22-07-2009   Mətbuat Xidmətinin məlumatı

Kütləvi informasiya vasitələrində mütəmadi verilən xəbərdarlıq nəticəsində abonentlərin elektrik enerjisi borcunun ödənilməsində artım müşahidə edilməsinə baxmayaraq bəzi abonentlərin hələ də borclarını ödəmədiyi müəyyən edilmişdir. “Bakıelektrikşəbəkə” ASC abonentlərdən elektrik enerjisinə görə yaranmış borclarını 24 iyul 2009-cu il tarixi saat 12:00-a qədər tam şəkildə ödənilməsini xahiş edir. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaqdır. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcəkdir.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.


440 66 88 Zəng vur, borcunu öyrən.


ilk10izah.gif, 0 kB