TƏDRİS MƏRKƏZİ

”Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışan mühəndis-texniki işçilərin və fəhlələrin, eyni zamanda energetika sahəsinə marağı olan işçi heyətdən olmayan vətəndaşların bilik və peşəkarlıq səviyyəlirini artırmaq məqsədi ilə Cəmiyyətin Tədris Mərkəzində bir neçə istiqamətdə: “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı”, “Elektrik sayğaclarının təmiri və quraşdırılması” “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı”, “Elekrik şəbəkələrinin istismarı”, “Kompüter şəbəkəsi və proqramlar” və “Telefonçu” ixtisasları üzrə müntəzəm olaraq bir aylıq ixtisasartırma kursları keçirilir. Kursları bitirmiş müdavimlər test və şifahi imtahanları müvəffəqiyyətlə verdikdən sonra ASC tərəfindən onlara sertifikat verilir. Bundan əlavə ingilis dilini öyrənmək istəyən üçün kurslar keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.08.2006-cı il tarixli 1597 saylı sərəncamı ilə fəaliyyəti bərpa olunduğu tarixdən Səhmdar Cəmiyyət üzrə təşkil edilmiş “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı” üzrə kursa 155 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 114 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 14 nəfər kursları davam etdirir, 27 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Tədris Mərkəzində təşkil edilmiş “Elektrik sayğaclarının təmiri və quraşdırılması” adlı kursa 65 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 51 nəfəri kursu müvəfəqiyyətlə bitirərək sertifikat almışdır. 14 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Mərkəzdə təşkil edilmiş “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı” üzrə kursa 113 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 63 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 50 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Həmçinin “Elektrik şəbəkələrinin istismarı” adlı kursa 40 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 25 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 15 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Kompüter ixtisası üzrə kursa 52 nəfər mütəxəssis cəlb edilmişdir. Eyni zamanda şəbəkədki 97 nəfər telefonçu “Kompüter şəbəkəsi və proqramlar” kursuna cəlb edilmiş, onlarda 51 nəfər müsbət nəticə göstərmişdir.

Ümumilikdə bu günə qədər Cəmiyyətin Tədris Mərkəzində ixtisasartırma kurslarına 375 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 253 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 14 nəfər kursu davam etdirir, 108 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Eyni zamanda, sadəcə Səhmdar Cəmiyyətdə calışan işçilər deyil, həmçinin bu ixtisaslara maraq göstərən hər bir şəxsin ixtisasartırma kurslarına cəlb olunması nəzərdə tutulmuşdur ki, bu günə qədər 18 nəfər kənar şəxs Cəmiyyətin Tədris Mərkəzində keçirilən ixtisasartırma kursunda iştirak etmişdir.

Bundan əlavə, “Elektrik sayğaclarının quraşdırılması” üzrə dərslər səyyar formada Səhmdar Cəmiyyətin bütün rayonlarında, bilavasitə yerlərdə müasir elektron (birfazlı və üzfazlı) sayğaclar əsasında qurulmuş stendlərin köməyi ilə aparılır.


>>>>Fotoreportaj>>>>



ilk10izah.gif, 0 kB