Tez-tez soruşulan suallar.

Eelektrik Enerjisinə  olan borcumu necə öyrənə bilərəm?

Hörmətli Abunəçi, Siz abunə kodunuzu və ya mənzilinizdəki stasionar telefon xəttinin nömrəsini saytımızın electron xidmətlər bölməsinə daxil olduqdan sonra yazıb elektrik enerjisinə olan borcunuzu anında öyrənə bilərsiniz.

 

Eelektrik Enerjisinə  görə yaranmış borcumu necə ödəyə bilərəm?

Hörmətli Abunəçi, Nəzarətçi tərəfindən sayğac göstəricisi oxunaraq Bakıelektrikşəbəkə ASC-nin məlumat bazasına daxil edildikdən sonra sizing sərfiyyatınıza uyğun borcunuz yaranır. Istehlak etdiyiniz enerjinin məbləğini siz qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istənilən bank, poçt şöbələrində, ödəmə terminalları vasitəsi ilə, eyni zamanda internet üzərindən rahatlıqla ödəyə bilərsiniz. Bütün ödəmə vasitələri Bakıelektrikşəbəkə ASC-nin məlumat sistemi ilə online rejimdə işləyir.

 

Texniki Şərt nə üçündür?

Yeni, yaxud yenidən qurulan, elektrik gücünü artıran, həmçinin enerji təchizatı sxemini dəyişən elektrik enerjisi tələbatçıları elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlər alınmalıdır. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri (yarımstansiya, transformator məntəqəsi, paylayıcı qurğu və ya paylayıcı lövhə, elektrik veriliş xətti və c.), gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

 

Əhali qrupu Abunələr Texniki Şərt almaq üçün hansı sənədləri təqdim etməlidir?   

Elektrik təchizatına texniki şərtlərin alınması üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:

  • İdarə Heyəti sədrinin adına müraciət (məktub və ya ərizə);
  • Obyektin tələb etdiyi elektrik gücünün layihə institutu və ya lisenziyası olan layihə müəssisəsi tərəfindən hesabatı;
  • Mövcud obyektlərin məxsusluğunu təsdiq edən sənəd (şəhadətnamə, texniki pasport, sərəncam), fəaliyyətini təsdiq edən sənəd (sərəncam, VÖEN);
  • Yeni obyektlər üçün ayrılmış torpaq sahəsinin sərəncamı və cizgisi (plandan çıxarış və ya texniki pasport);
  • Əgər obyektin yerləşdiyi ərazinin yaxınlığında “Bakıelektrikşəbəkə” ASC-yə məxsus elektrik şəbəkəsi olmazsa, onda yaxınlıqda şəbəkəsi olan abonentin (müəssisənin) rəsmi icazəsi;
  • Obyektin tələb etdiyi güc 800 kVt-dan artıq olduqda, obyektin şəbəkəyə birləşdirilməsinə “Azərenerji” ASC-nin icazəsi.

 

Abonent texniki şərt aldıqdan sonra nə etməlidir?

Tikinti işlərinə başlanılmazdan əvvəl obyektin elektrik təchizatına verilmiş texniki şərtlər əsasında hazırlanmış layihə texniki şərti vermiş təşkilatla və “Dövlət Enerjinəzarət” idarəsi ilə razılaşdırılmalıdır. Yalnız bundan sonra razılaşdırılmış layihə əsasında elektrik-quraşdırma işləri yerinə yetirilə bilər.

Elektrik-quraşdırma işləri “Bakıelektrikşəbəkə” ASC-nin razılığı əsasında və onun müvafiq rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarəti altında yüksək keyfiyyətlə, təcrübəli, səriştəli, kifayət qədər maddi-texniki bazaya malik, lisenziyası olan personallar tərəfindən abonentin vəsaiti hesabına yerinə yetirilməlidir.

Obyektin şəbəkəyə birləşdirilməsi “Bakıelektrikşəbəkə” ASC ilə enerji alqı-satqı müqaviləsi bağlandıqdan, “Bakıelektrikşəbəkə” ASC-nin Nəzarət Departamentindən və “Dövlət Enerjinəzarət” idarəsindən işəburaxma aktı alındıqdan sonra mümkün olacaqdır.

 

Kənar Xətt Nədir?

Elektrik Enerjisindən Istifadə qaydalarının pozulmasına görə tərtib olunan AKTLAR

1. (EEIQ m. 5,5.11 /əhali üçün) Elektrik Enerjisi Istehlakın göstəricilərini azaltmaq məqsədi ilə məişət istehlakçıları tərəfindən elektrik haqq-hesab sayğaclarında edilmiş birləşdirmələr, sxem dəyişmələri, sayğacların xarabedilməsi, plombların qopardılması, sayğac diskinin süni dayandırılması və bu kimi digər hallar aşkar edildikdə, enerji təchizatı təşkilatı son yoxlama günündən belə hallar aşkar edilən günə qədər olan müddət üçün, iddia müddətindən kənara çıxmamaq şərti ilə, istehlakçının sərf etdiyi elektrik enerjisinin haqq-hesabını yenidən aparmağa borcludur. Əgər məişət istehlakçısı elektrik enerjisini oğurlamaq məqsədi ilə gizli elektrik xətti çəkibsə və bu xətti enerji təchizatı təşkilatının nümayəndəsi əvvəllər aşkar edə bilməyibsə, onda bu istehlakçının istifadə etdiyi elektrik enerjisinin haqq-hesabı ona şəxsi hesab açılan gündən həmin gizli xətt aşkar edilən günə qədər olan müddət üçün, iddia müddətindən kənara çıxmamaq şərti ilə yenidən aparılır. Aşağıdakı hallarda yenidən haqq-hesab aparılır.

a) həmin yaşayış məntəqəsinin yerləşdiyi coğrafi en dairəsindən asılı olaraq işıqlandırıcı cihazların yanma saatlarını nəzərə almaqla işıq cərəyan qəbuledicilərinə görə

b) istehlakçının ştepsel, rozetkaları olduqda (rozetkaların və cərəyan qəbuledicilərinin sayından asılı olmayaraq) – 600 Vt gücündə 24 saat istifadə edilməsi hesabı ilə gücü 600 Vt-dən artıq olan qızdırıcı cihazlar və başqa məişət elektrik avadanlıqları aşkar edildikdə isə bu avadanlığın faktik güclərindən 24 saat istifadə edilməsi hesabı ilə

2. Istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması halları enerji təchizatı təşkilatı nümayəndələrinin və istehlakçılarının tərtib etdikləri iki tərəfli aktla rəsmiləşdirilir. Akt iki nüsxədə tərtib edilir. Istehlakçı aktı imzalamaqdan imtina etdikdə də akt qüvvədə qalır. (EEIQ m. 5,5.12);

3. Həmin akt əsasında enerji təchizatı təşkilatı hesaba alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və istehlakçının onu ödəməsi üçün əlavə ödəniş sənədi yazır. Enerji təchizatı təşkilatının qərarına qarşı istehlakçının etiraz ərizəsi verməsi, onu müəyyən olunmuş müddətdə əlavə ödəniş sənədini ödəmək borcundan azad etmir. Əlavə ödəniş 10 gün ərzində ödənilmədikdə istehlakçı elektrik xəttindən açılır və ondan məcburi qaydada ödəniş almaq üçün enerji təchizatı təşkilatı öz iddiasını məhkəməyə verir. (EEIQ m. 5,5.13).

   Səhifə 28.07.2014  tarixində yenilənmişdir.