«Təsdiq edirəm»
Azərbaycan
Respublikası
Satınalmalar üzrə
Dövlət
Agentliyinin
direktoru
_________İ.Ə.Mehdiyev
«27 » noyabr 2002-ci
il
Əmr
№ 15
Azərbaycan Respublikasında malların (işlərin və
xidmətlərin) satın alınmasının təkliflər sorğusu üsulu ilə
təşkili və keçirilməsinə dair
METODIKI TƏLIMAT
I.
Ümumi müddəalar.
1.1. Bu Təlimat «Dövlət
satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış,
malların (işlərin və xidmətilərin) satınalınmasında təkliflər sorğusu
prosedurunun təşkilinə və keçirilməsinə dair qaydaları müəyyən edir və dövlət
müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz
və daha çox olan müəssisə və təşkilatlar tərəfındən malların (işlərin və
xidmətlərin) satın alınmasına şamil edilir.
II. Təkliflər
sorğusu prosedurunun təşkili və keçirilməsi.
2.1. Təkliflər sorğusu
prosedurunun təşkili və keçirilməsi üçün satınalan təşkilat «Dövlət
satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində nəzərdə
tutulmuş qaydada aidiyyati təşkilatların nümayəndələrini cəlb etməklə satın
alınan mallar (işlər və xidmətlər) üzrə ixtisaslaşmış mütəxəssislərdən və məsul
işçilərdən ibarət tender komissiyası formalaşdırır.
2.2.
Tender komissiyası təkliflər sorğusunun şərtlərini müəyyənləşdirərək təsdiq
edir. Müsabiqənin təşkili üçün əməli cəhətdən məqsədəuyğun sayda, üçdən az
olmamaq şərti ilə ixtisaslaşmış və potensial imkanı olan malgöndərənlərin
(podratçıların) siyahısı tərtib olunur və onlara müsabiqədə iştirak etmək üçün
təkliflər sorğusunun şərtlərini göndərir. Bu barədə məlumat «Dövlət
satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində uyğun
olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir.
2.3. Satınalan təşkilat təkliflər
sorğusu üsulu ilə keçirilən müsabiqə barədə mətbuatda bildiriş dərc edilməsini
qənaət və səmərəlilik baxımından məqsədəuyğun
saymadığı hallar
istisna olmaqla,
malgöndərənlərdə (podratçılada) təkliflərin verilməsinə maraq oyatmaq məqsədi
ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətubat orqanında bildiriş dərc
etdirir.
2.4. Satınalan
təşkilat tərəfındən malgöndərənlərə(podratçılada) təkliflərin verilməsinə maraq
oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətubat orqanında
bildiriş dərc etdirir.
2.4.
Satınalan təşkilat tərəfındən malgöndərənlərə (podratçılara)
göndərilən
təkliflər sorğusunda ən azı aşağıdakılar
göstərilir:
2.4.1 Satınalınan mallara
(işlərə və xidmətlərə) olan təlabatın təsviri, onların texniki xüsusiyyətləri,
spesifıkasiyaları, müvafıq yerli və beynəlxalq standartlara uyğunluğu, malların
göndərilmə şərtləri (İNKOTERMS-2000 şərtlərinə uyğun olaraq), yerinə yetirilən
işlərin və göstərilən xidmətlərin yeri, satınalma müqaviləsinin başlanma və
tamamlanma tarixləri, ödəmə şərtləri, təminatın təqdim olunma qaydası,
öhdəliklər yerinə yetirilmədiyi halda cərimələrin tətbiq olunması və digər
şərtlər.
2.4.2 Təkliflərin
qiymətləndirilməsi üçün kəmiyyətlə ifadə olunan və nisbi qiyməti göstərilən
meyarlar. Bu meyarlar təhvil verilən malların istismar, texniki xidmət və təmir
xərclərini, malların göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin
göstərilməsi müddətlərini, malların funksional xüsusiyyətlərini, ödəniş
şərtlərini, mallar (işlər və xidmətlər) üçün təminat şərtlərini,
malgöndərənlərin (podratçıların) ixtisasmı və potenisial imkanlarını, idarəetmə
və texniki səriştəsini əks etdirən və digər satınalan təşkilatın ehtyacının
ödənilməsi baxımından səmərəliliyi təmin edən meyarlar, habelə təkliflərin
qiymətləndirilməsi üçün tətbiq edilən üsul.
2.4.3 Müsabiqə iştirakçılarma təlimatlar
və nəzərdə tutulan bir sıra sənədlərin standart formaları, satınalma
müqaviləsinin şərtləri, yerinə yetirilmə müddətləri, qrafıkləri və müqavilənin
icrası ilə əlaqədar digər tələblər.
2.4.4 Təkliflər sorğusunun şərtlərinə
dair izahatların verilməsi və ya onlarda hər hansı dəyişikliklərin aparılması
qaydası.
2.5 Satınalan təşkilat
satınalmaların şərtlərindən asılı olaraq təkliflər sorğusunu birmərhələli və ya
ikimərhələli usulla həyata keçirir.
2.6
Aşağıdakı hallarda satınalan təşkilat satınalmaları birmərhələli üsulla həyata
keçirir:
2.6.1. Yaranmış tələbatın
satınalan təşkilat tərəfındən satınalma prosesinin bilərəkdən uzadılmasının
nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün
olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat
yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının
tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda.
2.6.2
Birmərhələli üsulla keçirilən
təkliflər sorğusu prosedurunda iddiaçılar
tərəfındən şərtlər toplusuna uyğun
olaraq texniki və maliyyə təklifləri birlikdə,
qapalı zərfdə satınalan təşkilata müəyyən olunmuş vaxtda təqdim
olunur.
2.7. Aşağıdakı hallarda satınalan
təşkilat satınalmaları ikimərhələli üsulla həyata
keçirir:
2.7.1. Malların
(işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə;
2.7.2 Satınalan təşkilat elmi
tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi
ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya
tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər
mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla).
2.7.3 İkimərhələli üsulla keçirilən
təkliflər sorğusu prosedurunun birinci mərhələsində satınalan təşkilat malların
(işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar
malgöndərənlərlə (podatçılarla) müzakirə aparır və buna dair onlardan təklifləri
cəlb edir. Müsabiqə prosedurunun ikinci mərhələsində, birinci mərhələni keçmiş
bütün malgöndərənlərə (podratçılara) satınalan təşkilat texniki şərtlərin son
variantını göndərir və bu şərtlərə uyğun olaraq iddiaçıların qiymət
təkliflərini cəlb edir.
2.8.
Təkliflər sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfındən təqdim olunan
təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfındən
zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı
ilə açılır və təklif olunan qiymətlər elan olunur.
Zərflərin açılışı
prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak
etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.
2.9 Tender komissiyası təkliflərin
qiymətləndirilməsini, təkliflər sorğusunda göstərilmiş meyarlar, həmçinin həmin
meyarların nisbi qiymətinə və tətbiqi qaydasına uyğun apararaq və iddiaçılar
arasında birinci, ikinci, üçüncü yerləri müəyyənləşdirir. Birinci yeri tutmuş
malgöndərənə (podratçıya) satınalma müqaviləsinin bağlanması barədə bildiriş
göndərilir.
2.10. Satınalma
müqaviləsinin şərtləri Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli, 34
nömrəli Qərarı ilə təsdiq edilmiş «Mallar (işlər və xidmətlər) üzrə satınalma
müqaviləsinin nümunəsi»nin tələblərinə uyğun tərtib olunur və keçirilən
müsabiqənin şərtlər toplusunda öz əksini tapır.
2.11. «Dövlət satınalmaları
haqqında» Qanunun 10-cu maddəsi nəzərə ahınmaqla, müzakirələri aparan tərəflərin
heç biri digər tərəfm razılığı olmadan bu müzakirələrə aid hər hansı qiyməti,
texniki və ya digər məlumatları başqa şəxsə
açmır.
2.12. Malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiyməti 50 min manat və ondan yuxarı olduğu halda
onların satın alınması üzrə müsabiqənin təkliflər sorğusu üsulu ilə həyata
keçirilməsi «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun
18-ci maddəsinin tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Agentliyinin
razılığı əsasında aparılır.
Bu halda satınalmalarda dövlət riskinin
azaldılması məqsədi ilə müsabiqədə iştrak edən iddiaçılar təkliflərinə dair
təminat təqdim etməlidir. Bu təminat bank zəmanəti, akkereditiv, qiymətli
kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə akkreditivləri ola
bilər. (Tender təklifinin təminatı forması əlavə olunur)
2.13. Təkliflər sorğusunun
nəticələri haqqında tender komissiyasının protokolu Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 saylı Qərarı ilə təsdiq
olunmuş «Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun
nümunəsinin» əsasında tərtib edilir (əlavə olunur) və komissiyanın bütün üzvləri
tərəfindən imzalanır. Təkliflər sorğusu prosedurunun nəticələri ilə razılaşmayan
tender komissiyasının üzvləri yekun protokolunu imzalayaraq öz xüsusi rəylərini
protokola əlavə edir.
Yekun protokolunun surəti onun imzalanmasından sonra
«Dövlət satınalmaları haqqında» Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun
olaraq 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim
olunur.
2.14.
Təkliflər sorğusu proseduru haqqında hesabat "Dövlət satınalmaları haqqında"
Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada
aparılır və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun
toplanıb saxlanılmalıdır.
2.15.
Təkliflər sorğusu proseduru ilə keçirilən müsabiqənin nəticələri ilə razı
olmayan iddiaçılar «Dövlət satınalmaları haqqında» Qanunun VIII fəslinin 55-ci
və 60-cı maddələrində nəzərdə tutulmuş qaydada şikayət edə bilər.
III. Məsuliyyət.
3.1 Dövlət satınalmalarının təşkili və keçirilməsində qanun pozuntusuna yol verən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
IV. Təkliflər sorğusu üsulu ilə
keçirilən müsabiqə iştirakçıları üçün
TƏLİMAT
1.
Maliyyə mənbəyi
1.1.
Satınalan təşkilat, satın alınan malların (işlərin və xidmətlərin) maliyyə
mənbəyi (dövlət büdcəsi, büdcədən kənar və digər dövlət vəsaitləri) haqqında
məlumatı təlimatın məlumat xəritəsində
göstərir.
2.
Malların və xidmətlərin
mənşəyi.
2.1. Satın alınan
malların və göstərilən xidmətlərin (o cümlədən yerinə yetirilən işlər
çərçivəsində satın alınan malların və göstərilən xidmətlərin) mənşəyi Azərbaycan
Respublikasının mövcüd qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar
çıxdıgı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən satın
alınan qadağan olunmuş ölkələrdən (ərazilərdən)
olmamalıdır.
2.2. Malların və
xidmətlərin mənşəyi dedikdə, malların istehsal olunduğu, əkildiyi və ya hasil
edildiyi, xidmətlərin isə göstərildiyi ölkə (ərazi) nəzərdə tutulur. Malların və
xidmətlərin mənşəyi iddiaçmın dövlət mənsubiyyətindən fərqlənə bilər.
3.
Müsabiqənin əsas şərtlər toplusu.
3.1. Müsabiqənin əsas
şərtlər toplusunda satın alınan malların texniki xüsusiyyətləri, keçirilən
təkliflər sorğusu prosedurlarının qaydaları və satınalma muqaviləsinin şərtləri
əks olunur. Müsabiqənin əsas şərtlər toplusu aşağıdakı hissələrdən ibarətdir:
- Təkliflər sorğusu
proseduruna dəvət;
- Müsabiqə
iştirakçıları üçün təlimat (MlT);
-
Satınalma müqaviləsinin
şərtləri;
- Satın alınan mallara
(işlərə və xidmətlərə) dair
tələbləri;
- Təklifin forması və
qiymət cədvəlləri;
- Təklifin
təminatının forması (satın alınan malların (işlərin və xidmətlərin) ehtimal
olunan qiyməti 50 min. manat və ondan yüksək olduqda tətbiq
olunur);
- Satınalma
müqaviləsinin yerinə yetirilməsinin təminatının
forması;
- Satınalma müqaviləsi
üzrə avans ödənişinin təminatının
forması;
3.2. Satınalmada
iştirak edən iddiaçılar müsabiqənin əsas şərtlər toplusunun məzmunu, o cümlədən
ona daxil olunan təlimatlar, formalar, şərtlər və texniki spesifıkasiyalarla
ətraflı tanış olmalıdırlar. Əsas şərtlər toplusunun tələblərinə riayət
olunmaması və tələb olunan sənədlərin vaxtında təqdim olunmaması iddiaçının
səhvi kimi qiymətləndirilərək, onun tender təklifınin kənarlaşdırılması ilə
nəticələnə bilər.
4.
Təqdim olıınan təklifin
dili
4.1. İddiaçının
hazırladığı təklif, həmçinin satınalma ilə əlaqədar bütün yazışmalar və sənədlər
Azərbaycan Respublikasının Dövlət dilində tərtib olunmalıdır. Zərurət olduqda
qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə
tərcümə oluna bilər. İddiaçının təqdim etdiyi müşaiyət edici sənədlər başqa
dildə tərtib edilə bilər, bu şərtlə ki, həmin sənədin bölmələr üzrə rəsmi
qaydada təsdiq olunmuş dəqiq tərcüməsi Azərbaycan Respublikasının Dövlət dilində
təqdim olunmalıdır. Təqdim olunan təkliflərin qiymətləndirilməsi zamanı,
üstünlük tərcümə edilmiş nüsxəyə verilir.
5. Təklifə əlavə
edilən sənədlər.
5.1.
İddiaçının müsabiqəyə hazırladığı təklifınə aşağıdakı sənədlər daxil
edilməlidir:
a) 6 və 7-ci maddələrə
uyğun olaraq tərtib edilmiş təklifın forması və qiymət cədvəlləri;
b) 10-cu maddəyə əsasən İddiaçının
təklif etdiyi malların, görülən işlərin və göstərilən xidmətlərin müsabiqənin
əsas şərtlər toplusunun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
c) Təqdim olunan təklifın tə'minatı.
d) İddiaçının ixtisas göstəriciləri
barəsində sənədlər.
6.
Təklifin forması.
6.1
Təklifın formasında və qiymət cədvəlində göndəriləcək malların adı, qısa
təsviri, istehsal olunduğu və ya gətirildiyi ölkə, həcmi, ölçü vahidi və qiyməti
göstərilməlidir.
6.2 İddiaçı tərəfındən
satınalma proseduruna alternativ təklif və ya hər hansı güzəşt təqdim etdikdə,
həmin alternativ təklifın qiyməti və ya güzəştin həcmi tender təkfli formasında
öz əksini tapmalədır.
6.3 İddiaçı
satınalma üzrə müsabiqədə iştirak etmək üçün yalnız bir təklif verə bilər və
həmin müsabiqədə yalnız bir iddiaçı qismində iştirak edə bilər.
7. Təqdim olunan
təklifin qiyməti.
7.1.
Qiymət cədvəllərində əks olunan
qiymətlər aşağıdakı qaydada
göstərilməlidir.
Cədvəl 1. Xaricdən gətirilən mallar üzrə qiymət
cədvəli:
I. Azərbaycan Respublikasında
tə'yin olunmuş yerə gətirilməsi nəzərə alınmaqla və bütün ödəniləcək kömrük
rüsumları və vergiləri, sığorta ödəmələri daxil olmaqla, Malların təsbit olunmuş
qiyməti. İddiaçı xaricdən Malların gətirilməsi zamanı səlahiyyətli ölkədə
qeydiyyatdan keçmiş dəniz nəqliyyatından, nəqliyyat və sığorta agentliklərinin
xidmətlərindən istifadə edə bilər;
II.
Cədvəl 2. Azərbaycan Respublikası ərazisindən göndərilən mallar üzrə qiymət
cədvəli:
I. EX-factory (zavoddan),
EX-showroom (sərgilərdən), EX-Warehouse (anbardan), şərti ilə malların qiyməti,
vəziyyətdən asılı olaraq, bütün ödəniləcək kömrük rüsumları və vergiləri daxil
olmaqla;
a) EX-factory (zavoddan) alınma
şərti ilə istehsal olunan və ya yığılan Malların qiyməti və
b) EX-showroom (sərgilərdən),
EX-Warehouse (anbardan) alınma şərti ilə -əvvəllər idxal olunmuş Malların
qiyməti;
- Müqavilə
bağlandığı halda, mallar görə Azərbaycan Respublikasında ödəniləcək vergilər;
III. Cədvəl 3. Ölkə daxili daşımalar:
I. Ölkə daxilində nəqliyyat xərclərinin
ödənilməsi, sığorta və siyahı üzrə alınan malların təyin olunmuş yerə qədər
gətirilməsi ilə əlaqədar digər daşınma xərclərinin dəyəri;
Cədvəl 4. Ümumi yekun:
I. 1-ci, 2-ci və 3-cü Cədvəllərin yekunu
Cədvəl 5. Təklif olunan əlavə mallar
üzrə qiymət cədvəli.
I. Alınması təsdiq
olunan mallardan başqa iddiaçının təklif etdiyi digər malların qiyməti.
7.2 9.2-ci maddəyə uyğun olaraq
iddiaçıların təkliflərinin komponentlərə görə bölüşdürülməsi, Satınalan
təşkilatın təkliflərin müqayisəsini asanlaşdırmaq məqsədi güdür və bu təklif
olunan şərtlərlə müqavilənin bağlanmasında Satınalan təşkilatın hüquqlarını
məhdudlaşdırmır;
7.3 İddiaçının təklif
etdiyi qiymətlər, müqavilənin qüvvədə olma müddəti ərzində dəyişməz qalmalıdır.
8. Təklifin
valyutası.
8.1. Qiymətlər
aşağıdakı valyutalarla göstərilməlidir;
a) İddiaçı malları
Azərbaycan Respublikasının ərazisindən göndərirsə, qiymətlər Azərbaycan
Respublikasının manatı ilə göstərilməlidir;
b) İddiaçı malları Azərbaycan
Respublikasının hüdudlarından kənar yerlərdən göndərirsə, bu halda qiymətlər
sərbəst dönərli valyuta ilə göstərilir.
8.2. Əgər iddiaçı müqaviləni
yerinə yetirərkən xərclərin bir hissəsini müxtəlif valyutalarla aparırsa və
ödəmənin həmin növ valyutalarla həyata keçirilməsini istəyirsə, bu halda öz
təklifındə bunu göstərməlidir. Belə olduğu halda iddiaçı təklifındə 3 valyuta
növündən artıq olmamaqla müxtəlif sərbəst dönərli valyutaların adlarını göstərə
bilər.
9. Satın alınan
malların əsas şərtlər toplusunun tələblərinə uyğunluğunu təsdiq edən
sənədlər.
9.1 İddiaçı
müqavilə üzrə bütün malların və xidmətlərin Əsas şərtlər toplusuna uyğun olaraq
yararlığını təsdiqləyən sənədləri özünün təklifinin bir hissəsi kimi təqdim
etməlidir;
9.2 Təklif olunan malların
mənşəyini göstərən təsdiqedici sertifıkat sənəd təqdim
olunmalıdır;
9.3. Əsas şərtlər
toplusuna uyğun olaraq malların və xidmətlərin sənədlərlə təsdiq olunması mətn
formasında, çertyoj şəklində təqdim oluna bilər və aşağıdakılar buraya daxil
edilməlidir:
a) malların əsas texniki və
istismar xassələrinin dəqiq şərhi;
b)
malların və xidmətlərin əsas şərtlər toplusunda göstərilmiş texniki tələblərə
uyğunluğunu nümayiş etdirən və ya əksinə texniki şərtlərdə göstərilən
tələblərdən istisna və ya dəyişikliyi əks etdirən sənəd;
9.4. 9.3.(b) maddəsində qeyd olunan
şərtlərin yerinə yetirilməsi üçün Satınalan təşkilat göstərməlidir ki, işlərin
yerinə yetirilməsi standartları, avadanlıq və materiallar, habelə fırma
markaları və texniki şərtlərdə göstərilən kataloq nömrələri məhdudiyyət deyil
şərti xarakter daşıyır. Texniki şərtlərdə göstərilənlərlə mahiyyət etibarilə
eyni qiyməti olan və Satınalan təşkilatı təmin etmək şərtilə İddiaçı öz tender
təklifındə alternativ standartlar, fırma adları və nömrələri təklif edə bilər.
10.
Təklifin qüvvədə olma müddəti.
10.1 Təklifı, zərfləri açılma tarixindən
başlayaraq, Əsas şərtlər toplusunun məlumat xəritəsindən göstərildiyi müddət
ərzində qüvvədə olmalıdır.
10.2 Müstəsna
hallarda Satınalan təşkilat İddiaçıdan onun təklifınin qüvvədə olma müddətinin
uzadılmasını xahiş edə bilər. Belə xahiş və ona cavab yazılı formada (ya faksla
və ya telekslə) həyata keçirilir.
11.
Təklifin hazırlanması, imzalanması və möhürlənmləsi.
11.1 İddiaçı, Əsas şərtlər toplusunda
göstərildiyi kimi «Təklifın əsli və surəti» göstərməklə təklifın bir neçə
surətini hazırlamalıdır. Biri-birindən fərqli olan hallarda üstünlük əslə
veriləcəkdir;
11.2 Təklifın əsli və
surəti çap olunmalı və ya pozulmayan mürəkkəblə yazılmalı, iddiaçı tərəfındən
imzalanmalı və möhürlənməlidir. Təklifı imzalamaq səlahiyyəti verən məktub,
təklifə vəkələtnamə şəklində əlavə olunmalıdır. Nəşr edilmiş ədəbiyyat istisna
olmaqla tender təklifınin bütün səhifələri səlahiyyətli şəxs və ya şəxslər
tərəfındən imzalanmalı və möhürlənməlidir;
11.3 Səhvlərin düzəlişinin səlahiyyətli
şəxs və ya şəxslərin imzaları ilə təsdiq edildiyi hallar istisna olmaqla
təklifdə heç bir düzəliş və dəyişiklik olmamalıdır.
12. Təkliflərin təqdim
olunması üçün son müddət.
12.1. Təklif, Əsas şərtlər toplusunun
məlumat xəritəsində göstərilmiş gün və vaxtdan gec olmayaraq Satınalan təşkilata
təqdim olunmalıdır.
13. Təyin olunmuş
vaxtdan sonra təqdim olunan təkliflər.
13.1. Təkliflərin verilmə müddəti
bitdikdən sonra Satınalan təşkilat daxil olan bütün təklifləri açılmamış halda
iddiaçılara qaytarır.
14.
Təqdim olunan təkliflərin
açılması.
14.1.
Satınalan təşkilat təkliflərin daxilolma ardıcıllığı ilə Əsas şərtlər toplusunun
məlumat xəritəsində göstərilmiş ünvanda, gün və vaxtda iddiaçıların
nümayəndələrinin iştirakı ilə açır.
14.2
Zərflərin açılmasında iddiaçının adı, təklifın qiyməti, təklifın təminatı və
onun məbləği, güzəştlərin olub-olmaması haqqında məlumat və Satınalan təşkilatın
lazım bildiyi digər məlumatlar elan edilir.
14.3 Satınalan təşkilat təkliflərin
açılış protokolunu hazırlayır.
15. Vahid valyutaya
çevrilmə.
15.1.
Təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə Satınalan təşkilat
ayrı-ayrı valyutaları, banklararası valyuta birjasında təkliflərin verilmə
gününə əvvəlki son valyuta hərracında müəyyənləşmiş məzənnəni əsas götürülməklə
Azərbaycan manatına çevirir.
16.
Təkliflərin müqayisəsi və qiymətləndirilməsi.
16.1 Əsas şərtlər toplusunun tələblərinə
cavab verən kimi müəyyənləşdirilmiş təklifləri Satınalan təşkilat müqayisə edir
və qiymətləndirir.
16.2 Təkliflərin
qiymətləndirilməsində Satınalan təşkilat aşağıdakılan nəzərə
almalıdır:
a) Azərbaycan Respublikasında
hazırlanmış mallar və ya artıq Azərbaycan Respublikasına gətirilmiş xarici
mənşəli mallar təklif olunan halda onların qiymətlərinin (zavoddan, anbardan)
üstünə İddiaçı müqavilə ilə təltif olunduqda mallar üçün ödənilməli olan
vergiləri gəlir;
b) Xaricdən daxil olmuş
mallar təklif olunan halda məntəqəyə gətirilmə dəyərinin üstünə İddiaçı müqavilə
ilə təltif olduqda mallar üçün ödənilməli olan gömrük rüsumları və xaricdən
gətirilən mallar üçün olan analoji vergiləri
gəlir.
16.3. Satınalan
təşkilat tərəfındən təqdim olunan təklifın qiymətləndirilməsində təklifın
qiymətindən əlavə texniki spesifıkasiyada olan bir və ya bir neçə amilə diqqət
yetirəcəkdir:
a) ölkə daxilindəki
nəql etmənin dəyəri, sığorta və Malların təyinatı üzrə axırıncı məntəqəyə
gətırılməsı ılə bağlı başqa xərclər;
b)
Təklifdə göstərilən mal göndərmənin cədvəli;
17.
Yerli malgöndərənlərə (podratçdara) güzəştlər.
17.1. Satınalan təşkilat, əsas şərtlər
toplusunda qeyd etmək şərti ilə yerli malgöndərənlərə (podratçılara) güzəşt
edir.
18.
Müqavilənin təltifedilmə meyarları.
18. Müqavilənin yerinə yetirilməsini
təmin etmək üçün ixtisaslı sayılan İddiaçının təklifınin tələblərə kifayət qədər
cavab verən və ən aşağı qiymətləndirilmiş qiymətə malik olduğu
müəyyənləşdirilərsə Satınalan təşkilat bu İddiaçını müqavilə ilə təltif edir.
19.
Müqavilənin təltif olunması haqqında
bildiriş.
19.1.
Təklifın qüvvədə olma müddəti bitənə qədər müqavilənin təltif olunması
haqqında qərar qəbul olunduqdan sonrakı 3 bank günü müddətində qalib gəlmiş
İddiaçıya Satınalan təşkilat yazılı şəkildə təklifın aksept edilməsi barədə
bildiriş göndərir.
19.2 təklifın aksept
edilməsi barədə bildiriş müqavilənin bir hissəsi hesab olunur.
19.3 Müqavilə bağlandıqdan sonrakı 3
bank günü ərzində Satınalan təşkilat müsabiqənin nəticələri haqqında elan
verməklə, qalib gəlmiş İddiaçının adını, onun tender təklifınin qiymətini,
ünvanını bildirir və digər iddiaçılara təklifın tə'minatını qaytarır.
20.
Müqavilənin imzalanması.
20.1 Satınalan təşkilat qalib İddiaçıya
onun təklifınin təklifın aksept edilməsi barədə bildirişlə yanaşı bu İddiaçıya,
tərəflər arasında nəzərdə tutulmuş razılaşmalar daxil olmaqla, müsabiqə üçün
lazım olan bütün sənədlərdən ibarət Müqavilə Formasını da göndərir.
20.2 təklifın aksept edilməsi barədə
bildirişi aldıqdan sonrakı 5 bank günü ərzində qalib İddiaçı müqaviləni
imzalamalı, onun tarixini qoymalı və Satınalan təşkilata qaytarmalıdır.
Əlavə 1
Təkliflər sorğusu üsulu ilə keçirilən müsabiqəyə
dəvət forması
Tarix:_____________
Kimə
_________________________________________________________________________________________________
Hörmətli
cənablar!
Satınalan
təşkilat_________________________________________________________________________________________
(adı,
ünvanı, telefon vəfaks, məsul şəxsin adı və vəzifəsi)
aşağdakı
malların (iş və xidmətlərin) təkliflər
sorğusu üsulu ilə satın
alınması
niyyətindədir:_____________________________________________________________________________________
( malların (iş və
xidmətlərin) adı, miqdarı,
texniki xüsusiyyətləri,
göndəriləcək və yerinə
yetiriləcək yer).
Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada
aparılacaqdır:_________________________________________________
Malgöndərənlərin (podratçılarm) ixtisas göstəriciləri və malların (işlərin
və xidmətlərin) texniki və qiymət təklifləri ayrılıqda qapalı, ikiqat zərfdə
imzalanıb
möhürlənərək,___________________________________________________________________________________________
ünvana "__ "_____________ 200__ -c_ il tarixə qədər təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunan təklifdə, malların (işlərin və xidmətlərin)
qiyməti, nəqliyyat, sığorta, vergi, kömürük rüsumları və digər xərclər nəzərə
almaqla göstərilməlidir.
Satınalan təşkilatın rəhbəri
__________________imza
__________________tarix
Əlavə 2
İddiaçının təkliflər sorğusu üsulu ilə keçirilən
müsabiqəyə təqdim etdiyi təklifinin forması və Qiymət cədvəlləri
Tarix:_______________________
Kimə:_____________________________________________________________________________________________________________
________________________________________________________________
(Satınalan təşkilatın
adı)
Ünvan:____________________________________________________________________________________________________________
_______________________________________________________________
(Satınalan təşkilatın ünvanı)
Hörmətli cənablar!
Biz, aşağıda
imza edənlər,_________ nömrəli əlavələr də daxil olmaqla, bununla təkliflər
sorğusunun şərtlər toplusunun almmasmı təsdiq edib, müsabiqə sənədlərini
ətraflı öyrənərək, ümumi
məbləği
________________________________________________________________________________________________________
(rəqəmlə)
________________________________________________________________________________________________________
(sözlə)
olan və ya bu qiyməti açıqlayan təklifə əlavə olunan Qiymət
cədvəllərində göstərilən məbləğlərdə (əavə olunur) aşağıdakıları təklif
edirik____________________________________ (göndərilən malların və və
bununla əlaqədar yerinə yetirilən xidmətlərin adları)
Biz öhdəlik götürürük ki, bizim
təklifımiz qəbul olunduğu halda, Sizdən təklifin aksept edilməsi barədə
bildirişi aldıqdan sonrakı___________ bank günü ərzində müqavilədə göstərilmiş
mallarm göndərilməsinə (işlərin və xidmətlərin yerinə yetirilmosini) başlayıb,
_____ təqvim günü ərzində tamamlayacağıq.
Bizim təklifımiz qəbul olunduğu halda,
tərəfımizdən Müqavilənin qiymətinin_______________ faizi məbloğində, Müqavilənin
yerinə yetirilməsinin təminatı təqdim ediləcəkdir.
Biz, təkliflər sorğusunun əsas şərtlər
toplusuna uyğun olaraq, müsabiqəyə təqdim etdiyimiz təklifin qüvvədə olma
müddətini____________ bank günü kimi müəyyən edib, buna dair müsabiqəyə təqdim
olunan təkliflərin açılması günü kimi müəyyən olunmuş tarixdən başlayaraq
______ bank günü ərzində _________ məbləğdə (və ya faizlə) təminat
təqdim edirik (əlavə olunur).
Sizin
tərəfınizdən yalnız aşağı qiymət əsasmda təklif təqdim edən şirkətin qalib
edilməsi və ya hər hansı bir təklifm qəbul edilməsi məcburiyyətində olmadığınızı
Biz qəbul edirik. Bu təklif
«_______ » ___________ 200_-ci
il tarixdə imzalanmışdır.
______________________________________________________________
adından və onun tapşırığı ilə Tender təklifini imzalamaq üçün bütün
səlahiyyətlərə malik olan:
_______________
_________________
(İMZA)
(VƏZİFƏ)
M.Y.
Əlavə 3
Satın alınacaq mallarm (işlərin və xidmətlərin)
təsviri. (Təkliflər sorğusunun şərtlər toplusuna əlavə edilir)
|
Sıra sayı |
Malın (işin və xidmətin) Adı (qısa təsviri) |
Ölçü vahidi (kq, litr və s.) |
Malın (işin və zidmətin) miqdarı | |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
|
|
|
| |
|
YEKUN | ||||
|
|
Satınalan təşkilatın rəhbəri | |||
|
|
İmzası və möhürü | |||
Əlavə 4
Qiymət cədvəli
Cədvəl 1. Xaricdən gətirilən mallar
üzrə qiymət cədvəli
|
Mövqe |
Təsvir |
Kodl |
Miqdar (1) |
Mal vahidinin qiyməti2 |
Umumi qiymət2 | |
|
DDP |
SİF və ya SİP | |||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun (4-cü Codvələ «Ümumi yekun») | ||||||
|
Kod |
Ölkə |
|
|
|
|
|
|
|
|
|
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. İddiaçılar idxal edilən
bütün malların mənşə ölkələrinin kodlarını göstərməlidirlər
2. Valyutanı göstərmək.
Əlavə 5
Cədvəl 2. Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli
|
Mövqe |
Təsvir |
Miqdar (1) |
Mal vahidinin EXW qiyməti (manatla) (2) |
Ümumi EXW |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (4-cü Cədvələ "Ümumi yekun") |
| |||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
Əlavə 6
Cədvəl 3. Ölkədaxili daşımalar
|
Mövqe |
Təsvir |
Miqdar (1) |
Mal vahidinin qiymətil |
Umumi | |
|
Yerüstü |
Xarici valyutada
olan | ||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (4-cü cədvələ «Ümumi yekun») |
| ||||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
1. Valyutanı göstərmək.
Əlavə 7
Cədvəl 4. Ümumi yekun
|
Mövqe |
Təsvir |
Ümumi qiyməti | |
|
Xarici valyutada |
Yerli Valyutada | ||
|
|
1-ci Cədvəlin yekun məbbği «Xaricdən gətirilən mallar» |
|
|
|
|
|
|
|
|
|
2-ci Cədvəlin yekun məbləği «Azərbaycan Respublikası ərazisindən göndərilən mallar» |
|
|
|
|
|
|
|
|
|
3-cü Cədvəlin yekun məbləği «Ölkədaxili daşınmalar» |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN (Təklif formasına) |
| ||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
Əlavə 8
Cədvəl 5. Təklif olunan əlavə mallar üzrə qiymət
cədvəli
|
Mövqe |
Təsvir |
Miqdar (1) |
Mal vahidinin qiyməti |
Umumi | |
|
DDP şərti ilə xarici
valyutada |
Franko-zavod şərti ilə manatla (3) | ||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun | |||||
İddiaçının adı _________________________________
İddiaçının imzası ______________________________
M.Y.
Əlavə 9
Təklifln Təminat Forması
[Müqavilənin
adı]_______________________________________________________________________________________________________
Kimə:
_________________________________________________________________________________________________
(satınalan
təşkilatın
adı).
Ün
van: __________________________________________________________________________________________________
(sa tınalan
təşkilatın ünvanı).
NƏZƏRƏ ALARAQ
Kİ,_______________________________________________________________________________________
[İddiaçının adı] (sonra «İddiaçı» adlandırılacaq)
yuxarıda
qeyd olunmuş Müqavilənin (sonra «Təklif» adlandırılacaq) yerinə
yetirilməsi üzrə
özünün «_____ »__________ 200_-c il tarixli Tender
Təklifini təqdim etmişdir,
BUNUNLA SİZƏ BİLDİRİRİK Kİ,
BİZ,_______________________________________________________________________________
(bankın ünvanı)
ünvanda
yerləşən___________________________________________________________________________________________
[bankın
adı],
(sonra
"Bank " adlandırılacaq)
Azərbaycan
Respublikası_____________________________________________________________________________________________
(sonra
"satınalan təşkilat" adlandırılacaq)
qarşısında____________________________________
___________ məbbğində öhdəlik
(məbləğ) (valyuta)
götürürük və bu məbləğ satınalan təşkilata vaxtında və tam surətdə
ödəniləcəkdir; Bank bu öhdəlikləri öz adından, öz varislərinin və
müvəkkillərinin adından götürür.
200_-ci ilin_______ ayının____ - də Bankm
ümumi möhürü ilə möhürlənir.
Bu öhdəliyin ŞƏRTLƏRİ aşağıdakılardır:
1. Əgər, İddiaçı Tender
Təklifinin Formasında göstərdiyi Tender təklifinin qüvvədə olma müddəti ərzində
öz Təklifini geri götürərsə; və ya
2. Əgər, İddiaçı tender
təklifınin qüwədə olduğu müddət ərzində satınalan təşkilat tərəfmdən həmin
təklifm akseptbşdirilməsi haqqmda bildiriş aldıqda:
(a) Müqaviləni imzalamaya bilməzsə, və
imzalamaqdan imtina edərsə; və ya
(b)
Əsas şərtlər toplusuna uyğun
olaraq, Müqavilənin yerinə yetirilməsi tə'minatını
təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina edərsə,
o zaman Biz
satınalan təşkilata yuxarıda göstərilən məbləği onun bu haqda birinci sorğusunu
aldıqdan sonra bu sorğunun əsaslandırılmasmı tələb etmədən, ödəməyi öhdəliyimizə
götürürük, bir şərtlə ki, satınalan təşkilat öz sorğusunda yuxarıda göstərilmiş
ŞƏRTLƏRDƏN hər hansı birinin, yaxud hər ikisinin baş verməsi ilə əlaqədar, həmin
şərtin və ya şərtlərin olumasını dəqiqləşdirməklə, ona həmin məbləğin ödənilməli
olduğunu qeyd etmiş olsun.
Hazırki tə'minat «______ »__________ 200_-ci il
tarixə (tender təklifinin açılış müddətdən sonra 60 bank günü
qüvvədə olmalıdır) kimi qüvvədədir. Bu təminatla əlaqədar hər hansı tələb
Banka yuxarıda qeyd olunmuş tarixə kimi təqdim olunmahdır. Bankın adından və
tapşırığı ilə ____________________________________
(səlahiyyətli
şəxsin adı vəfamiliyasıf(vəzifəsi )[imza]
Bankın ümumi möhürü
Əlavə 10
Müqavilənin yerinə yetirilməsinin təminatımn forması (Bank təminatı)
[ Müqavilənin
adı]_____________________________________________________________________________________________________
Kimə:_____________________________________________________________________________________________________
(satınalan
təşküatın adı).
Unvan:
____________________________________________________________________________________________
(satınalan təşkilatın
ünvanı).
NƏZƏRƏ ALARAQ
Kİ,_______________________________________________________________________________
(Malgöndərənin adı)
(sonradan "Malgöndərən "
adlandırılacaq)
«_______ »__________________ 200__ -c__ il
tarixli_________ №-li Müqavilə
əsasında
________________________________________________________________________________________________________________________
(mal
və xidmətlərin şərhi) (sonra «Müqavilə» adlandırılacaq)
göndərməyi
öhdəsinə götürmüşdür və yuxarıda göstərilən Müqavilədə Sizin tərəfınizdən
Malgöndərənin Müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməsinin zəmanəti
kimi bu tə'minatda qeyd olunmuş məbbğdə etibarh bankdan Sizə bank tə'minatının
təqdim edilməsi nəzərdə tutulmuşdur
VƏ Biz Malgöndərənə təminat təqdim etməyə
razılıq vermişik;
BUNUNLA ƏLAQƏDAR BİZ təsdiq edirik ki, Malgöndərənin
adından Sizin qarşınızda cavabdeh olaraq, ümumi
məbləği
_________________________________
____________________________________
(məbləğ
rəqəmlə)
(məbləğ
sözlə)
qədər olan təminatı Sizə veririk və Malgöndərən tərəfindən
Müqavilənin şərtlərinə əməl edilməməsi haqqında bildirişinizi aldıqdan sonra
Sizin birinci tələbinizblə yuxarıda göstərilən məbləğə qədər istənilən məbləği,
Sizin tələbinizin və ya göstərilən məbləğin tərəfinizdən sübut olunmasını,
əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən, ödəməyi
öhdəmizə götürürük. Bank bu öhdəlikləri öz adından, öz varislərinin və
müvəkkillərinin adından götürür.
Bu təminat «_____ »____________ 200__ -_ il
tarixə qədər etibarlıdır.
Bankın adından və tapşırığı
ilə
_____________________________________
_________________________________
(vəzifə) [imza]
Bankın
ümumi möhürü
(
Tarix)______________________________________________________