26-10-2009 Mətbuat Xidmətinin məlumatı
“Bakıelektrikşəbəkə” ASC abonentlərdən elektrik enerjisinə görə yaranmış borclarını 28 oktyabr 2009-cu il tarixi saat 15:00-a qədər tam şəkildə ödənilməsini xahiş edir. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaqdır. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcəkdir.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.
440 66 88 Zəng vur, borcunu öyrən.
|