Azərbaycan Respublikasının Nazirlər Kabineti

Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında

Qərar No 143

Bakı şəhəri, 29 iyun 1998-ci il

Ölkənin enerji sistemində generasiya güclərinin modernləşdirilməsinə və inkişafına beynəlxalq təcrübəyə müvafiq olaraq əlavə investisiyalar cəlb edilməsi, istehlakçılar tərəfindən enerjiyə qənaət edilməsində iqtisadi həvəsləndirmənin tətbiqi və elektrik enerjisinin tələbatı ilə onun istehsalı arasında uyğunluğu təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödəniş tətbiq edilməsi Qaydaları» təsdiq edilsin.

2. «Azərenerji» Səhmdar Cəmiyyətinə tapşırılsın:

3. «Azərbaycan Respublikası istehlakçılarına buraxılan elektrik və istilik enerjisi tariflərinin dəyişdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 24 may tarixli 251 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 yanvar tarixli 9 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, No 6, maddə 438) .

7 yanvar 2002-ci il tarixli 1 saylı qərara əsasən dəyişikliklərlə


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 29 iyun tarixli
143 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Enerjisistemə qoşulan yeni güclərə görə
birdəfəlik ödəniş tətbiq edilməsi
Qaydaları

1. Bu Qaydalarla elektrik enerjisinin bütün istehlakçıları tərəfindən, büdcədən maliyyələşdirilən nazirlik, idarə və təşkilatlar istisna olamaqla, enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin verilməsi şərtləri müəyyən edilir.

2. Qoşulan yeni güclər dedikdə fəaliyyət növündən asılı olmayaraq, bütün yeni tikilib istifadəyə verilən və yaradılan istehlakçılar (qurğular, məişət və istehsalat obyektləri, yaşayış binaları və fərdi evlər, ofislər, ticarət və xidmət sahəsi obyektləri, qeyri-sənaye obyektləri, nəqliyyat, mövcud istehsalatın yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar yaranan əlavə güclər, abonentlərə qoşulan yeni subabonentlərin gücləri və sairə) başa düşülür.

3. İstehlakçıların yeni güclərinin enerjisistemə qoşulmasına görə birdəfəlik ödənişlərin tətbiqi və yeni güclərin qoşulmasına texniki şərtlərin verilməsinə icazə məsələləri yeni qoşulan güc 100 kilovatdan artıq olduqda «Azərenerji» Səhmdar Cəmiyyətinin əmri ilə yaradılan və daimi fəaliyyət göstərilən Mərkəzi komissiya, yeni qoşulan güc 10 kilovata qədər olduqda müstəqil olaraq və 10 kilovatdan 100 kilovata qədər olduqda isə Mərkəzi komissiya ilə razılaşdırmaqla elektrik şəbəkələrində yaradılan yerli komissiyalar tərəfindən şəbəkənin mövcud imkanları daxilində həll edilir.

Elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan «Bakıelektrikşəbəkə» İstehsalat Birliyində, Gəncə və Sumqayıt şəhər elektrik şəbəkə müəssisələrində bu məsələ, yeni qoşulan güc 100 kilovata qədər olduqda, həmin təşkilatların əmri əsasında, «Azərenerji» SC-nin təqdimatı ilə onun müvafiq qidalandırıcı elektrik şəbəkəsinin və «Enerjinəzarət» müəssisəsinin nümayəndələri daxil edilməklə, yaradılan müvafiq komissiyalar tərəfindən həll edilir.

4. Yeni gücün qoşulmasına texniki şərtlər yeni güclərin qoşulması haqqında istehlakçıların müraciət məktubuna əsasən, istehlakçının enerji qəbuledicilərinin ümumi gücü onların hansı istehlakçı qrupuna aid olması və təsdiqlənmiş enerjitəchizat sxeminin mövcudluğu təyin edildikdən sonra verilir.

5. İstehlakçı yeni gücün qoşulmasına görə birdəfəlik ödəniş haqqının 10 faizini verdikdən sonra yeni gücün qoşulması üçün texniki şərtlərin verilməsinə komissiya tərəfindən icazə verilir. Birdəfəlik ödənişin qalan 90 faizini yeni güc enerjisistemə qoşularkən ödənilir.

6. «Azərenerji» Səhmdar Cəmiyyətinin elektrik şəbəkələri (yerli komissiyalar) və elektrik enerjisini topdan alıb-satan təşkilatlar yeni güclərin qoşulması barədə verdikləri icazələrin bir nüsxəsini hesabat ayından sonrakı ayın 10-dək «Azərenerji» Səhmdar Cəmiyyətinə (Mərkəzi komissiyaya) təqdim edirlər.

7. Enerjisistemə qoşulan yeni güclərə görə bütün ödənişlər «Azərenerji» Səhmdar Cəmiyyətinin xüsusi hesabında cəmlənir və bu vəsait enerjisistemin generasiya güclərinin, 220 kV və ondan yuxarı gərginlikli sistemtəşkiledici elektrik veriliş xətlərinin və qurğularının yaradılmasına və inkişafına yönəldilir.

Elektrik enerjisini topdan alıb-satan təşkilatlar («Bakıelektrikşəbəkə» İB, Gəncə və Sumqayıt şəhər elektrik şəbəkə müəssisələri) onlar tərəfindən yaradılan yerli komissiyaların xətti ilə yeni güclərin qoşulmasına görə olan birdəfəlik ödənişlərdən toplanan vəsaitin 5 faizini göstərilən xidmət haqqı kimi öz ehtiyacları üçün istifadə edirlər.

8. Hər hansı bir obyektiv səbəbdən (layihə-smeta sənədləri təsdiq edilmədikdə, tikinti-quraşdırma işləri aparılmadıqda və yaxud bu işlərin aparılması dayandırıldıqda və s.) yeni güclərin qoşulmasına verilmiş texniki şərtin ləğv edilməsi barəsində istehlakçının müraciətinə müvafiq komissiya tərəfindən baxılır, texniki şərtin ləğv edilməsi və qoşulan yeni gücə görə ödənişin istehlakçıya qaytarılması haqqında qərar qəbul edilməsi üçün Mərkəzi komissiyaya təqdim olunur.

9. Yeni qoşulan elektrik güclərinə görə birdəfəlik ödəniş tətbiq edilərkən, elektrik enerjisindən istifadəyə görə qanunvericiliklə müəyyənləşdirilmiş imtiyazlar qüvvədə saxlanılır.

10. İstehlakçıların yeni qoşulan elektrik güclərinə görə (əlavə dəyər vergisiz) birdəfəlik ödəniş qiymətləri aşağıdakı kimi tətbiq edilir:

11. Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi zamanı yaranmış mübahisə doğuran məsələlər üzrə izahatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır, mübahisələr isə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll edilir.