19-02-2009   “Bakıelekrtikşəbəkə” ASC yeni terminal əl aparatlarının istifadəsinə başlayıb

“Bakıelekrtikşəbəkə” ASC yeni sensorlu terminal əl aparatlarının istifadəsinə başlayıb. Əhali qrupu abonentlərinin sərfiyyat dövrü ərzində istifadə etdikləri elekrtik enerjisi haqqında təqdim olunan bildirişlər artıq yeni aparatlar tərəfindən hazırlanır. Yeni terminal əl aparatlarının öncəki indeksor aparatlarından bir çox mühüm fərqi vardır. İlk öncə, yeni terminal əl aparatları ən son texnoloji proqramlarla təchiz olunmuşdur. Belə ki, bu aparatlarda GPRS vasitəsilə abonentlərin sayğac məlumatlarının dərhal bazaya daxil edilmək imkanı vardır. Eyni zamanda yeni terminal əl aparatlarına qurğu əlavə edilməklə abonentlərə kredit kartı vasitəsilə ödəmə aparmaq imkanı da yaradılacaqdır.

Əvvəlki aparatlardan fərqli olaraq yeni terminal əl aparatlarında tətbiq olunan proqramlar “Bakıelektrikşəbəkə” ASC-nin Texnoloji İnformasiya İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanır ki, bu da lazım olduqda aparılan dəyişiklərin operativ həll edilməsində müstəsna rol oynayır. Yeni terminal əl aparatlarının digərlərindən üstün edən cəhətlərindən biri də hesabatların əhali abonent qrupu ilə yanaşı qeyri-əhali abonent qrupuna da tətbiq edilə bilməsidir.



ilk10izah.gif, 0 kB