MÜŞTƏRİ XİDMƏTLƏRİ
HƏFTƏNİN HƏR GÜNÜ FASİLƏSİZ XİDMƏT
Həftənin 7 günü saat 8.30-21.00 arasında fasiləsiz xidmət almaq;
Elektron şəkildə xidmət göstərəcək MXM-də suallarınıza dərhal cavab tapmaq;
Hesab və Bildiriş problemlərinizi həll etmək;
Arayış sənədini dərhal əldə etmək;
Elektrik enerjisi borcunu ödəmək;
MÜMKÜNDÜR
Əlaqə telefonları: 598 22 46 - 598 22 47
Ünvan: 28 May 20
|
 |
Abonent Etirazları üzrə Komissiyalara daxil olan etirazlara baxılması qaydasına dair təlimat
Komissiyalarda EEİQ-nin pozulmasına dair tərtib edilmiş aktlarla əlaqədar etirazlara baxılarkən nəzərə alınmalı hallar:
1. Sayğac göstəricisinin dəqiq yazılmaması nəticəsində yaranmış süni dövr
Sayğac göstəricisinin dəqiq yazılmaması nəticəsində yaranmış dövrü ləğv etməli və əvəzində abonentlə elektrik sayğacının göstərişinə görə müəyyənləşdirilmiş orta aylıq sərfiyyatla və ya elektrik işlədicilərinin gücünə görə hesabat aparılmalıdır.
Həmin süni dövrü yaradan işçinin izahatı alınaraq İntizam Komissiyasında baxılması üçün rəhbərliyə təqdimat verilməlidir.
2. Mənzildə uzun müddət yaşayış olmadığı təqdirdə sayğacsız aparılmış metodik hesabat nəticəsində yaranmış borcun tənzimlənməsi.
Abonentin etirazının araşdırılması məqsədilə Müştəri Xidmətləri şöbəsinin və Abonent Etirazları komissiyasının üzvləri tərəfindən həmin sahəyə xidmət edən işçi ilə birlikdə mənzilə baxış keçirilməli və yaşayış olub-olmadığına dair komissiyaya xidməti məlumat təqdim edilməlidir. Xidməti məlumat və təqdim edilən digər sənədlər (MİS-dən arayış, sahə müvəkkilinin arayışı, qonşuların aktı, abonentin izahedici ərizəsi və s.) mənzildə yaşayış olmadığını təsdiqləyərsə həmin müddət üçün yazılmış debitor borcu ləğv edilməlidir.
Sahəyə təhkim olunmuş nəzarətçi mühəndisin izahatı alınıb müvafiq tədbir görülməsi üçün rəhbərliyə təqdimat verilməlidir.
3. Sayğacsız abonentlərlə uzun müddət ərzində aparılmış metodik hesablamaların tənzimlənməsi.
Sayğacsız abonentlərlə uzun müddət ərzində aparılmış metodik hesablaşmaya yenidən baxılarkən yeni quraşdırılmış sayğacın göstərişinə əsasən orta aylıq sərfiyyat müəyyənləşdirilməli və ona müvafiq yenidən hesablaşma aparılmalıdır. Belə hallarda, həmçinin yeni elektrik sayğacının quraşdırılmadığı halda abonentin elektrik işlədicilərinin gücünə əsasən müəyyən edilmiş orta aylıq sərfiyyat nəzərə alınmalıdır.
4. EEİQ-nin tələblərinin pozulmasına dair tərtib edilmiş aktlarla əlaqədar etirazlara baxılması zamanı xüsusi diqqət yetirilməsi tələb olunan hallar
· Aktlar hal şahidinin iştirakı ilə abonentin və ya onun nümayəndəsinin iştirakı ilə yazılmalıdır, əgər kənar xətt varsa yerində ləğv olunmalıdır;
· Aktda sayğacın özündə aşkar edilmiş qüsur göstərilibsə, həmin sayğac təcili surətdə Qaydalara müvafiq olaraq çıxarılıb Sayğacquraşdırma və Uçota Nəzarət Şöbəsində abonentin iştirakı ilə yoxlanılmalı və sayğaca rəy verilməlidir.
· Bütün hallarda abonentə hesablanmış sərfiyyata yenidən baxıldıqda hər hansı bir əsasa görə abonentin borcu azaldılıbsa, bunun səbəbi razılaşma protokolunda öz əksini tapmalıdır.
· Komissiyalara müraciət edən abonentlər nəzakətlə qarşılanmalı, onların etirazlarına diqqətlə yanaşılmalı, zərurət olduğu halda yerində araşdırmanın aparılması təmin edilməli və müraciət müəllifinə əsaslandırılmış cavab verilməlidir.
5. Hesabat
Abonent Etirazları Komissiyası hər ayın sonunda 1 aylıq fəaliyyəti haqqında məlumat verməli və hər bir neqativ halları, bu hallara qarşı görülən tədbirləri xidməti məlumat şəklində rəhbərliyə təqdim etməlidir.
6. Məsuliyyət
Abonent Etirazları Komissiyaları tərəfindən tərtib edilmiş razılaşma protokolları üzrə azalmaların bu təlimata uyğun aparılmadığı müəyyən edilərsə protokolun tərtib edilməsində iştirak edən işçilər qanunamüvafiq məsuliyyət daşıyırlar.
ORTA SƏRFİYYATIN AÇIQLANMASI
Orta sərfiyyat, sayğac oxuyucusu mənzilə gəlib göstəricini götürə bilmədikdə, yəni qapı bu və ya digər səbəbdən bağlı olduqda yazılır. Orta sərfiyyat günə 20 kvts olaraq hesablanır.
Həqiqi göstərici kompüterə daxil edildikdən sonra avtomatik olaraq orta sərfiyyatla hesablanmış borc silinir.
Orta sərfiyyatla bildiriş alan abonentlər 2 (iki) ay ardıcıl olaraq göstəricini özləri söyləyə bilərlər. Üçüncü ay isə Bakıelektikşəbəkə ASC əməkdaşları bilavasitə göstəricini götürməlidir.
Abonent tərəfindən söylənilən göstərici dövr yaratdığı halda operator göstəricini kompüterə daxil etmir və məsələnin aydınlaşdırılması üçün mühəndisə bildirir.
DÖVR YARANARKƏN NƏ ETMƏLİ?
1. Dövr yarandığı təsbit edildiyi halda sahə mühəndisinə bildirilməlidir
2. mühəndis sayğacı yerində yoxlamalıdır
Sayğac qaydasında olmadığı halda mühəndis tərəfindən müvafiq qaydada akt tərtib edilməlidir və sayğacın dəyişdirilməsi üçün naryad yazmalıdır. Akt tərtib edildikdən sonra kompüter mühəndisi akt məlumatlarını kompüterin məlumatlar bazasına daxil etməlidir.
Sayğac qaydasında olduğu halda dövr bu səbəblərdən yarana bilər:
1. Son göstərici səhv daxil edilib
2. Sayğac dəyişdirilməsi kompüterə düşməyib
3. "Əsas" səhv verilib
4. Ən son göstəricidən bir və ya bir neçə göstərici səhv daxil edilib
Birinci halda mühəndis yoxlama nəticəsində xidməti məlumat yazaraq göstəricinin dəyişdirilməsini təmin etməlidir. Ikinci halda naryad məlumatları və yoxlama nəticəsində əldə edilən göstərici kompüterə daxil edilir. Üçüncü halda yoxlama nəticəsində əldə edilən göstərici kompüterə daxil edilir və müvafiq araşdırmanın aparılması üçün Abonent Etirazları Üzrə Komisiyaya bildirilir. * dördüncü halda yoxlama nəticəsində son göstəricinin düzgün olduğu mühəndis tərəfindən təsbit edilərsə, müvafiq araşdırmanın aparılması üçün Abonent Etirazları Üzrə Komisiyaya bildirilir. *
* QEYD: Üçüncü və dördüncü hallarda mühəndis Abonent Etirazları Üzrə Komisiyaya xəbər verərək göstərilən mənzildə lazımi araşdırmanın aparılmasını təmin etməlidir. Bu zaman mühəndis aşağıdakı sənədləri mərkəzə göndərməlidir:
1. Abonentin köhnə ödəniş qəbzləri
2. Abonent tərəfindən yazılan ərizə
3. Sərfiyyat cədvəli (Bildiriş)
4. "Kupça", "Order" və ya icarə müqaviləsinin surəti
ÖDƏNİŞ SƏHV DÜŞDÜKDƏ NƏ ETMƏLİ?
Abonentlərin səhv koda ödəniş etdiyini iddia etdiyi şikayətlərlə əlaqədar düzəliılər aşağıdakı hallarda aparılacaqdır. Bu məlumat abonentlərin nəzərinə çatdırılsın və bu hallara uyğun müraciətlərdə abonentin ərizəsi ilə birlikdə şdəniş qəbzinin əsli alınaraq mərkəzi ofisə göndərilsin.
1-ci hal
Ödəniş qeyri müəyyən koda düşmüşsə
Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə
2-ci hal
Kodlar arasında oxşarlıq varsa;
Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə
Ödəniş tarixindən altı aydan çox müddət keçməmişsə. (01.01.2002 dən sonrakı qəbzlər üçün)
3-cü hal
Kodlar arasında oxşarlıq yoxdursa;
Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə
Ödəniş tarixindən altı aydan çox müddət keçməmişsə. (01.01.2002 dən sonrakı qəbzlər üçün)
Səhv koddan çıxarılacaq ödəniş o kodda debitor borc yaratmırsa
MÜAVİNƏTLİ ABONENTLƏRİN NƏZƏRİNƏ
1. Məskunlaşmış qaçqınların (Ermənistandan olan) kommunal sahəsindəki güzəştləri 1 Avqust 1999-cu il tarixindən sonra ləğv edilmişdir.
2. Məskunlaşmamış qaçqınlara (Ermənistandan olan) və məcburi köçkünlərə (Dağlıq Qarabağ, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdən sürgün edilən) olan güzəşt 1 Yanvar 2002-ci ildən etibarən müavinət (1 aya adambaşına 150 kvts) ilə əvəz olunmuşdur. Əgər istehlakçı 150 kvts-dən yuxarı elektrik enerjisi istifadə edərsə Azərbaycandakı mövcud qanunvericiliyə əsasən artıq istifadə etdiyi enerjinin pulunu ödəməlidir.
3. Müharibə veteranları və əlillərinə, həlak olmuş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, onlarla bilrikdə yaşayan və qeydiyyatda olan ailə üzvlərinə, 20 Yanvar hadisəsində zərər çəkənlərə və şəhid ailələrinə, əmək qabiliyyətli qohumlarından ayrı yaşayan silahlı qüvvələr və əmək veteranlarına olan güzəşt 1 Yanvar 2002-ci ildən etibarən qüvvədən düşmüşdür.
4. Abonentlərin güzəştləri onların sənədlərini təqdim etdikləri gündən etibarən nəzərə alınır. Yəni 01/01/2002 tarixinə qədər güzəşti olan abonent güzəşti olduğuna dair sənəd ES və İİ-nə təqdim etməyibsə bu halda sonradan gətirilən sənədlər qəbul edilməyəcək.
Qeyd: Bu qayda yalnız məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara şamil edilmir.
|