 | 22-01-2009 Mətbuat Xidmətinin məlumatı
Son zamanlar abonentlər tərəfindən “Bakıelekrtikşəbəkə” ASC-yə elekrtik enerjisinin uçotunun aparılması məqsədilə istehlakçılarda quraşdırılan ölçü cihazlarının (sayğacların) və onların quraşdırılması üçün çəkilən xərclər haqqında bir sıra sorğular daxil olmuşdur. Bu sorğulara cavab olaraq “Bakıelekrtikşəbəkə” ASC abonentlərin nəzərinə bir daha çatdırır ki;
1. Əhali istehlakçı abonentləri üçün
- sayğacı olan, ancaq nasazlıq və ya zədələnmədən sıradan çıxmış, yaxud istismar müddəti bitmiş ölçü cihazları heç bir vəsait ödənilmədən dəyişdirilir.
- sayğacı olmayan, yaxud yeni texniki şərt almış istehlakçılarda ölçü cihazlarının dəyəri “Bakıelekrtikşəbəkə” ASC tərəfindən ödənilməklə, yalnız onların quraşdırılması üçün pul vəsaiti istehlakçılardan alınır.
- fərdi yaşayış (həyət) evlərində sayğac quraşdırma haqqı birfazlı sayğaclar üçün 53,70 AZN, üçfazlı sayğaclar üçün (cərəyan transformatoru ilə) 133,28 AZN, üçfazlı sayğaclar üçün (birbaşa qoşulmaqla) 86,74 AZN təşkil edir. Yaşayış binalarında isə bu məbləğ 25,16 AZN-dir. Birfazlı sayğacları üçfazlı sayğaclarla əvəz olunan istehlakçılardan sayğac quraşdırma haqqı sayğacın tipinə müvafiq fərq tutulmaqla dəyişdirilir.
2.Qeyri-əhali istehlakçıları üçün
- sayğacı olan, ancaq nasazlıq və ya zədələnmədən sıradan çıxmış, yaxud istismar müddəti bitmiş ölçü cihazları heç bir vəsait ödənilmədən dəyişdirilir.
- sayğacı olmayan, yaxud yeni texniki şərt almış istehlakçılarda ölçü cihazları onların dəyəri və quraşdırılması üçün pul vəsaiti istehlakçılardan alınmaqla quraşdırılır.
- sayğacın dəyərindən əlavə quraşdırılacaq sayğacın tipinə müvafiq istehlakçı tərəfindən əlavə ödəniş aparılır. Birfazlı sayğaclar üçün 16,85 AZN, üçfazlı sayğaclar üçün (cərəyan transformatoru ilə) 66,34 AZN, üçfazlı sayğaclar üçün (birbaşa qoşulmaqla) 18,10 AZN. Birfazlı sayğacları üçfazlı sayğaclarla əvəz olunan istehlakçılardan ölçü cihazlarının dəyərinin fərqi tutulmaqla dəyişdirilir.
Ödəmələr müvafiq RAYON Enerji Təchizatı və Satışı İdarələrində və ya SC-nin baş ofisində ödəmə qəbzi verilməklə aparılır.
|