26-06-2010 26 iyun – Silahlı Qüvvələr Günü
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı qüvvələr günü elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.
“BAKIELEKTRİKŞƏBƏKƏ” ASC
Azərbaycan xalqını
26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ
münasibətilə təbrik edir,
can sağlığı, firavan həyat, qələbə sevinci və İşıqlı gələcək arzulayır.
HƏYATINIZ DAİM İŞIQLI OLSUN!
|