«Təsdiq edirəm»
Azərbaycan
Respublikası
Satınalmalar üzrə
Dövlət
Agentliyinin
direktoru
_________İ.Ə.Mehdiyev
«11 » yanvar 2007-ci
il
Əmr
№ 01-1
Malların və işlərin dövlət satınalmaları üzrə tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsinə dair
METODİKİ TƏLİMAT
Bu metodiki
təlimat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa,
«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il
tarixli, 668 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28
oktyabr 2002-ci il tarixli, 165 nömrəli qərarına əsasən hazırlanmışdır və dövlət
satınalmaları üzrə keçirilən müsabiqələrdə tender təkliflərinin baxılması,
onların qiymətləndirilməsi və müqayisəsi üçün tətbiq olunur.
1. Azərbaycan
Respublikasmda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə qanunvericilik
tələblərini təmin etmək və qalib iddiaçıların seçilməsi üçün obyektiv şərait
yaratmaq məqsədi ilə satınalan təşkilat «Dövlət satınalmaları haqqında»
Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin müddəalarına uyğun olaraq,
tender komissiyası
formalaşdırır.
Tender
komissiyası müsabiqəyə təqdim olunan tender təkliflərinin baxılmasını, onların
qiymətləndirilməsini və müqayisəsini «Dövlət satınalmaları haqqında» Qanunun
36-cı maddəsində nəzərdə tutulmuş qaydada aparır. «Dövlət satınalmaları
haqqında» Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, tender komissiyasına tenderin
əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların
qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlər cəlb edilə
bilər.
2. Tender
təkliflərinin qiymətləndirilməsinin prinsipləri. Tender təkliflərinin açıldığı
vaxtdan qalib şirkətin seçilməsi haqqında bildirişin göndərilməsinə qədər tender
təkliflərinin baxılması, qiymətləndirilməsi və müqayisəsi barədə məlumatın
tender iştirakçıları və müsabiqənin rəsmi iştirakçısı olmayan digər şəxslər
arasında yayılması qadağandır. İddiaçılar tərəfindən müsabiqəyə təqdim olunan
sənədlərin saxlanmasında məxfılik tələblərini təmin etmək məqsədi ilə tender
komissiyasının işi xüsusi ayrılmış otaqda təşkil olunur.
3. Tender təkliflərinin
qabağcadan öyrənilməsi. Tender təkliflərinin baxılması tender zərflərinin
açıldığı vaxtdan başlayır. Tender təkliflərinin baxılmasmda məqsəd tenderin əsas
şərtlər toplusunun tələblərinə tam cavab vermədiyi üçün qiymətləndirilməsi
məqsədəmüvafıq olmayan tender təkliflərinin müəyyən edilib qiymətləndirmə
prosedurundan kənarlaşdırılmasıdır. Bu məqsədlə tender təkliflərinin baxılması
aşağıdakı qaydada aparılır.
a)
Dəqiqləşdirmə. Bu mərhələdə tender komissiyası tərəfındən iddaçının tender
təklifində olan hər bir çatışmamazlıq müəyyənləşdirilir və tenderin əsas şərtlər
toplusunun tələblərindən fərqlənən hər hansı bir təklifin digər iddiaçıların
təkliflərinə nisbətən haqsız üstünlük verməsi təhlil
olunur.
b) Iddiaçının
səlahiyyətli və məqbul olması. Müsabiqədə «Dövlət satınalmaları haqqında»
Qanunun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən
normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident
və qeyri-rezident hüquqi və ya fıziki şəxslər, yaxud hüquqi şəxslər birliyi
dövlət mənsubiyyətindən asılı olmayaraq iddiaçı kimi iştirak edə
bilərlər.
c) Iddiaçının
səlahiyyətli və məqbul olması. Müsabiqədə «Dövlət satınalmaları haqqında»
Qanunun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən
normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident
və qeyri-rezident hüquqi və ya fıziki şəxslər, yaxud hüquqi şəxslər birliyi
dövlət mənsubiyyətindən asılı olmayaraq iddiaçı kimi iştirak edə
bilərlər.Tender təklifinin təminatı. İddiaçıların müsabiqəyə təqdim
etdiyi təkliflər təminatla təmin olunmalıdır. Tender təkliflərinin təminatı
tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş formada olmalıdır. Təqdim
olunan təminat bank zəmanəti, akreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti,
depozitlər və digər maliyyə aktivləri ola bilər. Tender təklifinin təminatı
tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş formada və məbləğdə olmadıqda,
həmin tender təklifı formal tələblərə cavab verməyən təklif kimi
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada qiymətləndirmə prsedurundan
kənarlaşdırıla bilər. Konsorsium və ya hər hansı hüquqi şəxslər birliyi
tərəfindən təqdim edilən tender təklifınin təminatı konsorsiumun və ya hüquqi
şəxslər birliyinin bütün üzvləri admdan
olmalıdır.
d) Tender
təklifinin tamlığı. Tenderin əsas şərtlər toplusunda tender predmetinin
ayrı-ayrı hissələri üzrə təklifin təqdim olunması nəzərdə tutulan hallar istisna
olmaqla, tender predmeti üzrə tam təklif təqdim etməyən iddiaçının tender
təklifı tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməyən hesab
olunur.
e)
Tenderin əsas tələblərinə uyğunluq. Kommersiya və texniki tələblərdən
əhəmiyyətli dərəcədə fərqlənməsi tender təkliflərinin kənarlaşdırılmasma əsas
ola bilər. Belə ki,
-tenderin əsas şərtlər toplusunun texniki tələblərini
təmin etməyən və əvəzinə digər konsruktiv dəyişikliklər əsasında təqdim olunan
təkliflər;
-təsdiq edilmiş qrafıkə uyğun olmayan icra müddətləri;
-həcm və
digər əsas tələbələrə cavab verməməsi, subpodrat təşkilatların əsassız cəlb
olunması tenderin tələblərinə uyğun olmayan təklif kimi kənarlaşdırıla bilər.
f) Tender
təkliflərinin qiymətləndirilməsi və müqayisəsi. Tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsi tender komissiyası tərəfındən obyektiv şəraitdə
aparılır və qalib şirkətin seçilməsi «Dövlət satmalmaları haqqında» Qanunun
36-cı maddəsinin tələblərinə uyğun aşağıda göstərilən qaydada həyata
keçirilir:Satınalan təşkilat iddiaçılar arasında 1-ci, 2-ci və 3-cü yerləri
müəyyənləşdirmək üçün müsabiqəyə təqdim olunmuş tender təkliflərini tenderin
əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara uyğun
qiymətləndirir və müqayisə edir. Tenderin əsas şərtlər toplusunda göstərilməyən
meyarlardan istifadə edilmir. Aşağıda göstərilən tender təklifı qalib gəlmiş
sayılır:
-
«Dövlət satınalmaları haqqında» Qanunun 36.9-cu maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli, 165 nömrəli
qərarma uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı
qiyməti olan tender təklifı; tenderin əsas şərtlər toplusunda göstərilən və
kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar
əsasmda ən sərfəli sayılan tender təklifı; Satınalan təşkilat «Dövlət
satınalmaları haqqında» Qanunun 36.7.1-ci maddəsinə müvafıq surətdə tender
təklifmi ən sərfəli təklif kimi qiymətləndirərkən yalnız aşağıdakıları nəzərə
alır:
- «Dövlət
satınalmaları haqqında» Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı
güzəştli düzəliş nəzərə alınmaqla tender təklifinin qiymətini; malların
(işlərin) istismar, texniki xidmət və təmir xərclərini, mallarm göndərilməsi,
işlərin başa çatdırılması və ya xidmətlərin göstərilməsi müddətlərini, malların
(işlərin) funksional xüsusiyyətlərini, ödəniş şərtlərini və mallar (işlər və
xidmətlər) üçün təminat şərtlərini;
- müdafıə və milli
təhlükəsizlik mülahizələrini.
Tender təkliflərinin qiymətləndirilməsində
yerli istehsalçılara güzəştlər nəzərdə tutulubsa, həmin güzəştlər tenderin əsas
şərtlər toplusunda öz əksini tapmalıdır.
1.malların satın alınmasında və
onların idxalında tətbiq olunan gömrük rüsumları ətraflı öyrənilməli və həmin
rüsumlar CİF və ya CİP şərti ilə 15 faiz olduğu halda 15 faizə qədər, 15
faizindən aşağı olduğu halda axırıncı tətbiq edilməklə həyata keçirilə bilər;
2)işlərin satın alınmasında
güzəştlər yerli podrat təşkilatlarına 7.5 faizə qədər tətbiq oluna bilər;
3)malların və işlərin satın
alınmasında güzəştlərin hesablanması Nazirlər Kabinetinin 28.10.2002-ci il
tarixli, 165 saylı qərarında göstərilən qaydada
aparılır;
4)
tenderin əsas şərtlər toplusunda güzəştlər nəzərə alınmaqla, aşağı qiymət
əsasmda tenderin qalibinin seçilməsi göstərildiyi halda tender komissiyası
tender təkliflərinin qiymətlərini müqayisə edir və tenderin əsas şərtlər
toplusunda əks olunan güzəştləri nəzərə almaqla, ən aşağı qiymət təklif edən
iddiaçmı tenderin qalibi seçir;
5)
tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə iymətləndirilən və ya
dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender
təklifinin müəyyənləşdirilməsi əsasında tenderin qalibinin
seçilməsi;
- tender
komissiyası səmərəlik baxımından qənaətbəxş hesab etdiyi halda
tender
təkliflərinin qiymətləndirilməsi və müqayisəsi kəmiyyətlə qiymətləndirilən
meyarların və onların nisbi qiymətləri əsasında aparıla bilər. Bu halda
iddiaçılara təqdim olunan tenderin əsas şərtlər toplusunda tender təkliflərinin
müqayisəsi üçün tətbiq olunan qiymətləndirmənin qaydası öz əksini tapmalıdır.
Qeyd olunan qaydada qalib iddiaçıların seçilməsində subyektiv halların qarşısını
almaq məqsədilə dünya təcrübəsinə uyğun «bal» sistemi tətbiq edilə bilər;
6)tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsinin «bal» sistemi əsasında apanlması üçün
satınalan təşkilat öz tələbatına uyğun olaraq, müvafıq mütəxəssisləri cəlb
etməklə, tender predmetini əks etdirən vacib meyarları müəyyənləşdirir, bu
şərtlə ki, həmin meyarlar kəmiyyətlə qiymətləndirilən olmalı və satın alınan
malları, görülən işləri və göstərilən xidmətləri texniki cəhətdən dəqiq
açıqlanmalıdır;
7)bu cür
meyarlar satın alınan malların (işlərin) istismar, texniki xidmət və təmir
xərcləri, malların göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin
göstərilməsi müddətləri, malların (işlərin) funksional xüsusiyyətləri, ödəniş
şərtləri, mallar (işlər və xidmətlər) üçün təminat şərtləri ola bilər;
8)meyarların vacibliyindən
aslı olaraq, satınalan təşkilatm mütəxəssisləri tərəfrndən həmin meyarların
nisbi qiyməti müəyyən edilir.
Malların (işlərin və xidmətlərin) satın
alınmasında qiymət meyarı vacib amillərdən biri olduğu üçün onun
qiymətləndirilməsində «bal» sistemi aşağıdakı qaydada tətbiq oluna bilər. Belə
ki, mövcud təcrübəyə əsasən:
-malların satın alınmasında
texniki xüsusiyyətlərdən asılı olaraq, qiymət meyarı 80-90
bal;
-işlərin satın
alınmasında qiymət meyan 70-80
bal;
-xidmətlərin satın
alınmasında qiymət meyan 50-70 bal qiymətləndirilə
bilər.
Qiymət meyarı müəyyən
olunduqdan sonra qalan ballar (cəmi 100 olmaq şərti ilə) malların (işlərin) və
ya xidmətlərin texniki xüsusiyyətlərini əks etdirən meyarlar arasında, onların
nisbi qiymətlərinə uyğun olaraq
bölüşdürülür.
Misal:
satınalan təşkilat öz ehtiyacları üçün müvafıq avadanlıq almaq niyyətindədir və
həmin avadanlıqların ehtimal olunan qiyməti satınalan təşkilatın
mütəxəssislərinin verdiyi rəyə əsasən mövcud bazar qiymətlərinə uyğun, texniki
xüsusiyyətlərindən aslı olaraq 15% fərqlənir. Satınalan təşkilat həmin
avadanlıqların satın alınması üzrə keçirilən müsabiqədə qalib iddiaçının
seçilməsi üçün tender təkliflərinin qiymətləndirilməsi Qanunun 36.7.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada kəmiyyətlə qiymətləndirilən meyarlar və
onların nisbi qiyməti əsasında aparılması dövlət vəsaitlərinin səmərəli istifadə
olunması baxımından daha qənaətbəxş olardı. Bu halda satın alınan malın qiymət
meyarına 80-85 bal, iddiaçının potensial imkanları nəzərə alınmaqla texniki
meyarlara 25-20 bal verilməsi
məqsədəmüvafiqdir.
Tender
təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini
asanlaşdırmaq məqsədi ilə Qanunun 36.1-ci maddəsinə uyğun olaraq satınalan
təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat
verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə
uyğun gəlməyən tender təklifınin həmin təbbbrə uyğunlaşdırılmasına yönəldilmiş
dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək
məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir.
Satınalan təşkilat tender
təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesablama səhvlərini
düzəldir. Satınalan təşkilat hər hansı belə bir düzəliş barəsində tender
təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir.
Satınalan təşkilat tender
təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif
tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin.
Tender təklifində onun
mahiyyətini dəyişdirməyən və ya tenderin əsas şərtlər toplusunda göstərilmiş
xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara
çıxmayan xırda xətalar olduqda və ya tender təklifinin mahiyyətinə xələl
gətirmədən aradan qaldırılması mümkün olan səhvlər və çatışmazlıqlar olduğu
halda tender komissiyası həmin təklifə tenderin tələblərinə uyğun gələn təklif
kimi baxa bilər. Belə hallar imkan daxilində kəmiyyətcə ifadə olunur və tender
təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı nəzərə alınır.
Satınalan təşkilat aşağıdakı
hallarda tender təklifmi kənarlaşdırır:
-tender təklifı vermiş
malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun
gəlmirsə;
-tender təklifı
vermiş malgöndərən (podratçı) onun təklifındə aşkar olunmuş hər hansı hesab
səhvinin düzəldilməsi ilə razılaşmırsa;
-tender təklifı formal tələblərə
uyğun gəlmirsə;
-«Dövlət
satınalmaları haqqında» Qanunun 12-ci və 13-cü maddələrində nəzərdə tutulan,
saxtakarlıq və maraqların ziddiyyəti halları
mövcuddursa.
Tenderin əsas
şərtlər toplusunda nəzərdə tutulmuşdursa, satınalan təşkilat tender təkliflərini
qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli, 165
nömrəli qərarında nəzərdə tutulmuş qaydada tender təkliflərinin xeyrinə güzəştli
düzəliş tətbiq edir.
Tətbiq
edilmiş güzəştlər satınalma prosedurları haqqında hesabatda əks olunur.
Tender təkliflərinin
qiymətləri iki ya daha çox valyuta ilə ifadə edibrsə, tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsi məqsədi ilə bütün tender təkliflərinin
qiymətləri tenderin əsas şərtlər toplusunda göstərilmiş məzənnə üzrə bir valyuta
ilə ifadə edilir.
Satınalan
təşkilat ixtisas uyğunluğunun müəyyənbşdirilməsi prosedurlarını
keçirib-keçirməməsindən asılı olmayaraq, tender təklifı qalib gəlmiş
malgöndərəndən (podratçıdan) «Dövlət
satınalmaları haqqında» Qanunun 6-cı maddəsində göstərilmiş
meyarlara uyğun öz ixtisas göstəricilərini yenidən təsdiq etməyi tələb edə
bilər. Belə təkrar təsdiq üçün tətbiq edilməli meyarlar və tələblər tenderin
əsas şərtlər toplusunda göstərilir.
Tender təklifı qalib gəlmiş
malgöndərən (podratçı) öz ixtisas göstəricilərini təkrar təsdiq etmək haqqında
satınalan təşkilatın tələbini yerinə yetirməzsə, onun tender təklifı rədd edilir
və satınalan təşkilat qalib gələn tender təklifıni digər tender təkliflərinin
içərisindən seçir.
Tender təkliflərinin baxılması, qiymətləndirilməsi və
müqayisəsi nəticəsində tender komissiyası tərəfındən iddiaçılar arasında 1-ci,
2-ci və 3-cü yerləri müəyyənləşdirir və qəbul olunan qərar əsasmda «Dövlət
satınalmaları haqqmda» Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun Nazirlər
Kabinetinin 02.08.2002-ci il tarixli, 124 saylı qərarı ilə təsdiq olunmuş
formada yekun protokol tərtib edilir.
Tender komissiyasmm yekun
protokolu komissiyanın bütün üzvləri tərəfindən imzalanır («Dövlət satınalmaları
haqqında» Qanunun 37.5-ci maddəsi). Komissiyanm qərarı ilə razı olmayan
komissiya üzvləri tenderin nəticəsi haqqında yekun protokolu imzalayaraq, öz
xüsusi rəylərini təqdim edirlər («Dövlət satınalmaları haqqında» Qanunun 37.4-cü
maddəsi).
Tender komissiyası
«Dövlət satınalmaları haqqında» Qanunun 38-ci maddəsinin tələblərinə uyğun
olaraq məsuliyyət daşıyır.
Qiymətləndirmənin nəticələri
ilə razı olmayan iddiaçılar «Dövlət satınalmaları haqqında» Qanunun VIII
fəslində göstərilən qaydada şikayət verə bilərlər.