02-07-2010   Mətbuat Xidmətinin Məlumatı

“Bakıelektrikşəbəkə” ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 05 iyul 2010-cu il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Bağ mövsümü ilə əlaqədar bağ evlərinə köçən abonentlərin şəhərdə yaşadıqları mənzillərə görə yaranmış borclarını da ödəmələri tələb olunur. Artıq belə mənzillərə xəbərdarlıq edilib və bəzilərində hətta son bir neçə ay ərzində bir manatda olsun ödəniş həyata keşirilməyibdir.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.



ilk10izah.gif, 0 kB