17-10-2008   Əziz Energetiklər!

Əziz Energetiklər!

Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə hər il oktyabrın 20-si “Energetiklər Günü” kimi qeyd olunur. İqtisadiyyatımızın hər bir sahəsində olduğu kimi elektroenergetika sektorunda da zaman-zaman islahatlar aparılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu böyük şəxsiyyətin sönməz ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə dogru uğurla addımlayır. Bu inkişaf yolunda biz energetiklərin də əsas məqsədi Möhtərəm Prezidentimizin tapşırığına əsasən Bakının, eləcə də ətraf kənd və qəsəbələrin elektrik təchizatında əsaslı dönüş yaratmaq, şəbəkəmizi dünya standartlarına cavab verən yeni texnologiyaların tətbiqi ilə modernləşdirmək, abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.

Əziz Energetiklər!

Sizi, peşə bayramınız - “20 Oktyabr – Energetiklər Günü” münasibətilə təbrik edir, hər birinizə ailə səadəti, firavan həyat və işıqlı gələcək arzulayırıq.

“Bakıelektrikşəbəkə” ASC-nin İdarə heyətinin sədri B.Rzayev



ilk10izah.gif, 0 kB