|
|
|
|
 | 20-06-2008 Bakıelektrikşəbəkə borclu abunəçilərə bazar ertəsinə qədər vaxt verib
Abunəçilər istirahət günləri də ödəmə məntəqələri, bank və poçt şöbələrində ödəniş edə bilərlər
Bakıelektrikşəbəkə borclu abunəçilərə iyunun 23-nə qədər vaxt verib. Qurumun mətbuat xidmətindən bilirilib ki, abunəçilər istirahət günləri də ödəmə məntəqələri, bank və poçt şöbələrində ödəniş edə bilərlər. Əks təqdirdə elektrik verilişi dayandırıla bilər.
Xidmətdən verilən məlumata görə, qurum yenidən qurma işlərini davam etdirir. Şəhər və şəhərətrafi kənd və qəsəbələrdə orta və alçaq gərginlikli şəbəkələrdə təmir-tikinti işləri, yeni transformator məntəqələri inşa edilir, elektrik verilişi xətləri yenilənir./ANS TV/ |
|
| | |