|
|
|
|
 | 06-07-2010 TÜRKİYƏ RESPUBLİKASINDAN GƏLƏN HİZMƏT-İŞ SENDİKAÇILARI AZƏRBAYCANDA
Bir neçə gündür ki, qardaş Türkiyə respublikasından Türk hizmet-iş sendikasının 6 nəfərlik numayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. Səfərin ilk günü qonaqlar Yerli Sənaye və kommunal məişət Müəsisələri İşçilərinin Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədri Telman Hacıyev, “Bakıelektrikşəbəkə”ASC-nin Həmkarlar Təşkilatının sədri Ramiz Zeynalov və digər şəxslərlə birgə fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirə kompleksində olmuş, məzarüstü abidənin önünə gül- çiçək dəstələri düzmüşlər.Bir qədər sonra şəhidlər xiyabanında, 1918-ci ildə Bakının erməni daşnaklarından təmizlənməsi zamanı həlak olmuş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə və məzarlıq da ziyarət olunmuşdur. Daha sonra qonaqlar şəhidlər xiyabanını ziyarət edərək 1990-cı il 20 yanvar hadisələrinin qurbanlarını da ehtiramla yad etmişlər. Günün ikinci yarısı nümayəndə heyəti Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin qəbulunda olmuş, iki qardaş dövlətin aidiyyəti qurumlarının iş təcrübəsi və digər müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar. Qonaqlar “Bakıelektrikşəbəkə” ASC-nin ötən il istifadəyə verilmiş bir neçə yeni güc mərkəzlərində olmuş, iş yerləri və işçilərin əmək şəraiti ilə də yaxından tanış olmuşlar.
 |
|
 |
|
| | |