29-04-2009   Azərbaycanda ilk dəfə olaraq abonentlər “Golden Pay” ödəmə sisteminin vasitəsi ilə elektrikenerji borclarini “onlayn” ödəmək imkani əldə etmişlər.

28 aprel 2009-cu ildə “BakiElektrikŞəbəkə” ASC, Azərbaycanın ilk onlayn ödəmə sistemi olan “GoldenPay”- lə birlikdə abonentlərinə elektrikenerjisi borclarını bank kartlarından istifadə etməklə internet üzərindən onlayn rejimdə ödəmə xidmətini təqdim etmişlər.

“Visa/Visa elektron” və “MasterCard/Maestro” ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, gün ərzində internetə qoşulmaq imkanı olan istənilən yerdə “BakıElektrikŞəbəkə” ASC-nin rəsmi saytına (http://www.bes.az) daxil olaraq elektrikenerji borclarını öyrənə və ödəyə bilərlər.

Ödəmə proseduru çox sadədir. Bunun ücün saytın ana səhifəsində yuxarı sag küncdə müvafiq qrafada abonentin kodu və ya telefon nömrəsini qeyd edirsiniz. Abonentin cari hesabı haqda məlumat olan pəncərə açılacak. Mövcud borcu ödəmək ücün “Online Ödəmə” düyməsinə basmag, növbəti səhifələrdə açılan müvafiq formaları doldurduqdan sonra ödəməni həyata keşirmiş olacaqsınız. Ödəmədən bir neçə saniyyə sonra, əməliyyatın ugurla başa çatdırıldıgı haqda bildiriş alacaqsınız. Bu bildirişi cap edə və ya e-mailinizə göndərə bilərsizin.

*Təklif olunan xidmətin əsas üstünlüyü abonentlər ücün onun pulsuz olmasında (kartla ödəmə zamanı heç bir bank komissiya məsrəfi tutulmur), rahat tez həyata keçirilməsi ilə vaxta qənaət edilməsindədir.

Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.

Daha ətraflı məlumat almaq üçün http://www.goldenpay.az saytına daxil olun.



ilk10izah.gif, 0 kB