03-02-2010   Mətbuat Xidmətinin Məlumatı

“Bakıelektrikşəbəkə” ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövrndə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 05 fevral 2010-cu il tarixi saat 15:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcəkdir.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.



ilk10izah.gif, 0 kB