04-02-2009   "Bakıelektrikşəbəkə" ASC-nin Mətbuat Xidməti ən aktivlər sırasındadır

Ən çох oxunan qəzetlər, ən aktiv mətbuat xidmətləri,...

Mətbuatin Inkişafına Yardım İctimai Birliyi sorğu keçirib

Mətbuatın İnkişafına Yardım ictimai Birliyindən aldığımız məlumata görə, 92 respondent jurnalist arasında keçirilən sorğu aşağıdakı nəticələri verib:

Ən çox oxunan qəzet - «Bakı-Хəbər», «Azadlıq», «Yeni Müsavat», «Təzadlar», «Paralel», «Ədalat», «Exo», «Bizim yol», «525-ci qəzet», «Yeni Xəbər»

Mətbuatla çox işləyən dövlət qurumları - XİN, DiN, Təhsil Nazirliyi.

Jurnalistlərlə sıx işləyən dövlət qulluqçuları - Kəmaləddin Heydərov, Misir Mərdanov, Əli Həsənov (PA)

Ən passiv millət vəkilləri - Miri Qəmbərov, Madər Musayev, Rövnəq Abdullayev, Zeynəb Xanlarova, Əhməd Əhmədov

Ən aktiv millət vəkilləri - Mehriban Əliyeva, Rəbiyyət Aslanova, Qənirə Paşayeva

Ən aktiv mətbuat xidməti - XiN - Xəzər İbrahim, «Bakıelektrikşəbəkə» - Tanrıverdi Mustafayev


Хəbər xidməti
(Bakı Xəbər qəzeti 04.02.2009)





Mətbuat xidmətləri işlərini günün tələbləri səviyyəsində qura bilirmi?

Apardığımız sorğudan məlum oldu ki, ən passiv mətbuat xidmətləri "Azərsu", Kənd Təsərrüfatı Nazirliyi və "Azəriqaz"ın aidiyyatı qurumlarıdır

Mətbuat Xidmətlərinin Əsasnaməsinin yaradılması ilə bağlı ötən ilin sonlarında Prezidentin İcra Aparatının təşkilatçılığı ilə dövlət və qeyri-dövlət qurumlarının bu sahədə fəaliyyətinə həsr olunmuş geniş müşavirə keçirilmişdi. Həmin müşavirədə bir sıra qurumların mətbuat xidmətləri tənqidə məruz da qalməşdı. Buna isə əsas səbəb kimi mətbuat xidmətlərinin KİV-lərlə iş birliyini lazımi formada qura bilməməsi göstərilmişdi.

Əsasnamənin təşkil olunması qərara alınsa da, bir çox mətbuat xidmətləri hələ də öz işinə məsuliyyətsiz yanaşmaqda davam edirlər. Bu məqsədlə mətbuat xidmətlərinin işinin hansı səviyyədə olması ilə bağlı KİV işçiləri arasında rəy sorğusu apardıq. Rəy sorğusunda iqtidaryönümlü və müxalifət qəzetlərinin jurnalistlərinə müraciət etdik. Sorğumuz mətbuat xidmətlərinin hansının "ak-tiv", hansının isə "passiv" olmasından ibarət idi.

Düşündüklərimiz heç də bizi yanıltmadı. 24 KİV-lə apardığımız rəy sorğusunda ən aktiv, yəni KİV-lərlə mütəmadi işbirliyi quran mətbuat xidməti kimi Xarici İşlər Nazirliyinin mətbuat xidmati göstərildi.

İkinci yerdə isə Müdafiə Nazirliyinin mətbuat xidməti, üçüncü yerdə isə "Bakıelektrikşəbəkə"nin mətbuat xidməti qərarlaşdı. Məlum oldu ki, yuxarıda göstərilən qurumların mətbuat xidmətləri mütəmadi olaraq həm KİV-lərlə sıx əməkdaşlıq edir, həm də jurnalistləri maraqlandıran hər-hansısa suala həmin qurumlardan cavab almaqda jurnalistlər üçün heç bir problem yaradılmır.

Passiv mətbuat xidmətlərinə gəlincə isə, birinci yeri "Azərsu" Səhmdar Cə-miyyətinin, ikinci yeri Kənd Təsərrüfatı Nazirliyinin, üçüncü yeri isə "Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidməti tutur. Əlbəttə ki, biz apardığımız sorğuya ayrıca analiz vermək istəməzdik. Belə ki, 24 KİV-in rəy sorğusuna cavabında t-bii ki, hər şey məlum olur.

Maraqlıdır ki, üzdə olan KİV nümayəndələrindən adı çəkilən ilk ikiliyi qapa-yan qurumların mətbuat xidmətləri rəhbərlərinin adlannı soruşduqda, bir ca-vab aldıq: "Tanımırıq".

Apardığımız rəy sorğusu zamanı "Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidmətilə bağlı isə ayrıca diqqəti cəlb edən fikirlərlə rastlaşdıq. Əvvəllər çox nadir hallarda KİV-lərlə əlaqə saxlayan "Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidməti son zamanlar onlarla mütəmadi əlaqə saxlamaq məcburiyyətində qalıb. Buna isə səbəb heç də "Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin öz işinə məsuliyyətlə yanaşması deyildir.

Çoxsaylı oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, gələn saylarımızda özəl və dövlət qurumlarının mə-buat xidmətləri ilə bağlı keçirdiyimiz rəy sorğularını daha təfərrüatı ilə işıqlandıracağıq.

Rasim MURADZADƏ
(Azad Azərbaycan qəzeti
03.02.2009)



ilk10izah.gif, 0 kB