gerb.gif, 7 kB

Azərbaycan Respublikası Nazirlər Kabineti Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında
Qərar # 155

Bakı şəhəri, 19 aprel 1994-cü il

Azərbaycan Respublikasının elmi potensialını gücləndirmək, bu sahəyə gənc, ixtisaslı kadrları cəlb etmək, elmi işçilərin əmək haqqının ödənilməsində qayda yaratmaq, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqəsdi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:

  • birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində;
  • ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində;
  • üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.
  • 2. Müəyyən edilsin ki: