15-10-2009 Mətbuat Xidmətinin Məlumatı
Son günlər bəzi kütləvi informasiya vasitələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində borclu abonentlərin elektrik enerjisi təchizatının kütləvi şəkildə dayandırılması haqqında məlumatlar dərc olunmaqdadır.
“Bakıelektrikşəbəkə” ASC fəaliyyətə başladığı dövrdən bu günə qədər nəinki yuxarıda adı çəkilən qəsəbədə, o cümlədən Bakı şəhərinin digər rayon və qəsəbələrində kütləvi halda elektrik enerjisi təchizatının dayandırılması haqqında heç bir qərar qəbul etməyibdir. 02 fevral 2005-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 18 saylı “Elektrik enerjisindən istifadə qaydaları” əsasında borclu Abonentlərə xəbərdarlıq edilərək fərdi qaydada şəbəkədən ayrılması haqqında göstəriş verilmişdir. Digər rayonlarda olduğu kimi, Pirşağı qəsəbəsində də istifadə etmiş olduqları elektrik enerjisinə görə yaranmış borclarını ödəməyən abonentlərin şikayətlərini araşdırmaq üçün müvafiq komissiya fəaliyyət göstərir. Son 3 gün ərzində komissiya tərəfindən 500-ə yaxın abonent qəbul edilmiş, 100-dən çox abonent borcunu ödəmiş, 100-ə yaxın abonentlə isə borcunun müəyyən hissənin ödəməklə razılaşma protokolu imzalanmışdır. Razılaşma protokolu imzalanan abonentlərə borclarının qalan hissəsini ödəmək üçün müəyyən vaxt verilmişdir.
|