04-06-2010   Mətbuat Xidmətinin Məlumatı

“Bakıelektrikşəbəkə” ASC elektrik enerjisi istehlakçılarının nəzərinə çatdırır ki, son vaxtlar edilən xəbərdarlıqlara baxmayaraq bəzi Abonentlər 6 – 9 aydır ki, istifadə etdikləri elektrik enerjisi haqqını ödəməkdən yayınırlar.

ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 7 iyun 2010-cu il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Elektrik enerjisi təchizatını dayandırmaq məqsədilə 250 əməkdaş artıq bu gündən etibarən Borclu Abonentlərin mənzillərinə baş çəkəcəklər.

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.



ilk10izah.gif, 0 kB