30-01-2010 Hüseynov Akif Məhərrəm oğlu
31.01.1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya instetutunun Energetika Fakultəsinin əyani şöbəsinin “Elektrik şəbəkələri və sistemləri” kafedrasını mühəndis-elektrik ixtisası üzrə bitirib.
1972-1976 illər ərzində “AZERENERJİ”-də rejim və sonra Avtomatik idarə etmə şöbələrində mühəndis, şöbənin qrup rəhbəri vəzifələrində işləmiş və sistemin etibarlı və dayanılıqlı işləməsi üçün Bir sıra təkliflər və işlər görmüşdür.
1976-1979-ci illər ərzində Moskva Energetika institutunun əyani aspiranturasında “Elektrik sistemləri” kafedrasında oxumuş və “Elektroenerqetik sistemlərin tam dayanıqlıq məsələlərinin həlli problemləri” mövzusunda namizədlik disertasiyasını müdafiyə etmişdir.
1979-ci ildən Azərbaycan Neft Akademiyası “Elektrik stansiyaları” kafedrasında assistent, dosent, professor və kafedra müdiri vəzifələrində işləyib və hal-hazırda göstərilən kafedranın müdiridir.
1989-ci ildən texnika elmləri doktoru alimlik elmi dərəcəsi üzrə “Mürəkkəb elektrik sistemlərin operativ idarə etməsində hesablama metodları” mövzusunda elmi işin müəllifidir. Müəllifin elmi əsərləri ABŞ, İngiltərədə, keçmiş SSKİ-nin ən məşxur jurnallarında çap olunmuşdur. Onun 100-dən çox elmi-əsərləri, o cümlədən, 10 elmi dərs voritələri çap olunmuşdur.
1983-1984-ci illərdə İngiltərənin Bir sıra universitetlərində, 1989-90-ci illərdə ABŞ-nin universitetlərində elmi tədqiqat işləri aparmış, mühazirələr oxumuşdur.
2004-ci ildə Almaniyada və Hollndiyada Tempus xətti üzrə tədris işləri, yeni dərslikləri üzrə dərslikləri yazılması və tədbiqi üzrə işlər görmüşdür.
2007-ci ildən “BAKIELEKTRİKŞƏBƏKƏ”ASC-nin Tədris Mərkəzinin rəhbəridir.
 |