29-04-2010 28 aprel Ümumdünya əməyin mühafizəsi günüdür
Bildiyimiz kimi Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının üzvüdür.
Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildən etibarən 28 aprel gününü Ümumdünya əməyin mühafizəsi günü elan etmişdir. Bu günün keçirilməsi ideyası həlak olan işçilərin xatirəsinə həsr olunaraq ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən qaldırılmışdır. Həlak olmuş və zərər çəkmiş işçilərin beynəlxalq xatirə günü indi dünyanın yüzdən artıq ölkəsində keçirilir.
Hər il Ümumdünya əməyin mühafizəsi gününün keçirilməsi zamanı əsas diqqət istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması tədbirlərinin həyata keçirilməsinə yönəldilməlidir.
Əmək fəaliyyəti prosesində hər bir işçinin sağlamlığının təmin edilməsi elektrik avadanlıqlarında baş verə biləcək qəzalara qarşı tədbir görülməsi, əməliyyat vaxtı «Təhlükəsizlik Texnikası Qaydaları»na ciddi riayət etməklə ilk növbədə öz sağlamlıqlarını və digər işçilərin sağlamlığının qorunması deməkdir.
«Bakıelektrikşəbəkə» ASC-nin istehsalat sahələrində də bu sahədə böyük işlər aparılır.
«Bakıelektrikşəbəkə» ASC-nin kollektivini Ümumdünya əməyin mühafizəsi günü münasibətilə təbrik edir, hər bir işçiyə təhlükəsiz və sağlam əmək şəraitində işləmələrini arzulayıram.
«Bakıelektrikşəbəkə» ASC-nin rəhbəriyi
|