Azərbaycan Respublikasında malların, işlərin və
xidmətlərin dövlət satın alınmasında korrupsiya
və dələduzluq
hallarının qarşısının alınmasına dair
METODIKI TƏLIMAT
1. Ümumi müddəalar
1. Bu
Təlimat Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət
Proqramı"nın icrasını təmin edərək, Azərbaycan Respublikasının dövlət
satınalmalarında korrupsiya və dələduzluq hərəkətlərinin qarşısını almaq və bu
istiqamətdə mübarizəni gücləndirmək məqsədi daşıyır.
2. Təlimatda
açıqlanan ümumi prinsiplər və tələblər Azərbaycan Respublikasında dövlət
müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz
və daha çox olan müəssisə və təşkilatlar tərəfindən dövlət vəsaitləri hesabına
malların (işlərin və xidmətlərin) satın alınmasında tətbiq olunur.
3. Dövlət
satınalmalarında dövlət vəsaitlərinin xərclənməsinə cavabdeh olan və
satınalmalara cəlb olunan hüquqi və fıziki şəxslər dövlət satınalmalarının
təşkilində öz vəzifələrini yerinə yetirərkən işgüzar etikanın ən yüksək
tələblərinə riayət etməli və dövlət vəsaitlərinin istifadəsi zamanı korrupsiya
və dələduzluq hallarının qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər.
2. Korrupsiya və dələduzluq hərəkətləri
1.
Korrupsiya və dələduzluq hərəkətləri aşağıdakılardan ibarətdir: "Korrupsiya" -
vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn
imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar
və ya güzəştlər əldə etməsi, habelə fıziki və hüquqi şəxslər tərəfindən qeyd
edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq
vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin
vəzifəli şəxslərin ələ alınmasıdır.
"Dələduzluq" - yəni
etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakının ələ
keçirilməsi və ya əmlak hüquqlarının əldə
edilməsidir.
"Əlbir
hərəkətlər" - iki və ya daha artıq şəxsin öz aralarında razılaşaraq, qanunsuz
məqsədlərə çatmağa, o cümlədən digər tərəfin fəaliyyətinə qanunsuz təsir
göstərməyə yönəlmiş
hərəkətləridir.
"Məcburi
hərəkətlər" - hər hansı bir şəxsin fəaliyyətinə qanunsuz təsir göstərmək məqsədi
ilə birbaşa və ya dolayı yol ilə həmin şəxsin özünə və ya əmlakına ziyan
vurulmasına və ya ziyan vurmaqla hədələnməsinə yönəldilmiş
hərəkətlərdir.
Yuxarıda
qeyd olunan hallar ümumiləşdirilərək təlimatda korrupsiya və dələduzluq
adlandırılır.
3. Dövlət
satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin
pozulması nəticəsində
korrupsiya və dələduzluq hərəkətlərinə
şəraityaradan hallar
Dövlət
satınalmalarında dövlət vəsaitlərinin istifadəsinə cavabdeh olan və
satınalmalara cəlb olunan şəxslər tərəfindən yol verilən aşağıdakı qanun
pozuntuları korrupsiya və dələduzluq hərəkətlərinə şərait yarada
bilər:
a) "Dövlət
satınalmaları haqqında" Qanunun (bundan sonra "Qanunun") 17.2-ci və 20.2-ci
maddələrinin tələblərini pozaraq, açıq tender keçirməkdən yayınmaq məqsədi ilə
satın alınan malların (işlərin və ya xidmətlərin) süni surətdə ayrı-ayrı
qismlərə bölünməsi;
b)
dövlət ehtiyacları üzrə tələbatm ödənilməsi üçün keçiriləcək satınalma
prosesinin bilərəkdən ləngidilməsi və ya uzadılması;
c) tender
komissiyasının formalaşdırılması zamanı Qanunun 23.2-ci maddəsinin tələblərinə
riayət edilməməsi;
ç)
dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirakçılara qarşı bərabər
münasibət prinsipinin pozulması, hər hansı iddiaçınm tərəfıni saxlayaraq ona
üstünlük verilməsi;
d)
keçirilən müsabiqələrdə rəqabətin təmin edilməməsi, iddiaçılar arasında qiymətin
qaldırılmasına yönələn sövdələşmə aşkar etdikdə lazımi tədbirlər görülməməsi;
e) dövlət
satınalmalarında saxtakarlıq və maraqların ziddiyyəti halları baş verən zaman
Qanunun 12 və 13-cü maddələrinin tələblərinin yerinə yetirilməməsi;
ə) müsabiqə qalibinin
seçilməsi zamanı tender təkliflərinin qiymətləndirilməsində subyektivliyə yol
verilməsi;
f) tender
prosedurları zamanı iddiaçılar tərəfindən təqdim olunmuş tender təkliflərinə
baxılması, onların qiymətləndirilməsi və müqayisəsi ilə əlaqədar həmin
iddiaçılarla hər hansı danışıqların aparılması;
g) müsabiqə nəticəsində
qalib gəlmiş iddiaçı ilə tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun
olmayan şərtlərlə satınalma müqaviləsinin bağlanması və bağlanmış müqavilədə
sonradan hər hansı bir dəyişikliklərin edilməsi;
h) dövlət vəsaiti
hesabına mallann, işlərin və xidmətlərin satın alınması üzrə müsabiqə qalibləri
ilə bağlanan müqavilələrin icrası zamanı dövlət risklərinin azadılması, dövlət
sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətlə yerinə yetirilməsi üçün
nəzərdə tutulmuş zəmanətlərin və təminatların tələb edilməməsi.
4. Dövlət
satınalmalarında korrupsiyaya və dələduzluq hərəkətlərinə qarşı
mübarizə
aparmaq və belə halların qarşısını almaq məqsədilə
tələb olunan tədbirlər
Azərbaycan
Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satın alınmasında
korrupsiya və dələduzluq hərəkətlərinin qarşısını almaq və ayrılmış maliyyə
vəsaitinin səmərəli və qənaətb istifadə olunmasını təmin etmək məqsədi ilə
satınalan təşkilat dövlət satınalmaları üzrə müsabiqəbri şəffaflıq və aşkarlıq
şəraitində keçirməli və bütün iddiaçılara bərabər rəqabət mühiti yaratmalıdır.
Bu məqsədlərə nail olmaq üçün satınalan təşkilat:
- satın alınacaq
mallara, işlərə və xidmətlərə olan illik təbbatı müəyyənləşdirməli və
satınalmaların qanunvericilik tələblərinə uyğun təşkili üçün keçiriləcək
müsabiqələrin vaxtını qabaqcadan
planlaşdırmalı;
- satın
alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti 50 min manat və
bu məbbğdən yüksək olduqda müsabiqələrin Qanunun 17.1-ci maddəsinin müddəalarına
əsasən açıq tender üsulu ilə keçirilməsi üçün tədbirlər
görməli;
- satınalmalar
üzrə müsabiqələrin təşkili üçün Qanunun tələblərinə uyğun olaraq tender
komissiyasını formalaşdırmalı, müsabiqənin şərtlər toplusunu hazırlamalı,
rəqabəti təmin etmək məqsədi ilə müvafıq sahədə ixtisaslaşmış və potensial
imkanı olan şirkətlərə fərdi dəvətlər göndərməli, tələb olunan hallarda
mətbuatda elan və ya bildiriş dərc etdirməli;
- müsabiqə
proseduralarında iddiaçılar tərəfindən təqdim olunan təkliflərin
baxılması, onların qiymətləndirilməsi,
müqayisəsi məxvi şəraitdə aparmalı və qalib şirkətlərin seçilməsində
subyektiv halların qarşısını almaq məqsədi ilə Qanunun 36.7.1-ci maddəsinin
tələblərinə uyğun olaraq hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı
qiyməti olan təklif və ya 36.7.2-ci maddənin tələblərinə uyğun olaraq,
kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar
əsasında ən sərfəli sayılan təklifı əsas
götürməli;
- dövlət
satınalmalarında dövlət vəsaitlərinin istifadəsi zamanı aşkar olunmuş korrupsiya
və dələduzluq halları haqqında aidiyyəti dövlət qurumlarını dərhal
məlumatlandırmalı;
-
satınalmalara cəlb olunan şəxslərin dövlət satınalmalarında korrupsiya və
dələduzluq hərəkətləri ilə məşğul olduğu aşkar olunarsa, öz səlahiyyətləri
çərçivəsində həmin şəxsləri o andan etibarən satmalma prosesindən
kənarlaşdırmalı və bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinə məlumat
verməli;
- dövlət
vəsaitinin istifadəsində korrupsiya və dələduzluq hallarının araşdırılması
zamanı istintaq aparan şəxslərə hər cür köməklik göstərməli;
- açıq tender,
ikimərhələli tender, qapalı tender, məhdud tender, təkliflər sorğusu və
kotirovka sorğusu metodları, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru,
xidmətlərin satın alınmasının əsas üsulu ilə həyata keçirilən müsabiqələrin
nəticəsində tərtib edilmiş tender komissiyasının yekun protokollarının surətini
qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Satınalmalar üzrə Dövlət
Agentliyinə təqdim etməli;
- dövlət
satınalmalarına cəlb olunan şəxslər və aidiyyəti təşkilatların nümayəndələrinə
təlimatla tanış olmaq üçün şərait yaratmalıdırlar.