15-01-2009   Sayğaclaşma sürətlə aparılır

“Bakıelekrtikşəbəkə” ASC-nin fəaliyyəti dövründə abonentlərin sayğaclaşdırılması, şəbəkənin yenidən qurulması nəticəsində ötən illərlə müqayisədə xeyli miqdarda elekrtik enerjisi uçotunun dəqiq aparılmasında, israfçılığın və elekrtik enerjisi itkisinin qarşısının alınmasında ciddi irəliləyişə nail olunmuşdur.


Sayğaclaşma prosesi ötən dövr ərzində nəzərə çarpacaq dərəcədə sürətlənmişdir. 2006-cı ilin 3 ayı ərzində abonentlərə 13 409 ədəd sayğac quraşdırılmışdısa, 2007 ci il ərzində bu rəqəm, 128 414, 2008-ci ildə isə 153 992 olmuşdur. Ötən müddət ərzində cəmi 295 815 ədəd sayğac quraşdırılmışdır. Fərdi əhali üzrə abonentlərin 90,3 faizi, qeyri-əhali üzrə isə 100 faizi sayğacla təmin olunmuşdur.

Qeyd edək ki, “Bakıelekrtikşəbəkə” ASC ümumilikdə 669 994 abonentə xidmət göstərir.



ilk10izah.gif, 0 kB