29-12-2009   Mətbuat Xidmətinin Məlumatı

“Bakıelektrikşəbəkə” ASC əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2010-cu il bayramı günləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilmişdir. “Bakıelektrikşəbəkə” ASC abonentləri əmin edir ki, bu qış ötən ilki illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcək. Son üç il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri bunu deməyə əsas verir.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

“Bakıelektrikşəbəkə” ASC Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, işıqlı gələcək arzu edir.



ilk10izah.gif, 0 kB