02-03-2009   “Bakıelektrikşəbəkə” ASC-də işə qəbul imtahan vasitəsilə həyata keçirilir

“Bakıelektrikşəbəkə” ASC-nin insan resurslarını beynəlxalq standardlara görə idarə etmək məqsədilə Səhmdar Cəmiyyətinə işə qəbul zamanı rəqabət baxımından müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik olan vətəndaşlara üstünlük vermək, idarəetmənin hər bir səviyyəsində xüsusi təhsil almış və təcrübəsi olan şəxsləri işə cəlb etmək və beləliklə də kadr siyasətinin düzgün, səmərəli və məqsədli şəkildə həyata keçirilməsi üçün 2007-ci il tarixdən işə qəbul imtahan yolu ilə həyata keçirilir.

Səhmdar Cəmiyyətin Enerji Satış Departamentində və Texniki Direktorluğunda vakant olan vəzifələrə peşəkar mütəxəssislərin işə qəbul olunması məqsədi ilə 10 yanvar 2009-cu il tarixində imtahan keçirilmişdir. İmtahan 2 istiqamətdə test və şifahi mərhələdə həyata keçirilib. Müsabiqədə 52 nəfər namizəd iştirak etmiş, onlardan 19 nəfəri müsabiqənin hər iki mərhələsi üzrə müvəffəqiyyət qazanaraq Səhmdar Cəmiyyətin Tədris Mərkəzində qısa müddətli kursa cəlb edilmiş və Texniki Təhlükəsizlik və İstismar Qaydalarından təlimatlandırıldıqdan sonra işə qəbul olunmuşdur.

Ümumiyyətlə “Bakıelektrikşəbəkə” ASC-də bu günə qədər 23 işə qəbul imtahanı həyata keçirilmişdir ki, bunlarda da 1327 namizəd iştirak etmişdir. 496 nəfər imtahanlarda müvəffəqiyyət qazanaraq Səhmdar Cəmiyyətdə işlə təmin olunmuşlar.



ilk10izah.gif, 0 kB