Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti və «Bakıelektrikşəbəkə»
Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqavilə»sinin təsdiq
edilməsi haqqında
Qərar № 138
Bakı şəhəri, 17 sentyabr 2007-ci il
«Azərenerji»
Açıq Səhmdar Cəmiyyəti ilə «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti arasında
qarşılıqlı fəaliyyətin tənzimlənməsi, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması
və enerji satışında ödəmələrin şəffaflığının artırılması məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərenerji»
Açıq Səhmdar Cəmiyyəti və «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti arasında
Elektrik enerjisinin satınalma Müqaviləsi» təsdiq edilsin (əlavə olunur).
2. Bu
qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Y. EYYUBOV
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 17 sentyabr tarixli,
138 nömrəli qərarı ilə
təsdiq edilmişdir
«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti və «Bakıelektrikşəbəkə»
Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma
Müqaviləsi
Bu Müqavilə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və hüquqi
ünvanı Bakı şəhəri, Akademik Əlizadə küç, 10 olan, Nizamnamə əsasında fəaliyyət
göstərən Dövlət elektoenergetika müəssisəsi — «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra «SATICI»), Cəmiyyətin prezidenti Etibar Pirverdiyevin şəxsində
bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış
və hüquqi ünvanı Bakı şəhəri, Kazımzadə küçəsi, 20 olan, Nizamnamə əsasında fəaliyyət
göstərən Enerjitəchizat müəssisəsi «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti (bundan
sonra «ALICI»), Cəmiyyətin İdarə Heyətinin sədri Baba Rzayevin şəxsində digər tərəfdən
aşağıdakı şərtlərlə imzalanır:
1. Bu
Müqavilənin «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin
fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının
2.1-ci bəndinə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericilik və normativ
aktlarının tələblərinə müvafiq olaraq tərtib olunduğunu;
2.
Satıcının Alıcıya (bundan sonra bu Müqavilədə onlar ayrılıqda «Tərəf», birlikdə
isə «Tərəflər» adlandırılacaqlar) münasibətdə elektrik enerjisinin istehsalı,
ötürülməsi və satışı funksiyalarını həyata keçirdiyini;
3.
Alıcının Satıcıdan elektrik enerjisini satın almaqda məqsədinin öz istehlakçılarını
fasiləsiz, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarət
olduğunu;
4.
Satıcının bu Müqaviləyə müvafiq olaraq Alıcıya elektrik enerjisini satmağa
hazır olduğunu;
5.
Alıcının bu Müqaviləyə müvafiq olaraq alınan elektrik enerjisinin dəyərini
Satıcıya ödəməyə hazır olduğunu nəzərə alaraq, Tərəflər aşağıdakılar haqqında
razılığa gəlmişlər:
1. Anlayışlar
|
Razılaşdırılmış müqavilə |
bu Müqavilə və onun bütün əlavələri nəzərdə tutulur. |
|
«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti |
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 sentyabr tarixli, 423 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş Açıq Səhmdar Cəmiyyətidir. |
|
«Bakıelektrik- şəbəkə» (BEŞ) |
«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli, 441 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş və «Bakıelektrikşəbəkə»və Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli, 1597 nömrəli Sərəncamı ilə fəaliyyəti təmin edilmiş açıq səhmdar cəmiyyəti nəzərdə tutulur. |
|
Elektrikpaylayıcı şəbəkə |
BEŞ-in bütün elektrik xətləri, kabelləri və ya BEŞ-in Elektrikpaylayıcı Aktivlərinə daxil olan hər hansı digər xətləri olmaqla, buraya elektrik enerjisinin istehlakçılara ötürülməsi üçün BEŞ-in istifadə etdiyi yarımstansiyalar, transformatorlar, çeviricilər, ölçü və nəzarət cihazları daxildir. |
|
Enerji Qəbulu Məntəqələri (Balans mənsubiyyəti sərhədləri) |
Satıcı tərəfindən Alıcıya ötürülən, Alıcının Elektrikpaylayıcı şəbəkəsi ilə Satıcının elektrik sisteminin təmas nöqtəsində yerləşən və bu müqavilənin 2 nömrəli əlavəsində göstərilmiş məntəqələr (yarımstansiyalar) nəzərdə tutulur. |
|
Razılaşdırılmış elektrik enerjisinin miqdarı |
Bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən, Alıcı tərəfindən tələb olunan elektrik enerjisinin ümumi həcmidir. Tərəflərin istəyi və razılığı əsasında elektrik enerjisinin miqdarına mütəmadi olaraq dəyişiklik edilə bilər. |
|
Alınan elektrik enerjisi |
hər bir Enerji Qəbulu Məntəqəsində qəbul olunan elektrik enerjisinin ayrı-ayrılıqda hesabat sayğaclarının aylıq göstəricilərinin cəmi deməkdir |
|
Alınan elektrik enerjisinin dəyəri |
qəbul edilmiş elektrik enerjisinə görə Alıcının Satıcıya ödəməli olduğu vəsaiti bildirir. |
|
Ölçü cihazları (uçot avadanlığı) |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Reyestrində qeydə alınmış, sertifikatlaşdırılmış elektrik enerjisinin parametrlərini ölçən elektrik sayğacları, onları və rele mühafizəsi dövrəsini qidalandıran ölçü transformatorları (cərəyan və gərginlik transformatorları), həmçinin tezliyi, gərginliyi və cərəyanı ölçən cihazlar və avadanlıqlar deməkdir. |
|
Hesablaşma sayğacları |
Enerji Qəbulu Məntəqələrindən Alıcıya satılmış elektrik enerjisinin həcmini müəyyənləşdirən hesabat sayğacıdır. Enerji Qəbulu Məntəqələrində quraşdırılır və Satıcının balans mənsubiyyətində olur. |
|
Nəzarət sayğacları |
ötürülən elekrtik enerjisinin həcminə nəzarət etmək üçün Enerji Qəbulu Məntəqələrində hesablaşma sayğacları ilə yanaşı quraşdırılaraq dövrəyə qoşulan və hesablaşma sayğacları ilə eyni dəqiqlik sinfinə malik Alıcının balans mənsubiyyətində olan sayğaclardır. |
|
Çıxış fiderlərində quraşdırılmış sayğaclar |
Enerji Qəbulu Məntəqələrinin çıxış fiderlərində quraşdırılaraq, Alıcı ilə müqavilə münasibətində olan istehlakçılara ötürülən elektrik enerjisinin həcmini müəyyənləşdirən və Alıcının balans mənsubiyyətində olan sayğaclardır. |
|
Qəbul olunan elektrik enerjisi üzrə aylıq göstəricilər |
Enerji Qəbulu Məntəqəsində quraşdırılmış, Satıcıya məxsus hesablaşma sayğacları və Alıcıya məxsus nəzarət sayğaclarının göstəricilərinə uyğun olaraq Alıcının Elektrikpaylayıcı şəbəkəsinə hər təqvim ayının son günü saat 24-ə qədər daxil olmuş elektrik enerjisinin kVt/saatla və kVar/saatla ifadə olunmuş miqdarı deməkdir. |
|
Müqavilə ayı |
birinci müqavilə ayında başlama tarixindən həmin ayın sonuna qədər, sonradan isə istənilən təqvim ilinin tam təqvim ayı deməkdir. |
|
Müqavilə ili |
birinci müqavilə ilində başlama tarixindən ilin sonuna qədər, sonradan isə növbəti ildən başlayan, 12 (on iki) ardıcıl aydan ibarət müddət deməkdir. |
|
İş günü |
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq adi iş günü hesab olunan gün deməkdir. |
|
Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı |
Əsasnamələrinə uyğun olaraq «Azərenerji» ASC və «Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyəti ilə bağlı hesabat və məlumat almaq hüququna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır (İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi). |
|
Səlahiyyətli tənzimləyici orqan |
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur. |
|
Fors Major |
mənası bu Müqavilənin 18-ci bəndində verilmişdir. |
|
Zərərçəkmiş Tərəf |
Müqavilənin 18-ci bəndinə müvafiq olaraq Fors Major hadisəsinin təsirinə məruz qalmış Tərəf deməkdir. |
|
Müstəqil ekspert |
Tərəflərdən heç birinin tabeliyində olmayan, aidiyyətli məsələnin araşdırılması və rəy verilməsi üzrə tərəflərin qarşılıqlı razılığı ilə seçilmiş və ya təyin edilmiş, bu sahədə yüksək elmi biliklərə və peşəkarlıq səviyyəsinə malik hüquqi və ya fiziki şəxsdir. |
|
İşçi qrup |
Müqavilədən irəli gələn məsələlər üzrə aidiyyəti qurumların mütəxəssislərindən ibarət yaradılmış işçi heyət deməkdir. |
|
Buraxıla bilən güc |
Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində quraşdırılmış transformatorların nominal tam gücü və bu Enerji Qəbulu məntəqələrini qidalandıran elektrik verilişi xətlərinin və bu məntəqələrdən çıxan paylayıcı elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyətləri ilə müəyyənləşən güc və bu Müqavilənin 3 nömrəli əlavəsində göstərilmiş Enerji Qəbulu Məntəqələrinin tam gücü nəzərdə tutulur. |
2. Şərhlər
2.1.
Əgər kontekstdən digər məna irəli gəlmirsə, bu Müqavilədə:
2.1.1.
«Şəxs» fiziki və ya hüquqi şəxsi ifadə edir;
2.1.2.
tək halda işlənilən sözlər onların cəm halını ifadə edir və əksinə;
2.2.
Bu Müqavilədə başlıqlardan yalnız istinad etmənin asanlaşdırılması üçün istifadə
olunur və bu hal Müqavilənin şərhinə təsir etməməlidir.
3. Müqavilənin imzalanmasının əsası
Bu Müqavilənin
imzalanmasına əsas «Bakıelektrikşəbəkə» və «Sumqayıt-elektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin
fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının
2.1-ci bəndinin, həmçinin «Energetika haqqında» və «Elektroenergetika haqqında»
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş
«Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra — «Elektrik
enerjisindən istifadə Qaydaları») və digər normativ-hüquqi aktların tələbləridir.
4. Müqavilənin qüvvədə olma müddəti
4.1.
Bu Müqavilə üzrə Tərəflərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirməsinə
başladıqları tarix Müqavilənin başlama tarixi hesab olunur.
4.2.
Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada və Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən edilmiş tarixdə
rəsmi şəkildə qüvvəyə mindiyi və xitam verildiyi an müvafiq olaraq müqavilənin
başlama və başa çatma tarixi hesab olunur.
5. Elektrik enerjisinin qiymətləri (tarifləri)
5.1.
Elektrik enerjisinin (aktiv və reaktiv) qiymətləri (tarifləri) qanunvericiliklə
müəyyən olunmuş qaydada səlahiyyətli tənzimləyici orqan tərəfindən müəyyən edilir
və tənzimlənir.
5.2. Tərəflər
elektrik enerjisinin satınalma qiyməti (tarifi) ilə bağlı təkliflərini
qanunvericilikdə müəyyən olunmuş qaydada baxılmaq üçün səlahiyyətli tənzimləyici
orqana təqdim edə bilərlər. Tərəflərin birlikdə və ya ayrı-ayrılıqda verdikləri
təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
5.3.
Alıcı digər elektrik enerjisi istehsalçılarından alınmış və Satıcının
balansında olan elektrik qurğuları vasitəsi ilə ötürülmüş elektrik enerjisi üçün
Satıcıya səlahiyyətli tənzimləyici orqanın müəyyənləşdirdiyi tariflə (qiymətlə)
ötürülmənin (tranzit) haqqını ödəməlidir.
6. Elektrik enerjisinin satılması və alınması
6.1.
Satıcı enerji qəbulu məntəqələrinə çatdırılmış Razılaşdırılmış həddə qədər elektrik
enerjisini hər hesabat ilində və bu Müqavilənin 1 nömrəli əlavəsinə uyğun olaraq
satmağa, Alıcı isə almağa razılaşır.
6.2.
Cari müqavilə ilinin sonuna 3 (üç) müqavilə ayı qalmış, Alıcı 1 nömrəli əlavəyə
müvafiq olaraq, Satıcıya növbəti müqavilə ili üçün alınması proqnozlaşdırılan
elektrik enerjisinin həcminə dair bildiriş göndərməlidir. Proqnozu aldıqdan
sonra 1 (bir) ay ərzində Tərəflər 1 nömrəli əlavədə edilən dəyişiklikləri
razılaşdırmalıdırlar və həmin dəyişikliklər bu Müqavilənin ayrılmaz tərkib hissəsi
hesab olunur. Bu dəyişikliklər 3 nömrəli əlavədə göstərilən razılaşdırılmış güclərin
artırılmasına gətirib çıxarmayacaqsa, Satıcı razılaşdırılmış həcmdə elektrik
enerjisinin Alıcıya ötürülməsini təmin etməlidir.
6.3.
Alıcı ilə Satıcı arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara
xidmətə görə cavabdehlik «Elektrik enerjisindən istifadə Qaydaları»nın 5-ci bəndinə
uyğun tənzimlənir.
7. Elektrik enerjisi haqqının ödənişi
Satıcıdan
alınan elektrik enerjisinin dəyəri Alıcı tərəfindən bu Müqavilənin 5.1-ci bəndində
göstərilən qiymətlə ödənilir.
8. Ötürülən elektrik enerjisinin həcminin müəyyən edilməsi
8.1.
Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində yerləşən ölçü cihazları
(hesablaşma və nəzarət sayğacları) istənilən zaman ərzində və hər Müqavilə ayı
üzrə Alıcının şəbəkəsinə verilən elektrik enerjisinin (aktiv və reaktiv
enerjini) həcmini, gücünü və keyfiyyət göstəricilərini müəyyənləşdirməyə və bu məlumatların
fasiləsiz şəkildə avtomatik olaraq qeydə alınmasına, ötürülməsinə və uzaqdan
oxunmasına imkan verməlidir. Hesablaşma və nəzarət sayğacları eyni dəqiqlik
sinfinə malik olmalıdır. Qeyd olunan tələblərə cavab verməyən sayğacların
quraşdırılmasına və istismarına yol verilmir.
8.2.
Ötürülən elektrik enerjisinin həcmi Hesablaşma sayğacları ilə təyin olunur.
Ötürülən elektrik enerjisinin həcmi hesablaşma sayğacı ilə yanaşı, əlavə olaraq
Nəzarət sayğacları vasitəsilə də ölçülür. Sayğacların quraşdırılması və istifadəsi
qaydaları «Elektrik Enerjisindən istifadə Qaydaları»na və ya digər normativ-texniki
sənədlərə uyğun olaraq aparılır.
8.3.
Hesablaşma və nəzarət sayğaclarının oxunuşu tərəflər arasında razılaşdırılmış
zaman çərçivəsində həyata keçirilir. Sayğacların oxunması tərəflərin razılığı əsasında
onların səlahiyyətli nümayəndələrinin birgə iştirakı və yaxud ayrı-ayrılıqda həyata
keçirilə bilər. Sayğacların göstəricilərinin oxunuşu zamanı hesabat və nəzarət
sayğaclarının göstərişində hər hansı fərq yaranarsa (sayğacın buraxıla bilən xətasının
mütləq qiymətinin 2 (iki) mislindən artıq olduqda) hər iki sayğac «Elektrik
Enerjisindən istifadə Qaydaları»nın 7.16-cı, 8.7-ci, 8.8-ci, 8.15-ci bəndlərinə
uyğun olaraq sınaq yoxlamasından keçməlidir. Bu zaman hesabat doğru sayğacın göstəricilərinə
əsasən aparılır və nasaz sayğac onun sahibinin hesabına təmir edilir və ya dəyişdirilir.
Hesablaşma
və nəzarət sayğaclarının, həmçinin çıxış fiderlərində quraşdırılmış sayğacların
daxili (konstruktiv elementlər) qüsurlardan qorunması sayğacların hər birinin
öz mülkiyyətçisi tərəfindən həyata keçirilir. Ölçü cihazlarının xarici amillərdən
(qəsdən və ya təsadüfi mexaniki zədələnmələr və s.) qorunması isə enerji qəbulu
məntəqəsinin mülkiyyətçisi tərəfindən aşağıdakı formada təmin edilir:
8.3.1.
hesablaşma və nəzarət sayğaclarının quraşdırıldığı yarımstansiyalarda Satıcı və
Alıcı tərəfindən birgə möhürlənmiş qeydiyyat jurnalı saxlanılır. Satıcı və Alıcının
səlahiyyətli nümayəndələri hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış
sayğaclara, həmçinin onların dövrələrinə aid qurğulara baxış keçirdikdən sonra
baxışın nəticələri barədə jurnalda tarix və saat göstərməklə qeydiyyat aparır və
qeydiyyatı imzaları ilə təsdiqləyirlər;
8.3.2.
Alıcının səlahiyyətli nümayəndələrinin nəzarət və çıxış fiderlərində
quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən (cərəyan və gərginlik
transformatorları) dövrələrinə nəzarət məqsədilə enerji qəbulu məntəqələrinə
buraxılması tərəflər arasında əvvəlcədən razılaşdırılmış siyahıya müvafiq Alıcının
təqdim etdiyi sənədlər əsasında Satıcı tərəfindən dərhal təmin olunur. Hesablaşma,
nəzarət, çıxış fiderlərində quraşdırılmış sayğacların və onları bəsləyən ölçü
transformatorlarının dövrəsində hər hansı bir qüsur və yaxud qeyri-balans
yaranarsa, bu barədə jurnalda müvafiq qeydiyyat aparılır. Aşkarlanmış çatışmazlıqlar
barədə Tərəflər bir-birinə rəsmi məlumat verir. Göstərilən səbəbdən Satıcı ilə
Alıcı arasında yaranmış mübahisələrin həlli bu Müqavilənin 13-cü bəndinə uyğun
həll edilir.
8.4.
Hesablaşma və nəzarət sayğacları, çıxış fiderlərində quraşdırılmış sayğaclar,
onların ölçü dövrələrinə aid edilən bütün elementləri lazımi şəkildə kənar müdaxilədən
mühafizə etmək məqsədilə «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun
olaraq, Satıcı, Alıcı və Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən plomblanır.
Hesablaşma,
nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən
ölçü transformatorlarının dövrələrinə vurulmuş hər hansı bir plombun açılması zərurəti
yarandıqda, Tərəflər bir-birinə qabaqcadan rəsmi məlumat verməli və tərəflərin
iştirakı təmin olunmalıdır. Qəza vəziyyəti yarandığı təqdirdə isə qəzanın
aradan qaldırılması məqsədilə plomblar açılarsa, sayğacların həmin andakı göstəriciləri
barədə Enerji Qəbulu Məntəqəsindəki qeydiyyat jurnalında müvafiq qeydiyyat
aparılmalı və bu haqda Tərəflər bir-birinə rəsmi məlumat verməlidir.
8.5.
Enerji Qəbulu Məntəqələrində alınan elektrik enerjisinin keyfiyyət göstəricilərinə
nəzarət edən və keyfiyyət göstəricilərini «Elektrik Enerjisindən istifadə
Qaydaları»na uyğun olaraq qeyd edən qurğular quraşdırılır. Qurğuların yerləşdirilməsi
və onların göstəricilərinin oxunması bu Müqavilənin 8.3-cü bəndində göstərilmiş
qaydada aparılır.
8.6.
Hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğaclarda, həmçinin
onların ölçü dövrələrinə aid edilən elementlərində hər hansı nasazlıq yaranarsa,
Tərəflər bir-birinə təcili rəsmi məlumat verməli və bu aktlaşdırılmalıdır.
Yaranmış qüsur nəticəsində hesablaşma və nəzarət sayğacları Tərəflərin və Dövlət
Enerji Nəzarət İdarəsinin nümayəndələrinin iştirakı ilə sayğacın qeydə almadığı
enerji göstəricilərinin oxunmasını təmin etməli və bunlar növbəti ayın
hesabatına əlavə olunmalıdır.
9. Sayğacların sınaqdan keçirilməsi və yoxlanılması
9.1. Tərəflərin
birinin Enerji Qəbulu Məntəqəsindəki hesablaşma və nəzarət sayğacları müəyyən
olunmuş qaydada və ya digər Tərəfin əsaslı xahişi ilə vaxtaşırı sınaqdan keçirilməlidir.
Belə sınaqlar zamanı hər iki Tərəf öz nümayəndələrini təyin etməlidirlər. Keçirilmiş
sınaq haqqında Tərəflərdən hər birinə yazılı hesabat verilməlidir. Əgər
sayğacların sınaqdan keçirilməsi zamanı kənarlaşma (fərq) aşkar olunarsa, həmin
sayğac onun sahibi olan və onu istifadə edən tərəfin hesabına dəqiq sayğacla əvəz
olunmalıdır və ya yol verilən kənarlaşma nəzərə alınaraq nizamlanmalıdır.
Sayğacın mənsub olduğu Tərəfin qəsdən təqsirli olduğu hallar istisna olmaqla, kənarlaşma
halları aşkar edildikdə, Müqavilənin 13-cü bəndində göstərilən mübahisələrin həlli
prosedurlarına keçməzdən əvvəl, Tərəflər bu halın mübahisəsiz (məhkəmədən kənar
qaydada) aradan qaldırılması üçün zəruri səyləri göstərməlidirlər.
9.2.
Sayğacların sınaqdan keçirilməsi «Elektrik Enerjisindən istifadə Qaydaları»nda
nəzərdə tutulmuş müddətlərdə aparılır.
10. Hesabların təqdim olunması və ödənilməsi
10.1.
Ötürülən elektrik enerjisinə (aktiv və reaktiv enerji) görə hesablaşmalar bu Müqavilənin
7.1-ci bəndində nəzərdə tutulmuş qaydada aparılır.
10.2.
Satıcının səlahiyyətli nümayəndəsi Alıcının səlahiyyətli nümayəndəsi ilə
birlikdə hər hesabat ayı üzrə Enerji Qəbulu Məntəqələrində qurulmuş hesablaşma
elektrik sayğaclarından götürülən faktiki ölçmə məlumatlarının əsasında ötürülən
elektrik enerjisi haqqında yazılı və elektron formatda, aylıq hesabat tərtib
etməlidir. Bütün Enerji Qəbulu Məntəqələrindən daxil olan elektrik enerjisinin
cəmi Ötürülmüş elektrik enerjisi hesab olunacaq. Müvafiq müqavilə ayı üçün hər
bir Enerji Qəbulu Məntəqələrində ötürülmüş elektrik enerjisini göstərən aylıq məlumatlar
növbəti Müqavilə ayının 5-ci iş günündən gec olmayaraq Alıcıya təqdim
olunmalıdır.
10.3.
Ötürülən elektrik enerjisi haqqında aylıq hesabat verildiyi vaxtda, Satıcı Alıcı
tərəfindən təqdim olunmuş üzləşmə aktlarını nəzərə almaqla cəmi ötürülmüş elektrik
enerjisinə görə Alıcıya hesab-faktura təqdim edir. Bununla belə, Alıcının aylıq
hesabatı aldığı tarixdən etibarən, 5-ci iş günündən gec olmayaraq əsaslı səbəb
göstərməklə etiraz etmək hüququ vardır. Alıcı aylıq hesabatlar üzrə mübahisə
qaldırarsa, bu mübahisə əsaslı izahat verilməklə Satıcıya yönəldilməlidir.
10.4.
Bu Müqavilənin 11-ci bəndinə müvafiq olaraq Alıcı tərəfindən heç bir mübahisə
haqqında bildiriş verilməmişdirsə, Alıcı Satıcı tərəfindən verilən
hesab-fakturanı aldıqdan sonra, 20 (iyirmi) iş günü ərzində hesab-fakturada göstərilmiş
məbləği Satıcıya ödəməlidir.
11. Mübahisəli hesablar
11.1.
Alıcının Satıcı tərəfindən təqdim olunan aylıq hesabata qarşı mübahisə
qaldırmaq hüququ vardır. Belə bir mübahisə yarandığı təqdirdə, Satıcı Müqavilənin
13-cü bəndində qeyd olunan mübahisələrin həlli qaydalarına riayət etməlidir.
11.2.
11.1-ci bənddə göstərilənlərə zidd olmayaraq, hesablarla əlaqədar mübahisə
yarandıqda, Alıcı mübahisə doğurmayan məbləği tam şəkildə ödəməli, qalan hissəsini
isə mübahisə həll olunduqdan sonra tam ödəməlidir.
11.3.
Məbləğin mübahisəli qalıq hissəsi aşağıdakı qaydada ödənilməlidir:
11.3.1.
mübahisə Satıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğin üstünə 14-cü bənddə
göstərilən müstəqil ekspertin tam xərci və mübahisəli məbləğin ödənməyən hissəsi
üçün gecikdirilən müddətə görə həmin məbləğin 0,01 faizi miqdarında dəbbə
(penya) pulu hesablanmalıdır;
11.3.2.
mübahisə Alıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğdən 14-cü bənddə göstərilən
müstəqil ekspertin tam xərci çıxılır (əgər bu məbləğ Alıcı tərəfindən ödənilmişdirsə)
və bu məbləğ növbəti aylıq ödəniş zamanı da nəzərə alınaraq həmin məbləğdən
çıxılır.
12. Mübahisə doğurmayan hesabların ödənilməsi
Hesab-faktura
alındığı tarixdən sonra, 20 (iyirmi) iş günü ərzində Alıcı müvafiq ödənişi həyata
keçirmədiyi və mübahisəli hesab haqqında 5 (beş) iş günü ərzində yazılı bildiriş
təqdim etmədiyi təqdirdə, Satıcı göstərilən müddətdən sonrakı hər bir gün üçün
ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə
(penya) tələb etmək hüququna malikdir.
13. Mübahisələr
13.1.
Tərəflər arasında bu Müqavilə ilə əlaqədar hər hansı mübahisə və ya fikir
ayrılığı yarandıqda, mübahisə üzrə etirazı irəli sürən tərəf mübahisənin məğzini
tam açıqlamaqla və mübahisənin həlli yollarını qeyd etməklə, digər tərəfə kifayət
qədər ətraflı rəsmi məlumat təqdim etməlidir. Mübahisə onun haqqında məlumat verildiyi
tarixdən sonra qarşı Tərəfin səyi ilə 10 gün müddətində həll olunmazsa, o zaman
Tərəflər 13.2-ci bənddə göstərilən qaydada görüş keçirməlidirlər. Tərəflər
arasında keçirilmiş görüşün nəticəsində mübahisə predmeti öz həllini tapmadığı
təqdirdə etirazı irəli sürən Tərəf mübahisənin həlli məqsədilə aidiyyəti üzrə
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Sənaye və Energetika
Nazirliyinə müraciət edə bilər. Həmin müraciət 10 (on) iş günü ərzində
nazirliklər tərəfindən araşdırılır və mübahisə barədə qərar qəbul olunur. Tərəflər
bu qərarla razılaşmadığı təqdirdə, mübahisələr məhkəmə qaydasında həll olunur.
13.2.
Tərəflər və ya onların təyin etdiyi nümayəndələr məlumatın rəsmi qaydada təqdim
edildiyi tarixdən sonra 30 (otuz) gün ərzində görüş keçirməlidirlər və mövcud
mübahisənin tez bir zamanda aradan qaldırılması üçün səy göstərməlidirlər. Tərəflər
İqtisadi İnkişaf Nazirliyinə və Sənaye və Energetika Nazirliyinə müraciət
etdikdən sonra bu bənddə nəzərdə tutulmuş tədbirlər nəticəsində mübahisə qeyd
olunmuş müddət ərzində həll edilmədikdə, mübahisələr məhkəmə qaydasında həll
olunur.
13.3.
Tərəflərin balansında olan elektrik qurğularının fəaliyyəti zamanı yaranmış qəzaların
səbəbləri Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin nəzdində
yaradılmış (Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası, «Azərenerji» ASC, «Bakıelektrikşəbəkə» ASC və «Sumqayıtelektrikşəbəkə»
ASC-nin səlahiyyətli nümayəndələrinin daxil olduğu) komissiyada və yaxud bu
komissiyanın təklifi ilə seçilmiş və ya təyin olunmuş müstəqil ekspert tərəfindən
təhlil olunur. Qəzanın yaratdığı və tərəflərin bir-birinə qarşı iddia predmeti
olan məsələlərin həlli yolları yalnız komissiyanın birbaşa rəyi (və ya müstəqil
ekspertin rəyi) əsasında formalaşır. Komissiyanın rəsmi qərarının icrası tərəflər
üçün məcburidir. Tərəflər komissiyanın qərarı ilə razı olmadıqda məsələ məhkəmə
qaydasında həll edilir.
13.4.
Bu Müqavilədən irəli gələn öhdəliklərin həyata keçirilməsi zamanı Tərəflər Mülki
Məcəllənin 6.1.1-ci və 6.1.2-ci maddələrində nəzərdə tutulan mülki hüquq
subyektlərinin bərabərliyi və subyektlərin iradə sərbəstliyi prinsipini rəhbər
tuturlar.
Tərəflər
Müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə
zidd olmayan hər hansı müqaviləyə şərtlər qoymaqda sərbəstdirlər.
14. Ekspert
Tərəflər
Müqavilənin predmeti üzrə qarşılıqlı iddiaların araşdırılması məqsədilə
texniki, iqtisadi məsələlərə dair mübahisələrin təhlili üçün müstəqil ekspert dəvət
edə bilərlər. Müstəqil ekspert bildiriş aldıqdan sonra Tərəflərin qarşılıqlı razılığı
ilə 10 (on) gün müddətində təyin ediləcəkdir. Müstəqil ekspertin xidmət haqqı
etirazı irəli sürən Tərəfin hesabına ödənilir. Tərəflər müstəqil ekspertin qərarları
ilə razılaşır və onları yerinə yetirməyi öhdələrinə götürürlər.
15. Zərərin ödənilməsi
«Elektrik
enerjisindən istifadə Qaydaları»na müvafiq olaraq, istehlakçılar Satıcı tərəfindən
ötürülən elektrik enerjisinə və onun keyfiyyətinə dair Alıcıya qarşı
kompensasiya iddiası qaldırdıqda, əgər istehlakçılara dəymiş zərərin Satıcının
təqsiri üzündən baş verdiyi (Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyinin, Dövlət Enerji Nəzarət İdarəsi, müstəqil ekspert və ya məhkəmə tərəfindən)
sübut olunmuşdursa, Alıcıya qarşı istehlakçı tərəfindən qaldırılmış belə iddiaların
nəticəsi olaraq onun çəkdiyi xərclər və digər öhdəliklər şəklində zərəri Satıcı
ödəyəcəkdir. Alıcı belə iddialardan xəbərdar olduğu zaman 3 (üç) iş günü ərzində
Satıcıya bildiriş verməlidir. Zərərin ödənilməsi ilə bağlı tərəflər arasında
razılığın əldə edilmədiyi halda məsələ Müqavilənin 13-cü bəndində nəzərdə tutulmuş
qaydada həll olunmalıdır.
16. Uçot və hesabat
Tərəflərdən
hər biri digər Tərəfin, eyni zamanda aidiyyəti mərkəzi icra hakimiyyəti
orqanının müraciətinə əsasən, öz öhdəliklərinin tələb olunan səviyyədə və
qaydada yerinə yetirilməsi ilə bağlı müqavilə çərçivəsində istənilən zəruri məlumatları
təqdim etməlidir.
17. Tərəflərin hüquq və vəzifələri
17.1. Tərəflərin qarşılıqlı hüquq
və vəzifələri
17.1.1.
Enerjisistemdə güc və elektrik enerjisi çatışmazlığı yaranan hallarda məhdudiyyət,
həmçinin baş verə biləcəyi ehtimal olunan qəza vəziyyəti ilə əlaqədar şəbəkədən
açılan gücün həcminin və ünvanının tərtib edilməsi, razılaşdırılması, təsdiq edilməsi
və tətbiqi ilə əlaqədar Satıcı və Alıcı arasındakı qarşılıqlı münasibətlər Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemə
elektrik gücü və enerjisi çatışmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa
açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat»a uyğun
olaraq tənzimlənir.
17.1.2.
Tərəflər digərinin xidmət göstərdiyi ərazilərdə öz avadanlıqlarının (sayğac, əks
qəza avtomatikası, ölçü-nəzarət sistemləri və s.) quraşdırılmasında, onlara
texniki xidmətlərin göstərilməsində və istismarında Azərbaycan Respublikasının
müvafiq normativ-hüquqi aktlarının tələb etdiyi texniki tələblərə riayət etməlidirlər.
17.1.3.
Tərəflərdən biri elektrik enerjisinin paylanması və təchizatı üzrə öz fəaliyyətini
həyata keçirərkən digər Tərəfin ərazisinə daxil olmaq zərurəti yarandıqda, o,
qarşı Tərəfə müvafiq məlumat verməli və onun ərazisində olduğu zaman sonuncunun
səlahiyyətli nümayəndəsinin iştirakına etiraz etməməlidir.
17.1.4.
Tərəflər özlərinə məxsus elektrik paylayıcı aktivlərin təmas nöqtəsində olan
yerlərdə rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyinin
təmin olunmasına, istismarına və doğru fəaliyyətinə görə birgə məsuliyyət
daşıyırlar.
17.1.5.
Tərəflər arasında yeni qoşulan güclərə texniki şərtlərin verilməsi aşağıdakı
kimi tənzimlənir:
17.1.5.1.
Alıcı öz şəbəkəsində yenidənqurma işləri apararkən 35 və 110 kV-luq
yarımstansiyaların tikintisi ilə bağlı Satıcıdan müəyyən olunmuş qaydada
texniki şərt alır. Qeyd olunandan aşağı gərginlikli yarımstansiyaların
tikintisinə Satıcıdan texniki şərt alınması tələb olunmur və bu halda Alıcı
yalnız Satıcını rübdə bir dəfə məlumatlandırır.
17.1.5.2.
Alıcı xidmət etdiyi ərazidə istehlakçının sifarişi ilə 800 kVt-a qədər elektrik
gücünə texniki şərtləri müstəqil verir. Bu güc həddi keçildikdə texniki şərtlərin
verilməsi Satıcı ilə razılaşdırılır.
17.2. Satıcının vəzifələri
17.2.1.
Satıcı Müqavilə üzrə elektrik enerjisinin Azərbaycan Respublikasında qəbul
edilmiş standartlara əsasən müəyyənləşmiş texniki göstəricilərə uyğun şəkildə
çatdırılmasını və Müqavilənin 1 nömrəli əlavəsində göstərilən Razılaşdırılmış tələbat
və gücün saxlanılmasını təmin edir. Bu məsələnin həlli «Elektrik enerjisindən
istifadə Qaydaları»nın 11.5-ci və 11.6-cı bədlərinə müvafiq şəkildə aparılır.
17.2.2.
Satıcı enerji qəbulu məntəqələrində, həmçinin tərəflərə məxsus aktivlərin təmas
nöqtələrində quraşdırdığı və balansında olan rele mühafizəsi, avtomatik təkrar
qoşma (ATQ) qurğularının selektivliyini və əksqəza avtomatikasının normal fəaliyyətini
təmin edir.
17.2.3.
Satıcı Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Dövlət elektroenergetika
müəssisəsi, enerjitəchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi
dispetçer xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında
Təlimat»a və digər normativ sənədlərə uyğun olaraq Alıcının balansında olan elektrik
paylayıcı aktivlər də nəzərə alınmaqla, bütövlükdə sistem əhəmiyyətli əksqəza
avtomatikasının (ƏQA) həcmlərinin, qoyuluş yerlərinin və qoyuluş qiymətlərinin (ustavkalarını)
təyin edir, Alıcı ilə razılaşdırır, yerlərdə quraşdırılmasına və işlək olmasına
nəzarəti təmin edir.
17.2.4.
Satıcı «Elektrik enerjisindən istifadə Qaydaları»nın 11.5-ci və 11.6-cı bəndlərinin
tələblərinə uyğun olaraq Alıcı ilə Balans mənsubiyyəti sərhədlərində elektrik
enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun olmasını təmin edir.
17.2.5.
Satıcı Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemdə elektrik
gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma
qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat»a uyğun olaraq, Alıcıya
hər il oktyabr ayının 1-dək məhdudiyyət qrafiklərinin tərtib edilməsi üçün rəsmi
müraciət edir.
17.2.6.
Satıcı müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilmiş Enerji Qəbulu Məntəqələrində
elektrik verilişi xətlərinin gücötürmə qabiliyyətinin həmin məntəqələrdə
quraşdırılmış güc transformatorlarının nominalına uyğun olmasını təmin edir.
17.2.7.
Satıcı enerji sisteminin və Alıcının elektrik şəbəkəsinin operativ idarəetmə
sxemlərinin uzlaşdırılması, mühafizə qurğularının selektivliyi və operativ idarəetmə
üzrə «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu
maddələrinin və «Elektrik enerjisindən istifadə Qaydaları»nın müvafiq tələblərinin
icrasını təmin edir.
17.2.8.
Alıcı 1 nömrəli əlavədə göstərilən dövr üçün razılaşdırılmış tələbat və gücdən
artıq elektrik enerjisi almaq niyyətində olduğunu bildirərsə, Satıcı ona
qanunvericilik çərçivəsində razılaşdırılmış tələbat və gücdən artıq elektrik
enerjisi sata bilər.
17.3. Satıcının hüquqları
17.3.1.
Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarında və bu Müqavilənin
17.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada və «Elektrik enerjisindən istifadə
Qaydaları»nın tələblərinə uyğun olaraq, Alıcıya ötürülən elektrik enerjisində
(güc) əvvəlcədən xəbər verməklə, ekstremal hallarda isə xəbərdarlıqsız fasilələr
və məhdudiyyətlər tətbiq edilə bilər. Bu halda tətbiq edilən məhdudiyyətlər Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemdə
elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma
qrafiklərinin tərtib və tətbiqi qaydaları» və «Dövlət elektroenergetika müəssisəsi,
enerji təchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi dispetçer
xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında» təlimatların
müddəalarına uyğun olmalıdır. Təlimatların müddəalarına uyğun olmayan hərəkətlər
bu Müqavilənin 13-cü bəndi ilə tənzimlənir.
17.3.2.
Satıcı müqavilə ilində Alıcının xidmət göstərdiyi əraziyə ötürülən elektrik
enerjisinin 1 nömrəli əlavədə razılaşdırılmış həcmindən artıq hissəsini təmin
etməmək hüququna malikdir.
17.4. Alıcının vəzifələri
17.4.1.
Alıcı elektrik enerjisini bu Müqavilənin 1 nömrəli əlavəsində müəyyən edilmiş həcmdən
çox olmamaq şərti ilə alır.
17.4.2.
Alıcı Enerji Qəbulu Məntəqələrində bu Müqavilənin 3 nömrəli əlavəsində qeyd
olunmuş buraxıla bilən gücü maksimal və nominal güc həddini pozmadan təmin etmək
üçün bütün zəruri tədbirləri həyata keçirir.
17.4.3.
Alıcı öz balansında olan Enerji Qəbulu Məntəqələrində istehlakçılara ötürülən
elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun və yükün
simmetrikliyinin buraxıla bilən həddə olmasını təmin edir.
17.4.4.
Alıcı Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemdə
elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma
qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat»a uyğun olaraq,
Satıcının rəsmi müraciəti əsasında cari il oktyabrın 1-dək məhdudiyyət qrafiklərinin
tərtibi və təsdiqini təmin edir.
17.4.5.
Alıcı balans mənsubiyyətində olan paylayıcı şəbəkəsində quraşdırdığı rele mühafizəsi,
avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyini təmin edir.
17.4.6.
Alıcı Satıcı tərəfindən onun balans mənsubiyyətində olan paylayıcı şəbəkəsində quraşdırdığı
əksqəza avtomatika qurğularının daimi işdə olmasını və normal fəaliyyətini təmin
edir.
17.5. Alıcının hüquqları
17.5.1.
Alıcı istehlakçıların müqavilə üzrə razılaşdırılmış tələbat səviyyəsinə nəzarəti
həyata keçirir və ehtiyac olduqca Enerji Qəbulu Məntəqələrinin birində və ya
bir neçəsində nominal gücün artırılması barədə Satıcıya müraciət edə bilər.
17.5.2.
Alıcı Enerji Qəbulu Məntəqələrində bu Müqavilənin 3 nömrəli əlavəsində göstərilən
razılaşdırılmış gücləri öz şəbəkəsi daxilində sərbəst paylayır.
17.5.3.
Alıcı digər elektrik enerjisi istehsalçılarından alınmış elektrik enerjisini
özünün enerji qəbulu məntəqələrinə çatdırmaq məqsədilə Satıcının balansında
olan elektrik verilişi xətlərindən istifadə etmək hüququna malikdir və bu zaman
Alıcı və Satıcı arasında ayrıca tranzit müqaviləsi bağlanmalıdır.
17.5.4.
Alıcı hesablaşma sayğaclarının işinə nəzarət etmək üçün Enerji Qəbulu Məntəqələrində
nəzarət sayğacları quraşdırmaq hüququna malikdir.
18. Fors Major
18.1.
Bu Müqavilədə Fors Major hər hansı Tərəfə (Zərərçəkən Tərəf) münasibətdə həmin
Tərəfin mümkün nəzarətindən kənarda olan və həmin Tərəfin bütün tədbirlərinə
baxmayaraq, qarşısı alına, yan keçilə və ya aradan qaldırıla bilməyən, həmin Tərəfin
bu Müqavilə üzrə hər hansı öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnən,
aşağıda göstərilənlərlə məhdudlaşmayan bütün hadisə və ya hallardır ki, Azərbaycan
Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən təsdiq edilən sənəd əsasında
müəyyənləşdirilir:
18.1.1.
elan olunan və ya olunmayan hər hansı hərbi akt, işğal, silahlı münaqişə və ya
xarici düşmənin hərəkətləri, mühasirə, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş,
hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya
sabotaj;
18.1.2.
hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;
18.1.3.
ildırım, zəlzələ, yer sürüşməsi, daşqın, tufan, siklon, və digər fövqəladə
hadisələr;
18.1.4.
yanğın, partlayış və kimyəvi zəhərlənmə, hərbi əməliyyatlar;
18.1.5.
Satıcı və Alıcı üçün Fors Major hadisəsi hesab ediləcək layihənin mətnində qeyd
olunmamış digər hadisə.
18.2.
Aşağıdakı hadisələr, birbaşa Fors Major hadisəsinin tam və ya qismən nəticəsi
deyilsə, Fors Major hadisəsi hesab olunmurlar:
18.2.1.
elektrik enerjisinin istehsalı və ötürülməsi xidmətlərinin göstərilməsi üçün
Satıcıya tələb olunan mexanizm, avadanlıq, material, ehtiyat hissələri və ya
istehlak mallarının göndərilməsinin gecikdirilməsi;
18.2.2.
hər hansı podratçı və ya subpodratçı tərəfindən işin gecikdirilməsi;
18.2.3.
Tərəflərdən birinin vəsait çatışmazlığı.
18.3.
Tərəflər Fors Major hadisəsi üzündən bu Müqavilədə nəzərdə tutulan öhdəliklərinin
yerinə yetirilməsindən aşağıdakı dərəcədə və müddətdə azad edilirlər ki:
18.3.1.
zərərçəkən Tərəf Fors Major hadisəsini ətraflı təsvir edən, o cümlədən hadisənin
xarakterini və onun gözlənilən müddəti göstərilmiş bildirişi gecikdirmədən üç
(3) gün müddətində digər Tərəfə təqdim etsin və Fors Major hadisəsi dövründə mümkün
qədər bu hadisə ilə bağlı mütəmadi məlumat versin;
18.3.2.
Fors Major hadisəsinin tələb etdiyi miqyasda işin icrasını dayandırmasın;
18.3.3.
zərərçəkən Tərəf Fors Major hadisəsinə qədər mövcud olan və işin müvəqqəti
dayandırılmasına səbəb olan öhdəlikləri Fors Major hadisəsinin nəticəsi hesab
olunmasın;
18.3.4.
zərərçəkən Tərəf Fors Major hadisəsinin təsirini yumşaltmaq və işin yerinə
yetirilməsinin mümkün qədər tez bərpa edilməsi üçün bütün mümkün səyləri göstərsin;
18.3.5.
zərərçəkən Tərəf Fors Major hadisəsi başa çatdıqdan sonra dərhal bu barədə digər
Tərəfi bildirişlə xəbərdar etsin və Tərəflərdən hər biri bu Müqavilə ilə öz öhdəliklərinin
icrasını davam etdirsin.
18.4.
Fors Major hadisəsi tərəflərdən birinə itki və ya zərər dəyməsi ilə nəticələndikdə,
məsələn, bir tərəfdən Satıcının Alıcıya olan təxmini tələbatı yerinə yetirmək və
ya digər tərəfdən Alıcının qəbul etdiyi ötürülən elektrik enerjisi üzrə öhdəliklərini
ödəmək imkanının azalmasına gətirib çıxararsa, zərərçəkən Tərəf digər Tərəfə
ilk bildiriş verməli olduğu tarixdən sonra 28 gün ərzində Müqavilə üzrə
elektrik enerjisinin ötürülməsini bərpa etmək üçün lazım olan vaxtı da göstərməklə,
ilkin yazılı təkliflərini tərtib edərək, İqtisadi İnkişaf Nazirliyinə təqdim
etməlidir.
18.5.
Alıcı və Satıcı ilkin təklifləri aldıqdan sonra 15 gün ərzində görüşüb həmin dövrün
nəticələrini müzakirə etməlidirlər. Alıcı ilə Satıcı arasında həyata keçirilməli
olan tədbirlər barədə razılıq əldə olunarsa, o zaman bu Müqavilə qüvvəsində
qalacaqdır. Əgər Tərəflər razılıq əldə etməzlərsə, o zaman Tərəflər məsələnin həll
olunması məqsədilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət
edirlər.
19. Müqaviləyə xitam verilməsi
Müqaviləyə Alıcı tərəfindən
xitam verilməsi barədə vəsatət
19.1.
Alıcı İqtisadi İnkişaf Nazirliyinə məlumat verməklə aşağıdakı hallarda Müqaviləyə
xitam verilməsi barədə məsələ qaldıra bilər:
19.1.1.
Satıcı bu Müqavilə üzrə özünün hər hansı öhdəliyini əhəmiyyətli dərəcədə
pozduqda (Fors Major hadisəsi istisna olmaqla);
19.1.2.
Alıcı hüquqi şəxs olaraq ləğv edildikdə;
19.1.3.
Alıcı müflisləşmiş hesab edildikdə.
Müqaviləyə Satıcı tərəfindən xitam
verilməsi barədə vəsatət
19.2.
Satıcı aşağıdakı hallarda Müqaviləyə xitam verilməsi barədə məsələ qaldıra bilər:
19.2.1.
Alıcı bu Müqavilə üzrə özünün hər hansı öhdəliyini əhəmiyyətli dərəcədə
pozduqda (Fors Major hadisəsi istisna olmaqla);
19.2.2.
Satıcı hüquqi şəxs olaraq ləğv edildikdə;
19.2.3.
Satıcı müflisləşmiş hesab edildikdə.
Müqaviləyə xitamın həyata keçirilməsi
19.3.
Bu Müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyində
müəyyən edilmiş əsaslarla xitam verilir.
20. Digər müddəalar
20.1.
Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən (Müqavilənin
16-cı bədinin tələbləri nəzərə alınmaqla), Tərəflər bu Müqavilə ilə əlaqədar
olan bütün sənədləri və digər məlumatları, yazılı və ya şifahi formada, texniki
və ya kommersiya məzmunlu olmasından və qarşı Tərəfin özü və ya onun adından verilməsindən
asılı olmayaraq, məxfi saxlayacaq və qarşı Tərəfin əvvəlcədən yazılı razılığı,
qanunun tələbi və qəbul edilmiş maliyyə və ya inzibati prosedur praktikasının tələbi
olmadan və ya Müqavilədə nəzərdə tutulmuş məqsədlərdən başqa digər məqsədlər
üçün açıqlamayacaqlar.
20.2.
Bu Müqavilə və burada istinad edilən bütün sənədlər bütöv anlaşmanı özündə əks
etdirir və tam Müqaviləni təşkil edir və onun predmetinə münasibətdə bütün əvvəlki
müzakirə və sənədləri əvəz edir və qanunla nəzərdə tutulmuş və ya bu Müqavilə çərçivəsində
yaranan hallardan başqa hər hansı təminatı, şərti və ya digər öhdəliyi əhatə
etmir.
20.3.
Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində əlavə və dəyişikliklər
yazılı formada hər bir Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı və
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edildiyi halda edilə bilər.
20.4.
Müqavilə üzrə hər hansı hüquqdan imtina yazılı formada olmalı və hüquqdan
imtina edən Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Tərəfin
hər hansı hüquqdan imtina etməsi onun digər hüquqlardan imtina etməsi və ya həmin
hüquqdan gələcəkdə imtina etməsi demək deyildir. Tərəfin bu Müqavilə və yaxud
qanundan irəli gələn hüququnun, imtiyazının və ya dəyişikliklərin həyata keçirilməsinin
qeyri-mümkünlüyü və ya təxirə salınması hər hansı hüquqdan, imtiyazdan və ya düzəlişdən
imtina etmək kimi qəbul edilməməlidir. Bu hüququn, imtiyazın və ya düzəlişin
birdəfəlik və ya qismən həyata keçirilməsi onun və ya hər hansı digər hüququn,
imtiyazın və ya dəyişikliyin sonradan həyata keçirilməsinin qarşısını almır.
21. Fərqləndirmə
Bu Müqavilənin
hər hansı müddəası öz qüvvəsini itirərsə və ya hər hansı məhkəmənin qərarı,
yaxud hər hansı səlahiyyətli orqanın Tərəflər üçün məsuliyyət yaradan qərarı ilə
qüvvədən düşmüş və ya etibarsız hesab olunması Müqavilənin digər müddəalarının
qüvvəsiz və ya etibarsız hesab olunması demək deyildir. Hər bir belə halda Tərəflərin
ədalətli danışıqlar yolu ilə bir və ya iki müddəa üzrə razılığa gəlmələri bu Müqavilənin
mahiyyətinə uyğun gələcəkdir.
22. Məsuliyyətin məhdudlaşdırılması
22.1.
Məsuliyyət aşağıdakı qaydada məhdudlaşdırılır:
22.1.1
Tərəflər bu Müqavilənin hər hansı pozuntusu nəticəsində digər Tərəfə və ya
üçüncü şəxsə dəymiş itkiyə, istehsalat itkisinə, mənfəət itkisinə və sonrakı
itkiyə görə yalnız o halda məsuliyyət daşıyırlar ki, bu məsuliyyətin yaranması
bu Müqavilədən və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən
irəli gəlsin. Tərəflərdən heç biri digər hallarda qeyd olunanlara görə heç bir
məsuliyyət daşımırlar;
22.1.2
bu Müqavilənin heç bir şərti Alıcının və ya Satıcının səhlənkarlığı ucbatından
işçilərin həyatına və ya səhhətinə dəyən ziyana görə məsuliyyəti məhdudlaşdırmır.
|
Satıcı adından |
Alıcı adından |
|
«Azərenerji» ASC-nin prezidenti |
«Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri |
1 nömrəli əlavə
Birinci müqavilə ili üçün elektrik enerjisi üzrə razılaşdırılmış
tələbat və güc
|
Enerji Qəbul Məntəqələrinə çatdırılmasına dair maksimal tələblər |
|||
|
|
Aktiv elektrik enerjisi (mln. kVt/saat) |
Reaktiv elektrik enerjisi (mln. kV AR/saat) |
|
|
1-ci rüb |
Yanvar |
|
|
|
|
Fevral |
|
|
|
|
Mart |
|
|
|
|
Cəmi 1-ci rüb üzrə |
|
|
|
2-ci rüb |
Aprel |
|
|
|
|
May |
|
|
|
|
İyun |
|
|
|
|
Cəmi 2-ci rüb üzrə |
|
|
|
3-cü rüb |
İyul |
|
|
|
|
Avqust |
|
|
|
|
Sentyabr |
|
|
|
|
Cəmi 3-cü rüb üzrə |
|
|
|
4-cü rüb |
Oktyabr |
|
|
|
|
Noyabr |
|
|
|
|
Dekabr |
|
|
|
|
Cəmi 4-cü rüb üzrə |
|
|
|
Cəmi il ərzində |
|
|
|
Qeyd. Birinci müqavilə ili üzrə razılaşdırılmış
maksimum gücün səviyyəsi: qış maksimumunda _____________________ MVt səviyyəsində.
2 nömrəli əlavə
«Azərenerji» ASC ilə «Bakıelektrikşəbəkə» ASC arasında
sərhəd nöqtələrində qoyulmuş hesabat və nəzarət sayğaclarının siyahısı
|
№ |
Gərginlik kV |
Sayğacların quraşdırıldığı Y/st və fider,
h/x-nin adı |
Satıcının aktiv sayğaclarının zavod №-si |
Satıcının reaktiv sayğaclarının zavod №-si |
Hesablaşma sayğaclarının quraşdırıldığı il |
Hesablaşma sayğaclarının son yoxlama tarixi |
Alıcının nəzarət sayğaclarının zavod №-si |
Nəzarət sayğaclarının quraşdırıldığı il |
Nəzarət sayğaclarının son yoxlama tarixi |
Sayğaclar barədə əlavə qeyd |
||||||
|
220 |
110 |
35 |
20 |
10 |
6 |
Aktiv |
Reaktiv |
|||||||||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
17 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3 nömrəli əlavə
Enerji Qəbulu Məntəqələrində ötürülən güc
|
№ |
Enerji Qəbulu Məntəqələrinin adı |
Enerji Qəbulu Məntəqələrinə Satıcı tərəfindən qoyulmuş güc (quraşdırılmış transformatorların gücü) (MVA) |
Enerji Qəbulu Məntəqəsində Satıcının elektrik verilişi xətlərinin gücötürmə qabiliyyəti (MVT) |
Enerji Qəbulu Məntəqəsində Alıcının müvafiq elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyəti (MVT) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
©
VES Consultancy LLC