15-03-2010   "Əməyin mühafizəsinin təşkili və istehsalat qəzalarının qarşısının alınması"

13 mart 2010-cu il tarixdə "Bakıelektrikşəbəkə"ASC-nin akt zalında «Əməyin mühafizəsinin təşkili və istehsalat qəzalarının qarşısının alınması» mövzusunda seminar-müşavirə keçirilmişdir.

Seminarı giriş sözü ilə Həmkarlar İttifaqı Komitəsinin sədri R.Zeynalov açmışdır. Respublika Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Azər İsmayılovun, Bakıelektrikşəbəkə"ASC-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsinin rəisi Əyyub Şəkərəliyevin, Həmkarlar İttifaqı Komitəsinin mütəxəssisi Məmməd Tağıyevin məruzələrləri dinlənilmişdir.

Yekunda "Bakıelektrikşəbəkə"ASC-nin baş mühəndisi Z.Quliyev və İnsan Resursları və Xidmət idarəsinin rəisi Tərlan Dadaşov çıxış edərək bu sahədə olan nöqsanlardan və onların aradan qaldırılması yollarını qeyd etmişlər.



ilk10izah.gif, 0 kB