08-01-2009   "Bakıelektrikşəbəkə" ASC-nin mühasibləri birinci yerə çıxdılar

Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutu 2008-ci ildə Bakıda “maliyyə hesabatlarının beynəlxalq standartları üzrə” kurs təşkil etmişdi. Link İnfo System şirkətinin təşkilaçılığı ilə keçirilən kurslarda ölkənin aparıcı idarə və müəssisələrinin mühasibləri 3 ay müddətinndə tədris keçmişdilər. Həmin kursu ən yüksək nəticə ilə başa vuran məzunlar arasında “Bakıelekrtikşəbəkə” ASC-nin Maliyyə İdarəsinin əməkdaşları da vardı. 11-16 dekabr 2008-ci il tarixində London şəhərində MDB və beynəlxalq professional mühasibat təşkilatların, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştiraki ilə 2008-ci ilin yekunlarina əsasən müxtəlif nominasiyalarda mükafatlarin təqdim olunduğu növbəti Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın proqramına Beynəlxalq Mühasiblər Federasiyasının Mühasibat Şurasında görüş, London Fond Birjasına səfər və birjanın nümayəndələri tərəfindən London Fond Birjası və alternativ investisiya bazarı prosedurları ilə tanışlıq da daxil edilmişdi. Bu konfransda müxtəlif nominasiyalarda (ilin ən yaxşı meneceri, ilin ən yaxşı tələbəsi, ilin ən yaxşı tədris mərkəzi, ilin ən yaxşı müəllimi) mükafat almış Azərbaycanın nümayəndəliyinin tərkibində ictimai əhəmiyyətli qurumlardan Azərbaycan Dövlət Neft Şirkətinin, Azərbaycan Hava Yolları QSC-nin və “Bakıelektrikşəbəkə” ASC-nin nümayəndələri iştirak etmişdir. “Bakıelektrikşəbəkə” ASC-ni bu konfransda baş mühasib Orucov Namiq Qərib oğlu və baş mühasibin müavini Ramazanov Cabbar İdris oğlu təmsil edib. Hər iki mühasib ilin ən yaxşı tələbəsi nominasiyasında diplomla mükafatlandırılmışlar. Mükafatlar “Highclere Castle Newbure Berkshire” qəsrində Beynəlxalq Mühasiblər İnstitutunun Prezidenti, Kral ailəsinə mənsub olan şahzadə Maykl Kent tərəfindən şəxsən təqdim edilmişdir.


Şəkillərə buradan baxa bilərsiniz...



ilk10izah.gif, 0 kB