29-03-2009   Aprelin 1-də borclu abonentlərin işığı kəsiləcək

Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC aprelin 1-i saat 15:00-dan borclu abonentlərin enerji təchizatını dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bayram və istirahət günləri ərzində abonentlərə borclarını ödəmələri üçün möhlət verilib. Səhmdar cəmiyyətindən bildirilib ki, aprelin 1-də verilən müddət başa çatır və həmin gün borclu vətəndaşların enerji təchizatı dayandırılacaq. Qeyd edək ki, «Bakıelektrikşəbəkə» ASC-nin 670 minə yaxın abonenti var.


ilk10izah.gif, 0 kB