlanmasına
dair təlimatlar
b) Əsas şərtlər
toplusunun məlumat xəritəsi
c)
Müqavilənin şərtləri
ç) Alınan malların
siyahısı
d) Texniki spesifikasiyalar
e) Tender təkliflərinin forması və
Qiymət cədvəlləri
ə) Tender
təkliflərinin tə'minatı forması
i)
Müqavilənin yerinə yetirilməsinin təminatı forması.
5.2. İddiaçı, əsas şərtlər
toplusunun məzmununu, o cümlədən təlimatları, formaları, şərtləri və texniki
spesifıkasiyaları öyrənməlidir. Bu sənədlər və tender təklifi haqqında tam
təsəvvürü, məlumatı olmayan, Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən
təklif vermək iddiaçının tender təklifinin kənarlaşdırılması ilə nəticələnə
bilər.
6. Əsas şərtlər
toplusuna dair izahat.
6.1. Malgöndərən (podratçı)
tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə
bilər. Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 7 bank
günü qalanadək verilməlidir. Satınalan təşkilat belə sorğulara tender
təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 5 bank günü qalanadək cavab
verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən, tenderin əsas şərtlər
toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Satınalan
təşkilat tenderin əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı
malgöndərənlərlə (podratçılarla) görüş keçirə bilər. Bu görüşün nəticələri
protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal tenderin əsas şərtlər toplusunu
almış bütün malgöndərənlərə (podratçılara) göndərilir.
7. Əsas şərtlər
toplusunda düzəlişlərin edilməsi.
7.1. Satınalan təşkilat tender
təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna
öz təşəbbüsü ilə və ya hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab
olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin
əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir.
Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə
malikdir.
8. Tender
təklifinin
dili.
8.1.
İxtisas uyğunluğunun müəyyənləşdirilməsinə dair sənədlər toplusu, tenderin əsas
şərtlər toplusu, təkliflərin, ofertaların və kotirovkaların cəlb olunmasına dair
sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Zərurət
olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin
birinə tərcümə oluna bilər.
9.
Tender təklifinə əlavə edilən sənədlər.
9.1.
Iddiaçının hazırladığı tender təklifi aşağıdakı göstərilən məlumatları özündə
əks etdirməlidir:
a) 10, 11 və
12-ci maddələrə uyğun olaraq tərtib edilmiş Tender təklifınin forması və Qiymət
Cədvəlləri;
b)
13-cü maddəyə əsasən İddiaçının tender təklifini vermək hüququ, səriştəsi və
müqavilə bağlamaq səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər;
v) 14-cü
maddəyə əsasən İddiaçının təqdim etdiyi malların, köməkçi xidmətlərin Əsas
şərtlər
toplusuna uyğunluğu təsdiq edən sənədlər;
q) 15-ci
maddəyə əsasən tender təklifınin təminatını təsdiq edən sənədlər.
10.
Tender təklifinin forması.
10.1 Tender
təklifində və Qiymət Cədvəlində göndəriləcək malların adı, qısa təsviri,
istehsal olunduğu və ya gətirildiyi ölkə, həcmi, ölçü vahidi və qiyməti
göstərilməlidir.
10.2 Hüquqi və
fiziki şəxs hər tender predmeti üzrə bir iddiaçı qismində iştirak edə bilər və
iddiaçı kimi yalnız bir təklif verə bilər.
11. Tender təklifinin
qiyməti.
11.1 İddiaçı
öz tender təklifinə əlavə etdiyi Qiymət Cədvəllərində müqavilə çərçivəsində
göndəriləcək mal vahidinin və ümumi qiymətlərini göstərməlidir;
11.2 Qiymət
cədvəllərində göstərilən qiymətlər aşağıdakı cədvəllər üzrə göstərilməlidir.
Cədvəl 1. Xaricdən gətirilən mallar üzrə qiymət cədvəli:
I. Əsas
şərtlər toplusunun məlumat xəritəsində göstərilən şərtlərlə, Azərbaycan
Respublikasında təyin olunmuş yerə gətirilməsi nəzərə alınmaqla və bütün
ödəniləcək gömrük rüsumları və vergiləri, sığorta ödəmələri daxil olmaqla,
malların təsbit olunmuş qiyməti. İddiaçı xaricdən malların gətirilməsi zamanı
3.1-ci maddədə göstərildiyi kimi səlahiyyətli ölkədə qeydiyyatdan keçmiş dəniz
nəqliyyatından, nəqliyyat və sığorta agentliklərinin xidmətlərindən istifadə edə
bilər;
II.
Cədvəl 2. Azərbaycan Respublikası ərazisindən gətirilən mallar üzrə qiymət
cədvəli:
I.
EX-factory (zavoddan), EX-showroom (sərgidən), EX-Warehouse (anbardan), şərti
ilə malların qiyməti, vəziyyətdən asılı olaraq, bütün ödəniləcək gömrük
rüsumları və vergiləri daxil olmaqla;
a)
EX-factory (zavoddan) alınma şərti ilə istehsal olunan və ya yığılan malların
qiyməti və
b)
EX-showroom (sərgidən), EX-Warehouse (anbardan) alınma şərti ilə - əvvəllər
idxal
olunmuş malların qiyməti;
- Müqavilə
bağlandığı halda, mallara görə Azərbaycan Respublikasmda ödəniləcək vergilər;
III.
Cədvəl 3. Ölkə daxili daşımalar:
I. Ölkə
daxilində nəqliyyat xərclərinin ödənilməsi, sığorta və siyahı üzrə alınan
malların təyin olunmuş yerə qədər gətirilməsi ilə əlaqədar digər daşmma
xərclərinin dəyəri;
Cədvəl 4. Ümumi yekun:
I. 1-ci, 2-ci
və 3-cü Cədvəllərin yekunu
Cədvəl 5. Təklif olunan əlavə mallar üzrə qiymət
cədvəli.
I.
Alınması təsdiq olunan mallardan başqa iddiaçının təklif etdiyi digər malların
qiyməti.
11.3.
11.2-ci maddəyə uyğun olaraq iddiaçıların tender təkliflərinin komponentlərə
görə bölüşdürülməsi, satınalan təşkilatın təkliflərin müqayisəsini asanlaşdırmaq
məqsədini daşıyır və bu təklif olunan şərtlərlə müqavilənin bağlanmasında
satınalan təşkilatın hüquqlarını
məhdudlaşdırmır;
11.4.
İddiaçının təklif etdiyi qiymətlər, müqavilənin qüvvədə olma müddəti ərzində
dəyişməz qalmalıdır və tender sənədbrinin məlumat xəritəsindən başqa şərtlər
nəzərdə tutulmayıbsa heç bir halda həmin qiymətlər dəyişdirilə bilməz.
12. Tender
təklifinin valyutası.
12.1
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində
qiymətləri manatla göstərməlidirlər.
12.2 Xarici
hüquqi və fiziki şəxslərin tender təklifləri sərbəst dönərli valyuta ilə
göstərdikdə, tender təkliflərinin verilməsinin son gününə Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.
13. Tender
iştirakçılarının hüquqlarını və ixtisaslarını təsdiq edən sənədlər.
13.1.
İddiaçı 9-cu maddəyə uyğun olaraq öz tender təklifı ilə birlikdə, tenderdə
iştirak etmək hüququnu, ixtisasını təsdiq edən sənədləri təqdim etməlidir;
13.2.
İddiaçının tenderdə iştirak etmək hüququnu təsdiq edən sənədlərlə
göstərilməlidir ki, İddiaçı tender təklifıni təqdim edən vaxt, 2-ci maddəyə
uyğun olaraq həqiqətən hansısa ölkənin hüquqi nümayəndəsidir:
a) Müqavilə
çərçivəsində təklif olunan malları özü istehsal etmirsə və hazırlamırsa, həmin
malların Respublikaya gətirilməsi üçün səlahiyyəti olması haqqında istehsalçının
müvafiq təsdiqedici sənədi təqdim edilməlidir;
b) Müqavilənin
yerinə yetirilməsi üçün İddiaçının maliyyə, texniki və istehsal imkanları
olmalıdır;
c)
Respublika ərazisində təsərrüfat fəaliyyəti həyata keçirməyən İddiaçı (qalib
gəldiyi təqdirdə) müqavilədə və ya texniki spesifikasiyalarda nəzərdə tutulmuş
qaydada texniki xidmət, təmir və ehtiyat hisssələrini təmin etmək üçün
Respublikaya öz qanuni nümayəndəsini göndərməlidir;
ç) Satınalma
prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas
göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
- satınalma
müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın,
təcrübəsinin, texniki və maliyyə imkanlarını, işçi qüvvəsinin, idarəetmə
səriştəsinin, etibarlığının
olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti
olması;
- öz
əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti
olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş
girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə
yetirilməsi vaxtı keçmiş öhdəliklərinin
olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə
işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafıq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi.
14.
Alınan malların əsas şərtlər toplusunun tələblərinə uyğunluğunu təsdiq edən
sənədlər.
14.1 9-cu
maddəyə uyğun olaraq, İddiaçı müqavilə ilə bütün malların və xidmətlərin Əsas
şərtlər toplusuna uyğun olaraq yararlığını təsdiqləyən sənədləri özünün tender
təklifinin bir hissəsi kimi təqdim etməlidir;
14.2 Təklif
olunan malların mənşəyini təsdiqləyən sertifıkat təqdim
olunmalıdır;
14.3.
Əsas şərtlər toplusuna uyğun olaraq malların və xidmətlərin sənədlərlə
təsdiq olunması mətn formasında, çertyoj şəklində təqdim oluna bilər və
aşağıdakılar buraya daxil edilməlidir:
a)
malların əsas texniki və istismar xassələrinin dəqiq şərhi;
b)
malların və xidmətlərin əsas şərtlər toplusunda göstərilmiş texniki tələblərə
uyğunluğunu nümayiş etdirən və ya əksinə texniki şərtlərdə göstərilən
tələblərdən istisna və ya dəyişikliyi əks etdirən sənəd;
14.4.
14.3.(b) maddəsində qeyd olunan şərtlərin yerinə yetirilməsi üçün Satınalan
təşkilat göstərməlidir ki, işlərin yerinə yetirilməsi standartları, avadanlıq və
materiallar, habelə fırma markaları və texniki şərtlərdə göstərilən kataloq
nömrələri məhdudiyyət deyil şərti xarakter daşıyır. Texniki şərtlərdə
göstərilənlərlə mahiyyət etibarilə eyni qiyməti olan və Satınalan təşkilatı
təmin etmək şərtilə İddiaçı öz tender təklifmdə alternativ standartlar, fırma
adları və nömrəbri təklif edə bilər.
15.Tender
təklifinin tə'minatı.
15.1.
İddiaçı 9-cu maddəyə uyğun olaraq öz tender təklifı ilə birlikdə tender
təklifinin təminatıın təqdim edir. Tender təklifinin təminatının tender
təklifınin ümumi qiymətinin 1-5 faizinədək məbləğdə müəyyənləşdirir. Təminatın
qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox
olmalıdır.
15.2.
Tender təklifınin təminatı aşağıdakı hallarda təxirə salınmadan qaytarılır:
15.2.1.
tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
15.2.2.
tender prosedurları ləğv olunduqda;
15.2.3.
tenderdə ilk üç yerdən birini tutmayan iddiaçılara tenderin nəticələrinə dair
qərar qəbul olunduqdan sonra;
15.2.4.
tender təklifınin qüvvədə olma müddətinin uzadılması təklifıni qəbul etməyən
iddiaçılara tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
15.2.5
tender qalibinə satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə
yetirilməsi üçün təminat verildikdən sonra;
15.2.5
tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara tender qalibi ilə bağlanan
satınalma müqavibsi qüvvəyə mindikdən
sonra.
15.3
İddiaçı tender təklifı verməzdən əvvəl satınalan təşkilata təklifın təminatı
emitentinin və ya təsdiqləyici tərəfın münasibliyini təsdiq etmək (əgər tələb
olunursa) barəsində sorğu verə bilər. Satınalan təşkilat bu cür sorğuya
ləngimədən cavab verməlidir.
15.4
Münasibliyi təsdiq edilmiş emitent və ya təsdiqləyici tərəf sonradan hər hansı
səbəbə görə ödəmə qabiliyyətini və ya etibarlığını itirdikdə satınalan təşkilat
onların verdikləri təminatı rədd etmək hüququna malikdir.
15.5
Satınalan təşkilat emitent barəsində hər hansı tələbini, habelə tender təklifi
üçün tələb olunan təminatın növünü, formasını və digər şərtbrini tenderin əsas
şərtlər toplusunda göstərir. Satınalan təşkilat tender təkliflərinin təminatı
ilə bağlı iddiaçıların hərəkətlərinə hər hansı tələbləri yalnız aşağıdakı
hallara tətbiq edə bilər:
15.5.1.
tender təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya tender
təklifınin qüvvədə olma müddəti başa çatanadək tender təklifınin geri
götürülməsi və ya dəyişdirilməsi;
15.5.2.
satınalan təşkilat satınalma müqaviləsini imzalamağı tələb etdiyi halda
müqavilənin imzalanmaması;
15.5.3.
tender təklifi aksept edildikdən sonra satınalma müqaviləsinin yerinə
yetirilməsi üçün tələb olunan təminatın verilməməsi və ya müqavilə imzalananadək
tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtin yerinə
yetirilməməsi.
16.Tendev
təklifinin qüvvədə olma müddəti.
16.1.
Tender təklifinin 19-cu maddəyə uyğun olaraq Satınalan təşkilatın göstərdiyi
tender zərfləri açılma tarixindən sonra, Əsas şərtlər toplusunun məlumat
xəritəsindən göstərildiyi müddət ərzində qüvvədə olmalıdır. Bu müddət tender
zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir. Daha qısa
qüvvədə olma müddətinə malik tender təklifi əsas şərtlər toplusunun tələblərinə
cavab vermədiyinə görə Satınalan təşkilat tərəfindən kənarlaşdırıla bilər;
16.2.
Tender təkliflərinin qüvvədə olma müddəti satınalan təşkilatın təklifi əsasında
malgöndərənlərin (podratçıların) razılığı ilə uzadıla bilər. Malgöndərən
(podratçı) öz tender təklifinin təminatına olan hüququnu itirmədən satınalan
təşkilatın belə təklifindən imtina edə bilər. Tender təkliflərinin qüvvədə olma
müddətinin uzadılması təklifini qəbul edən malgöndərənlər (podratçılar) tender
təklifləri üçün verdikləri təminatın qüvvədə olma müddətini uzadır və ya
uzadılmış müddət üçün yeni təminat verirlər.
17.
Tender təklifinin hazırlanması, imzalanması və möhürlənməsi.
17.1.
İddiaçı, Əsas şərtlər toplusunun mə'lumat xəritəsində göstərildiyi kimi "Tender
təklifinin əsli və Tender təklifinin surəti" göstərməklə tender təklifinin bir
neçə surətini hazırlamalıdır. Biri-birindən fərqli olan hallarda üstünlük əslə
veriləcəkdir;
17.2
Tender təklifinin əsli və bütün surətləri çap olunmalı və ya pozulmayan
mürəkkəblə yazılmalı, iddiaçı tərəfindən imzalanmalı və möhürlənməlidir. Tender
təklifini imzalamaq səlahiyyəti verən məktub, tender təklifinə vəkələtnamə
şəklində əlavə olunmalıdır. Nəşr edilmiş ədəbiyyat istisna olmaqla tender
təklifinin bütün səhifələri səlahiyyətli şəxs və ya şəxslər tərəfındən
imzalanmalı və möhürlənməlidir;
17.3
Səhvləri düzəltmək lazım olduqda və onlar səlahiyyətli şəxs və ya şəxslər
tərəfindən imzalandığı hallar istisna olmaqla tender təklifində heç bir düzəliş
və dəyişiklik olmamalıdır.
18.
Tender zərflərinin markalanması, imzalanması və möhürlənməsi.
18.1
İddiaçı, tender təklifınin əslini və surətlərini müvafiq olaraq "Əsli" və
"Surəti" sözləri ilə nişanlanmış ayrı-ayrı zərflərə qoyaraq imzalayıb
möhürləməlidirlər. Sonra bu zərflər ümumi zərfə qoyulub imzalanır və möhürlənir.
18.2
Daxili və xarici
zərflər:
A)
Əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş ünvan ilə Satınalan
təşkilata ünvanlanmalıdır.
B)
tender elanında onun sayı, habelə "_________________ tarixə kimi açılmamalıdır"
(Əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş tarix) sözləri yazılmış
olmalıdır.
18.3
Tender təklifi "gecikmiş" elan olunarsa, onu açılmamış şəkildə qaytarmaq
məqsədilə daxili zərflərdə İddiaçının adı və ünvanı göstərilməlidir.
18.4
18.2-ci maddənin tələbinə uyğun olaraq xarici zərf imzalanmamış və ya
möhürlənməmiş zərfin vaxtından əvvəl açılması və ya həmin zərfdən hər-hansı bir
sənədin itməsinə görə Satınalan təşkilat heç bir məsuliyyət daşımır.
19.
Tender təkliflərinin təqdim olunması üçün son müddət.
19.1.
Tender təklifı, Əsas şərtlər toplusunun Məlumat xəritəsində göstərilmiş gün və
vaxtdan gec olmayaraq 18.2-ci maddədə göstərilmiş ünvan üzrə Satınalan təşkilata
təqdim olunmalıdır.
20.
Tə'yin olunmuş müddətdən sonra alınan tender təklifləri.
20.1.
19-cu maddədə göstərildiyi kimi təkliflərin verilmə müddəti bitdikdən sonra
Satınalan təşkilat daxil olan bütün tender təklflərini açılmamış halda
iddiaçılara qaytarır.
21.
Tender təkliflərində dəyişiklik edilməsi və onların geri
çağırılması.
21.1
Malgöndorən (podratçı) öz tender təklifı üçün təminat hüququnu itirmədən onu
yalnız tender təkliflərinin verilməsi müddəti qurtaranadək dəyişdirə və ya geri
götürə bilər.
21.2
İddiaçının dəyişiklik edilməsi və geri götürmək haqqında xəbərdarlığı 18-ci
maddəyə uyğun olaraq hazırlanmalı, möhürlənməli, qeyd olunmalı və
göndərilməlidir. Geri götürmək haqqında yazılı xəbərdarlıq tender təkliflərinin
axırıncı verilmə müddətindən gec olmayaraq teleks və faksı təsdiqləyən yazılı
sənəd onun ardınca poçt ilə göndərilməklə verilə
bilər.
21.3
Tender təkliflərinin verilmə müddəti qurtarandan sonra tender təkliflərində heç
bir dəyişiklik aparılmamalıdır.
21.4
İddiaçı tender təklifınin axırıncı verilmə tarixi ilə onun qüvvədə olma
müddətinin qurtarması tarixi arasındakı vaxtda öz təklifini geri götürə bilməz.
Göstərilən müddətdə təklifin geri götürülməsi tender təklifinin təminatının
tutulması ilə nəticələnə bilər.
22.
Tender zərflərinin açılması.
22.1
Tender prosedurası tender komissiyası tərəfındən müəyyən olunmuş yerdə və vaxtda
tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara müvafıq olaraq
aparılır və tender təklifləri daxil olduqları ardıcıllıqla açılır. Gecikmiş
tender təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri
qaytarılır. Tender təkliflərinin açılışında iştirak edən iddiaçıların
nümayəndələri özlərinin iştirakını təsdiq etmək üçün jurnalda qeyd
olunmalıdırlar.
22.2
Tender prosedurasının açılışında iştirak edən şəxslərə hər bir iddiaçının adı,
ünvanı, tender təklifınin qiyməti, tender təklifınin təminatı elan olunur.
Tender təklifı vermiş, lakin tender prosedurasının açılışında iştirak etməyən
iddiaçılara, onların sorğusu əsasında tender prosedurasında bütün iddiaçıların
təkliflərinə dair elan olunmuş məlumatlar bildirilir. İddiaçı və ya onun
notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender
prosedurlarının açılışında iştirak edir və tender təkliflərinə dair elan olunan
məlumatı təsdiqləyir. İddiaçının və ya onun müvəkkilinin tender prosedurlarında
iştirak etməməsi satınalan təşkilatın və ya tender komissiyasının həmin
iddiaçını tenderdən kənarlaşdırılmasına əsas vermir.
22.3
Satınalan təşkilat tender təkliflərinin açılma protokolunu hazırlayır və həmin
protokol tender komissiyasının bütün üzvləri tərəfındən imzalanır.
23.
Tender təklifləvinin aydınlaşdırılması.
23.1.
Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini
asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndorənlərdən (podratçılardan)
öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin
dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifınin həmin
tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender
təklifınin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və
ya icazəyə yol verilmir.
24.
İlkin təhlil.
24.1.
Satınalan təşkilat tender təklifinin dolğunluğunu, hesablamalarda olan səhvləri,
lazım olan təminatı, sənədlərdə bütün imzaları bir-bir öyrənir, habelə
bütünlükdə tender təklifınin sənədləşdirilməsinin düzgünlüyünü yoxlayır.
24.2.
Hesab səhvləri aşağıdakı kimi düzəldilir. Əgər mal vahidinin qiyməti ilə, malın
ümumi qiyməti arasında fərq uyğunsuzluq olarsa, bu halda vahidin qiymətinə
üstünlük verilir, ümumi qiymətə isə düzəliş edilir. Əgər İddiaçı səhvlərin belə
düzəlişi ilə razılaşmazsa onun təklifi kənarlaşdırılır, tender təklifınin
təminatı isə tutulur. Əgər söz ilə rəqəm arasında yazılmış məbləğ arasında fərq
varsa, onda söz ilə ifadə olunmuş məbləğə üstünlük verilir.
24.3.
26-cı maddəyə uyğun olaraq ətraflı qiymətləndirmə aparılana qədər,
Satınalan təşkilat hər bir tender təklifınin əsas şərtlər toplusunun tələblərinə
nə dərəcədə cavab verdiyini müəyyən edir. Əgər tender təklifi əsas şərtlər
toplusunda göstərilən şərtləri sözsüz təmin edirsə, onda tender təklifı
tələblərə lazımi dərəcədə cavab verən hesab olunur. Satınalan təşkilat tender
təkliflərinin uyğunluğunu müəyyənləşdirdikdə hər-hansı bir əlavə mənbəyə istinad
etmədən tender təklifinin özünə
əsaslanır.
24.4.
Əgər tender təklifi tələblərə lazımi dərəcədə cavab vermirsə, Satınalan təşkilat
tərəfindən kənarlaşdırılır və İddiaçı müvafıq düzəlişlər etdikdən sonra da,
həmin təklif tələblərə cavab verən hesab oluna bilməz.
24.5.
Tender təklifındə onun mahiyyətini dəyişdirməyən və ya tenderin əsas şərtlər
toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən
əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xətalar olduqda və ya tender
təklifınin mahiyyətinə xələl gətirmədən aradan qaldırılması mümkün olan səhvlər
və çatışmazlıqlar olduqda belə satınalan təşkilat həmin təklifə tender
tələblərinə uyğun gələn təklif kimi baxa bilər. Hər hansı bu cür xətalar imkan
daxilində kəmiyyətcə ifadə olunur və tender təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi zamanı nəzərə alınır.
25.
Vahid valyutaya çevrilmə.
25.1.
Tender təkliflərinin qiymətləri iki ya daha çox valyuta ilə ifadə edilərsə,
tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi məqsədilə tender
komissiyası ayrı-ayrı valyutaları, tender təkliflərinin verilməsi gününə
Azərbaycan Respublikası Milli Bankının müəyyənləşdirdiyi məzənnə əsas
götürülməklə Azərbaycan manatına çevirir.
26.
Tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsi.
26.1.
24-cü maddəyə uyğun olaraq əsas şərtlər toplusunun tələblərinə cavab verən kimi
müəyyənləşdirilmiş tender təkliflərini Satınalan təşkilat müqayisə edir və
qiymətləndirir.
26.2.
Əgər əsas şərtlər toplusunun məlumat xəritəsində başqası nəzərdə tutulmayıbsa,
tender təkliflərinin qiymətləndirilməsində Satınalan təşkilat aşağıdakıları
nəzərə
almalıdır:
A)
Azərbaycan Respublikasında hazırlanmış mallar və ya artıq Azərbaycan
Respublikasına gətirilmiş xarici mənşəli mallar təklif olunan halda onların
qiymətlərinin (zavoddan, anbardan) üstünə İddiaçı müqavilə ilə aksept olunduqda
mallar üçün ödənilməli olan vergiləri gəlir;
B)
Xaricdən daxil olmuş mallar təklif olunan halda 11.2 (b)(2) maddəsində
göstərildiyi kimi məntəqəyə gətirilmə dəyərinin üstünə İddiaçı müqavilə ilə
qəbul olduqda mallar üçün ödənilməli olan gömrük rüsumları və xaricdən gətirilən
mallar üçün olan analoji vergiləri gəlir.
26.3.
Tender təklifıni ən sərfəli təklif kimi qiymətləndirərəkən satınalan təşkilat
yalnız aşağıdakhraı nəzərə alır:
a)
malların (işlərin) istismar, texniki xidmət və təmir xərclərini, malların
göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin göstərilməsi
müddətlərini, malların (işlərin) funksional xüsusiyyətlərini, ödəniş şərtlərini
və mallar (işlər və xidmətlər) üçün təminat şərtlərini;
b)
müdafıə və milli təhlükəsizlik mülahizələrini.
27.
Yerli tender iştirakçılarına güzəştlər
27.1.
Əsas şərtlər toplusunun məlumat xəritəsində nəzərdə tutulmuşdursa, satınalan
təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar
(işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəliş tətbiq
edə bilər. Güzəştlərin həcmi və tətbiqi qaydası Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 28 oktyabr 2002-ci il tarixli 165 saylı qərarı ilə təsdiq
olunmuşdur.
28.
Satınalan təşkilat ilə əlaqələr.
28.1.
Tender zərflərin açıqlanması dəqiqəsindən müqavilənin aksept olunması dəqiqəsinə
qədər 23-cü maddəyə uyğun olaraq iddiaçılardan heç biri öz tender təklifı ilə
bağlı Satınalan təşkilatla əlaqəyə girməməlidirlər.
28.2.
Tender təklifinin müqayisəsi, qiymətləndirilməsi və ya müqavilənin aksept
olunması ilə bağlı hər hansı iddiaçı tərəfindən Satınalan təşkilatın qərarına
təsir etmək üçün cəhdlər bu İddiaçının tender təklifinin kənarlaşdırılması və
tender təklifinin təminatının tutulması ilə nəticələnə
bilər.
29.
Tender iştirakçılarının sonradan ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi.
29.1.
İxtisas uyğunluğu proseduru keçirilməməsində asılı olmayaraq, Satınalan
təşkilat, təblələrə cavab verən və ən aşağı dəyərli tender təklifıni təqdim edən
İddiaçının kifayət qədər ixtisaslı olduğu və müqavilənin yerinə yetirilməsini
təmin edəcəyini müəyyənləşdirməlidir.
29.2.
İddiaçının maliyyə, texniki və istehsal imkanları nəzərə alınır. Bu məqsədlə,
13-cü maddəyə uyğun olaraq İddiaçının ixtisasını təsdiqləyən sənədlər, habelə
Satınalan təşkilatın lazım bildiyi istənilən başqa məlumatlar öyrəniləcəkdir.
29.3.
Belə müəyyənləşmənin müsbət nəticəsi İddiaçının təklifnin aksept olunmasının
əhəmiyyətli şərtidir. Mənfi rəy İddiaçının təklifınin kənarlaşdırılması ilə
nəticələnir. Belə olan halda Satınalan təşkilat İddiaçının müqaviləni yerinə
yetirmək üçün imkanlara malik olmasını müəyyən etmək üçün növbəti qeydiyyat
dəyəri olan tender təkliflərinin baxılmasına keçir.
29.4.
İddiaçı, 13.3.(d) maddəsində təyin olunmuş ixtisas tələblərinə cavab vermədikdə
onun tender təklifi kənalaşdırılır.
30.
Müqavilənin verilməsi meyarları.
30.1.
32-ci maddəyə uyğun olaraq müqavilənin yerinə yetirilməsini təmin etmək üçün
ixtisaslı sayılan İddiaçının tender təklifinin tələblərə kifayət qədər cavab
verən və ən az qeydiyyat dəyərinə malik olduğu müəyyənbşdirilərsə Satınalan
təşkilat bu İddiaçının təklifini aksept edir.
31. Müqavilənin
imzalanması vaxtı Satınalan təşkilatın təklif olunan malların həcmini
dəyişdirmək hiiququ.
31.1.
Satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və
xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə
Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı ilə malların (işlərin və
xidmətlərin) həcmini 15 faizə qədər artırıb - azalda bilər.
32.
Satınalan təşkilatın istənilən tender təklifinin qəbul olunması, hər hansı və ya
bütün tender təkliflərinin rədd etmək hüququ.
32.1.
İddiaçının qarşısında heç bir cavabdehlik daşımadan Satınalan təşkilat tender
təklifi aksept olunana qədər istənilən tender təklifıni qəbul etmək və geri
qaytarmaq, habelə tender prosesinin dayandırılması və istənilən vaxtı bütün
təkliflərdən imtina etmək hüququnu özündə saxlayır. Satınalan təşkilat
təkliflərdən imtina etdikdə öz hərəkətinin səbəblərini bütün iddiaçılara
bildirir.
33.
Tender təklifinin aksept olunması haqqında bildiriş.
33.1.
Tender təklifinin qüvvədə olma müddəti bitənə qədər hər hansı tender təklifınin
aksept olunması haqqında qərar qəbul olunduqdan sonrakı 3 bank günü müddətində
qalib gəlmiş İddiaçıya Satınalan təşkilat yazılı şəkildə sifarişli məktub və ya
teleks, ya da faksla bildiriş göndərir.
33.2.
Müqavilənin aksept olunması haqqında bildiriş müqavilənin bir hissəsi hesab
olunur.
33.3.
Müqavilə bağlandıqdan sonrakı 3 bank günü ərzində Satınalan təşkilat keçirilən
seçki haqqında elan verməklə, qalib İddiaçının adını, onun tender təklifınin
qiymətini, ünvanını bildirir və 15-ci Maddəyə uyğun olaraq tender təklifınin
təminatını qaytarır.
34.
Müqavilənin imzalanması.
34.1.
Satınalan təşkilat qalib İddiaçıya onun təklifinin aksept olunması haqqında
bildirişlə eyni zamanda bu İddiaçıya, tərəflər arasında nəzərdə tutulmuş
razılaşmalar daxil olmaqla, tender üçün lazım olan bütün sənədlərdən ibarət
Satınalma Müqaviləsini də
göndərir.
34.2.
Müqavilənin aksept olunması haqqında bildirişi aldıqdan sonrakı 5 bank günü
ərzində qalib İddiaçı müqaviləni imzalamalı, onun tarixini qoymalı və Satınalan
təşkilata qaytarmalıdır.
35.
Müqavilənin yerinə yetirilməsinin təminatı.
35.1.
Satınalan təşkilatdan müqavilənin aksept olunması haqqında bildirişi aldıqdan
sonrakı 5 bank günü ərzində qalib İddiaçı Əsas şərtlər toplusunun məlumat
xəritəsində göstərilən forma üzrə müqavilənin şərtlərinə uyğun olaraq
müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir.
35.2.
Əgər qalib İddiaçı 34-cü və ya 35-ci Maddənin şərtlərini yerinə yetirə bilmirsə
bu müqavilənin aksept olunmasının geri çağırılması və tender təklifinin
təminatının tutulması üçün kifayət qədər əsas verir; belə olan halda Satınalan
təşkilat növbəti böyük qeydiyyat dəyərinə malik İddiaçının müqavilə ilə aksept
edə bilər və ya yeni tender elan edə bilər.
Əsas şərtlər toplusunun məlumat xəritəsi
(ƏŞTMX).
Satınalınan mallar haqqında aşağıdakı dəqiq göstəricilər yuxarıda qeyd olunan müddəaları tamamlayır. Bu göstəricilər ilə yuxarıda göstərilən müddəalar arasında ziddiyyətlər yaranarsa Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilənlər daha üstün qüvvəyə malikdir.
|
MTl.l |
Satınalan
təşkilatın |
|
MT 1.1 |
Maliyyələşmə
mənbəyi:__________________________ |
|
MT 6.1 |
Tender sənədlərinin izahı haqqında sorqunun verilməsinin axırıncı
müddəti: |
|
MT8.1 |
Tender təklifinin dili:_________________ |
|
MT11.2(b)(ii) |
Tender təklifinin qiyməti və valyutası |
|
MTll.4 |
Qiymət qəti müəyyən olunmuş vəya Müqavilənin Şərtlərinə uyğun olaraq tənzimlənməlidir |
|
MT13.3 (q) |
İxtisas tələbləri aşağıdakı kimi
olmalıdır:_______________________________ |
|
MT14.3 (b) |
A vadanlığın fasiləsiz və normal işləməsi müddəti: ______________________ il |
|
MT15.1 |
Tender təklifinin təminatının məbləği:________________________________ |
|
MT15.3 |
Tender təklifinin tə'minatı aşağıdakı kimi olmalıdır:_____________________ |
|
MT16.1 |
Tender təklifinin qüvvədə olma müddəti____________________ gün |
|
MT17.1 |
Surətlərin miqdarı:__________________________ |
|
MT18.2 (a) |
Tender təklifinin verilməsi üçün ünvan: _________________ |
|
MT18.2 (b) |
Zərfdə tarixi (ay, gün, il) göstərmək lazımdır:__________________ |
|
MT19.1 |
Təkliflərin verilməsinin axırıncı müddəti:______________________ |
| MT 22.1 | Tender təkliflərinin
açılması: -Vaxtı______________ -Tarixi______________ -Yeri:_______________ |
| MT 26.2 | Tender təklifləri aşağıdakı qaydada qiymətləndiriləcəkdir:____ |
| MT 27.1 | Yerli iddiaçılara aşağıdakı qaydada güzəşt ediləcəkdir:______________________________________________________ |
| MT 31.1 | Malın həcminin artırılmasının və ya azaldılmasının ölçüsü:_______________________________________ |
| MT35.1 | Müqavilənin yerinəyetirilməsinin tə'minatı aşağıdakı həcmdə və məbləğdə olmalıdır:___________________ |
TENDERƏ DƏVƏT
Tarix: ____________________
__________________________(Satınalan
Təşkilat) _________________
vəsaiti
(vəsaitin
mənbəyi) hesabına
______________________________________________________________________________________________
________________________________________(malların
adı) satınahnması üzrə tender keçirir.
İddiaçılara
yuxarıda qeyd olunan mallarm göndərilməsi üçün öz tender təkliflərini
möhürlənmiş, imzalanmış, ikiqat bağlanılmış zərfdə yazılı surətdə təqdim etmək
təklif olunur.
Təkliflərin
qiymətləndirilməsində aşağıdakı
meyarlara üstünlük veriləcəkdir:
________________________________________________ (meyarların adı).
Müqaviləni
yerinə yetirmək üçün iddiaçılar lazımi texniki və maliyyə imkanlarma malik
olmalıdırlar.
Tender
iştirak etmək üçün iddiaçılar ____________________
(məbləği) manat vəsaiti
_______________________________________________
(bank hesabı) hesaba
ödəlikdən sonra aşağıda qeyd olunmuş ünvandan ala bilərlər.
Müqavilənin
yerinə yetirilməsi müddəti tenderin qalibi ilə müqavilə bağlandıqdan
sonra_______ ay müəyyən edilmişdir.
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə
iştirak üçün yazılı
müraciət;
-
iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender
təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə
olmalıdır);
-tender
təklifinin qiymətinin _______ (1-5 faizi) faizi həcmində
bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində
qüvvədə
olmalıdır);
-iddiaçının
son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; iddiaçının tam adı,
hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
İddiaçılar
öz tender təkliflərini "________ "__________ 200__ -ci il saat ___________
qədər
aşağıda qeyd olunan ünvana təqdim etməlidirlər.
Göstərilən
vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif
zərfləri "______ "___________ 200__ -ci il saat___________ -da aşağıda
göstərilən
ünvanda açılacaqdır. İddiaçılarm səlahiyyətli nümayəndələri
zərflərin açılışmda iştirak edə bilərlər.
Tenderlə əlaqədar məlumat almaq
üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
__________________________________________________________________________
(ünvan),
_____________________________
(telefon),_______________________________________ (faks)
Əlaqələndirici şəxs:__________________________________________
(familiyası, adı, atasının atı).
Tender təkliflərinin forması və Qiymət cədvəlləri
tarix:_____________________________
Kimə:_________________________________________________________________________________________________________________
______________________________________________________________________________
(Satınalan təşkilatın adı)
Ünvan:
__________________________________________________________________
________________________________________________________________
(Satınalan təşkilatın ünvanı)
Hörmətli cənablar!
Biz, aşağıda
imza edənlər, Əlavələr də daxil olmaqla, hal-hazırda tərəfımizdən almması təsdiq
olunan, əsas şərtlər toplusunu öyrənərək, ümumi məbləği
_____________________________________________
(rəqəmləməbləğigöstərmək)
(sözlə
məbləği göstərmək) olan və ya bu tender təklifinə əlavə olunan Qiymət
cədvəlləri ilə
təsdiq
olunan
digər
məbləğlərə
______________________________________________________________________________________________________
(göndərilən
malların və yerinə
yetirilən xidmətlərin şərhi) təklif edirik.
Biz öhdəlik götürürük ki,
bizim Tender təkliiimiz qəbul olunduğu halda, Sizdən Müqavilənin Aksept olunması
haqqında Bildirişi aldıqdan sonrakı________________________ təqvim günü ərzində
Müqavilədə göstərilmiş bütün mallarm göndərilməsinə
başlayıb,______________________
təqvim günü ərzində mallarm göndərilməsini
tamamlayacağıq.
Bizim Tender təklifımiz qəbul olunduğu halda, Müqavilənin
lazımi qaydada yerinə yetirilməsi üçün
tərəfımizdən Müqavilənin qiymətinin
_________________ faizi məbləğində, Müqavilənin
yerinə yetirilməsinin tə'minatı təqdim ediləcəkdir.
Biz, Əsas
şərtlər toplusuna uyğun olaraq, tender
təklifinin açılması günü kimi müəyyən olunmuş tarixdən başlayaraq
____________________ toqvim günü ərzindo bu tender təklifmin müddəalarım
yerinə yetirməyə razıyıq. Bu tender toklifi bizim üçün öhdəlik kimi qalacaqdır
və göstorilən müddət bitənə qədər istənilən anda qəbul oluna bilər.
Rəsmi
Müqavilənin hazırlanması və tərtib olunmasma qədər bu tender təklifı, Sizin onun
qəbul olunması haqqmda yazılı təsdiqiniz və Müqavilənin Aksept olunması haqqında
Bildirişiniz ilə birlikdə, bizim aramızda öhdəlikli Müqavilə rolunu yerinə
yetirəcəkdir.
Biz başa düşürük ki, Siz, aldığmız ən az qeydiyyat dəyori olan
tender təklifıni və ya ümumiyyətlə təkliflərdon hər-hansı birini qəbul etməyə
borclu deyilsiniz.
"_______ "_______________ 20___ -ci il tarixdə
imzalanmışdır.
_________________________________________________________
adından
və onun tapşırığı ilə Tender təklifini imzalamaq üçün
bütün səlahiyyətlərə malik olan
_______________
_________________
(İMZA)
(VƏZİFƏ)
M.Y.
Qiymət cədvəli
Cədvəl 1. Xaricdən gətirilən mallar
üzrə qiymət cədvəli
|
Mövqe |
Təsvir |
Kodl |
Miqdar (1) |
Mal vahidinin qiyməti2 |
Umumi qiymət2 | |
|
DDP |
SİF və ya SİP | |||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun (4-cü Codvələ "Ümumi yekun") | ||||||
|
Kod |
Ölkə |
|
|
|
|
|
|
|
|
|
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. İddiaçılar idxal edilən
bütün malların mənşə ölkələrinin kodlarını göstərməlidirlər
2. Valyutanı göstərmək.
Cədvəl 2. Azərbaycan Respublikası ərazisindən göndərilən malların qiymət cədvəli
|
s/s |
Malların adı |
Miqdar |
Mal vahidinin |
Ümumi qiymət |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (4-cü Cədvələ "Ümumi yekun") |
| |||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. Valyutanı göstərmək.
Cədvəl 3. Olkədaxili daşımalar
|
s/s |
Malların adı |
Miqdar (1) |
Mal vahidinin qiymətil |
Umumi qiyməti | |
|
Yerüstü daşımalar |
Xarici valyutada | ||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (4-cü cədvələ "Ümumi yekun") |
| ||||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. Valyutanı göstərmək.
Cədvəl 4. Umumi yekun
|
s/s |
Təsvir |
Ümumi qiyməti | |
|
Xarici valyutada |
Yerli Valyutada | ||
|
|
1-ci Cədvəlin yekun məbləği "Xaricdən gətirilən mallar" |
|
|
|
|
|
|
|
|
|
2-ci Cədvəlin yekun məbləği "Azərbaycan Respublikası ərazisindən gətirilən mallar" |
|
|
|
|
|
|
|
|
|
3-cü Cədvəlin yekun məbləği "Ölkədaxili daşınmalar" |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (Təklif formasına) |
| ||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. Valyutanı göstərmək.
Cədvəl 5. Təklif olunan əlavə mallar üzrə qiymət cədvəli
|
s/s |
Malların adı |
Miqdar (1) |
Mal vahidinin qiyməti |
Ümumi qiymət | |
|
DDP şərti ilə xarici |
Franko-zavod şərti ilə | ||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN |
| ||||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. Valyutanı göstərmək.
Bankın rəsmi blankında
Tender Təklifinin Təminatı Forması
[Müqavilənin adı]
______________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________________________
KİMƏ:
_________________________________________________________________________________________
(Satmalan təşkilatın adı).
ÜNVAN:
_________________________________________________________________________________
(Salmalan təşkilatın ünvanı).
NƏZƏRƏ
ALARAQ Kİ,
__________________________________________________________________________________
[İddiaçının adı] (sonra "İddiaçı" adlandırılacaq)
yuxarıda qeyd olunmuş Müqavilənin (sonra "Təklif" adlandırılacaq) yerinə
yetirilməsi üzrə özünün "___________ "___________ 200__ -ci il tarixli Tender
Təklifıni təqdim etmişdir,
BUNUNLA
SİZƏ BİLDİRİRİK
Kİ, BİZ,
________________________________________________________________________
________________________________________________________________________________[bankın
ünvanı] ünvanda yerləşən,
___________________________________________________________________________________[bankın
adı],(sonra
"Bank"
adlandırılacaq)________________________________________________________________
(sonra "Satınalan təşkilat" adlandırılacaq)
qarşısmda
______________________________________________________________________
[məbləğ] məbləğində öhdəlik götürürük və bu
məbləğ Satmalan
təşkilat vaxtmda və tam surətdə ödəniləcəkdir; Bank bu öhdəlikləri öz adından,
öz varislərinin və müvəkkillərinin adından götürür.
200_ -ci ilin___________
aymm_________ -də Bankın ümumi möhürü ilə möhürlənir.
Bu öhdoliyin ŞƏRTLƏRİ
aşağıdakılardır:
1. Əgər, İddiaçı Tender Təklifmin Formasmda
göstordiyi Tender təklifınin qüvvədə olma müddəti ərzində öz Təklifini geri
götürərsə; və ya
2. Əgər, İddiaçı tender təklifinin qüvvədə
olduğu müddət ərzində Satmalan təşkilat tərəfındən həmin təklifm
qəbulundan sonra:
(a) Müqaviləni imzalamaya bilməzsə və ya imzalamaqdan imtina edərsə, və ya
(b) Əsas şərtlər toplusuna uyğun olaraq, Müqavilənin yerinə yetirilməsi
tə'minatını təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina edərsə, o zaman BİZ
Satınalan təşkilat yuxarıda göstərilən məbləği onun bu haqda birinci sorğusunu
aldıqdan sonra, bu sorğunun əsaslandırılmasmı tələb etmədən, ödəməyi
öhdəliyimizə götürürük, bir şərtlə ki, Satınalan təşkilat öz sorğusunda yuxarıda
göstərilmiş ŞƏRTLƏRDƏN hər hansı birinin, yaxud hər ikisinin baş verməsi ilə
əlaqədar, həmin şərtin və ya şərtləri dəqiqləşdirməklə, ona həmin məbləğin
ödənilməli olduğunu qeyd etmiş olsun.
Hazırki tə'minat "_______ "_________
200_ -ci il tarixə (tender təklifınin qüvvədə olduğu müddət
bitdikdən sonra 30 təqvim günü əlavə olunmalqla) kimi qüvvədədir. Bu
tə'minatla əlaqədar hər hansı tələb Banka yuxarıda qeyd olunmuş tarixə kimi
təqdim olunmalıdır.
Bankın adından və tapşırığı ilə
(vəzifə) [imza]
Bankın ümumi möhürü
Bankın rəsmi blankında
Müqavilənin yerinə yetirilnıəsinin təminatı forması
Kimə:_________________________________________________________________________________________________________________
________________________________________________________________________
(Satınalan təşkilatın
adı)
Ünvan:_______________________________________________________________________________________________________________
_________________________________________________________________________
(Satınalan təşkilatın ünvanı)
NƏZƏRƏ ALARAQ
Kİ,
________________________________________________________________________
(Malgöndərənin adı)
(sonra
"Malgöndərən"
adlandırılacaq) "________ "___________ 200__
-ci il
tarixli
_______________
#-li
Müqavilə
əsasmda
_________________________________________________________________
______________________________________________________________________________________________________________
(Mal və
xidmətlərin şərhi) (sonra
"Müqavilə"adlandırılacaq) göndərməyi öhdəsinə
götürmüşdür,
VƏ yuxarıda göstərilən
Müqavilədə Sizin tərəfinizdən Malgöndərənin Müqaviləyə əsasən öz öhdəliklərini
yerinə yetirməsinin zəmanəti kimi bu tə'minatda qeyd olunmuş məbləğdə etibarlı
bankdan Sizə bank tə'minatının təqdim edilməsi nəzərdə
tutulmuşdur
VƏ Biz Malgöndərənə tə'minat
təqdim etməyə razılıq vermişik;
BUNUNLA
ƏLAQƏDAR BİZ təsdiq edirik ki, Malgöndərənin adından Sizin
qarşmızda cavabdeh
olaraq, ümumi məbləği _____________________________ (məbləğ
rəqəmlə)
(məbləğ sözlə) qədər olan tə'minatı Sizə veririk və
Malgöndərən tərəfindən Müqavilənin şərtlərinə əməl edilməməsi haqqmda
bildirişinizi aldıqdan sonra, Sizin birinci tələbinizlə, yuxarıda göstərilən
məbləğə kimi belə, istənilən məbləği, Sizin tələbinizin və ya göstərilən
məbləğin tərəfinizdən sübut olunmasını, əsaslandırılmasıın və ya səbəblərinin
göstərilməsini tələb etmədən, ödəməyi öhdəmizə götürürük. Bank bu öhdəlikləri öz
adından, öz varislərinin və müvəkkilbrinin adından
götürür.
Bu tə'minat "______
"______________ 200_ -ci il tarixə qədər e'tibarlıdır.
Bankın adından və
tapşırığı
ilə
___________________________________________________________________________________________________________________
(vəzifə) [imza]
Bankın ümumi möhürü
( Tarix)_____________________________________________
(Ünvan)____________________________________________
M.Y.
TENDER TƏKLİFİNİN AKSEPT EDİLMƏSİ BARƏDƏ
BİLDİRİŞ
(SATINALAN TƏŞKİLATIN RƏSMİ
BLANKINDA)
_______________________
_______________________
(qeydiyyat
nömrəsi) (gün, ay, il)
Bununla
bildiririk
ki,____________________________________________________________________
tarixində
(gün, ay,
il)
________________________________________________________________________________________________________________________
(satın
alınan mallarn (işlərin və xidmətlərin) adı və miqdarı)
satın alınması
üçün keçirilən tenderdə Sizin təqdim etdiyiniz
______________________________________________________________
_______________________________________________________
(qiymət
rəqəmlə) (qiymət
sözlə)
qiymətində _______________________________________ tarixli tender
təklifiniz
(gün,
ay,
il)
________________________________________________________________________________________________________________________
(satınalan
təşkilatın adı)
tərəfındən qəbul
olunur.
Bununla əlaqədar
Sizdən__________________________ tarixə qədər
satınalma
(gün,
ay, il)
müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın
təqdim edilməsi və satmalma müqavibsinin imzalanıb qaytarılması tələb
olunur.
______________________________
(Səlahiyyətli
şəxsinin
imzası)
____________________________________________________________________________
(Satınalan
təşkilatın səlahiyyətli şəxsinin soyadı, adı, atasının adı və
vəzifəsi)
M.Y.
İstehsalçının rəsmi blankında
İSTEHSALÇININ İCAZƏ FORMASI
Bununla, ________________________________________________
(istehsalçı müəssisənin
adı) __________________________________
(malların
adı)
istehsalçısı
olaraq,
_____________________________________________________
(iddiaçının
adı)
_________________________________________________________________
(tender
predmeti) satınalınması
üzrə keçirilən
tender
prosedurunda iştirak etməyə və qalib gəldiyi təqdirdə həmin iddiaçını
müvafiq mallarla təchiz etməyi öz üzərimizə götürürük.
Səlahiyyətli şəxsin imzası:_____________________
İmza edən şəxsin adı
və vəzifəsi:________________
M.Y.
Iddiaçının rəsmi blankında
İDDİAÇININ TƏCRÜBƏSİ HAQQINDA MƏLUMAT CƏDVƏLİ
İddiaçı hər müqavilə üçün ayrıca blankdan istifadə etməlidir:
|
1 |
Müqavilənin adı və sayı |
|
2 |
Satınalan təşkilaün adı |
|
3 |
Əlaqələndirici şəxsin adı |
|
4 |
Göndərilən malların təsviri |
|
5 |
Müqavilənin ümumi dəyəri |
|
6 |
Müqavilənin ümumi dəyəri |
|
7 |
Müqavilənin bağlanması tarixi |
|
8 |
Malların göndərilməsi müddəti |
Səlahiyyətli şəxsin imzası:_____________________
İmza edən şəxsin adı
və vəzifəsi:________________
M.Y.
Iddiaçının rəsmi blankında
İDDİAÇININ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA MƏLUMAT CƏDVƏLİ
Hər bir iddiaçı bu formanı doldurmalı və auditdən keçmiş balansınm
surətini əlavə etməlidir:
|
Bank |
Bankın adı |
|
|
|
Bankın ünvanı |
|
|
|
Telefon |
Əlaqələndirici şəxsin adı və vəzifəsi |
|
|
Faks |
Teleks |
|
|
|
|
Son bir il üzrə aktiv və passivlərin məbləğini göstərin:
|
Maliyyə informasiyası. | |
|
Ümumi aktivlər |
|
|
Cari aktivlər |
|
|
Ümumi passivlər |
|
|
Cari passivlər |
|
|
Vergilər ödənilməmişdən əvvəl gəlir |
|
|
Vergilər ödənildikdən sonra gəlir |
|
Səlahiyyətli şəxsin imzası:_____________________
İmza edən şəxsin adı
və vəzifəsi:________________
M.Y.
Iddiaçının rəsmi blankında
İDDİAÇININ ÜNVANI VƏ BANKI REKVİZİTLƏRİ HAQQINDA
MƏLUMAT
CƏDVƏLİ
|
İddiaçının tam adı: |
|
|
Hüquqi statusu: |
|
|
Dövlət mənsubiyyəti: |
|
|
Hüquqi ünvanı: |
|
|
Telefon: |
|
|
Faks: |
|
|
Teleks: |
|
|
E-mail: |
|
|
Bank rekvizitləri: |
|
Səlahiyyətli şəxsin imzası:_____________________
İmza edən şəxsin adı
və vəzifəsi:________________
M.Y.