ƏHALİ ABONENT LƏRİ

İLK ABONENT

Alqı Satqı müqaviləsi bağlanarkən abonent öz üzərinə aşağıdakı öhdəliklər götürür.


1.Sayğaca vurulmuş dövlət və alt qapaq möhürünün toxunulmazlığını,

2.Əgər sayğac mənzildə quraşdırılmışdırsa mütəmadi olaraq sayğac oxuyucusunun sayğaca baxış keçirməsini,

3.Sayğac göstəricisinə əsasən elektrik enerjisi haqqının ödənilməsinin,

4.Elektrik xəttləri və sayğacın istismara yararlı vəziyyətdə saxlanılmasını,

5.Istənilən hər bir nasazlıq üçün müvafiq Rayon Enerji Satışı və ya Rayon Elektrik Istismar Şəbəkəsi Idarəsinə müraciət edilməsinin təmin edilməsi.

6.Mənzilin yeni sahibi evin əvvəlki sahibindən elektrik enerjisindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməlidir.

7.Abonent istənilən zaman 40-66-88 nömrəli telofona zəng edərək borcuna dair məlumat əldə edə bilər.

8.Abonent hər ay müntəzəm olaraq istifadə etdiyi elektrik enerjisinin haqqını müvəkkil banklara ödəməlidir.

8.1 Istifadə edilmiş elektrik enerjisinin haqqı hər ay ödənilməsi fasiləsiz elektrik enerjisinin təminatıdır.

9. Abonent öz sayğacı üçün məsuliyyət daşıyır:

9.1. sayğacən itməsinə

9.2. sayğyca zərər dəyməməsinə

10.Aşağıda qeyd edilən hallarda sayğacı qaydasında olmayan abonentlər bu barədə dərhal müvafiq rayon üzrə Enerji Satış Regional Idarələrinə yazılı şəkildə müraciət etməlidirlər:

10.1. Alt qapaq möhürü olmayan halda

10.2. Dövlət möhürü olmadığı va ya pozulduğu halda

10.3. Sayğac hər hansı bir səbəbdən işləmədiyi halda

10.4. Sayğac yandığı halda

10.5. Sayğacın şüşəsi zədələndiyi halda




ABUNƏÇİLİK ÜÇÜN SƏNƏDLƏR

Əhali sektorunda abunəçilik üçün nəzərdə tutulan sənədlərin siyahısı:


1.Yeni abonent kartının açılmasına dair ərizə

2.Mənzil Istismar Idarəsindən qöstərilən mənzildə yaşadığına dair arayış

3.«Kupça», «Order» və ya icra müqaviləsinin surəti

4.Texniki şərt (yeni binalar istifadəyə verildikdə)

Qeyd olunan sənədlər təqdim olunduqdan sonra enerji alqı-satqı müqaviləsi bağlanaraq abonentə yeni kod verilir.




ABONENTLİYİN LƏĞV EDİLMƏSİ

Abunəçiliyin ləğvinə dair:


1. Abunəçilik, tikili müvafiq Icra Hakimiyyətlərinin inzibati əraziyə dair planına düşərsə və ya sökülərsə abonentin yazılı müraciəti əsasında ləğv edilir.

2. Abonent müvafiq Enerji Satışı Regional Idarəsinə yazılı müraciəti əsasında abunəçiliyi ləğv edə bilər

3. Bununla əlaqədar olaraq abonent borcunu tam ödədikdən sonra abunəçiliyi ləğv edilir.




SAYĞAC NƏDİR ?

Istehsal olunmuş elektrik enerjisi texniki uçotunu eləcədə elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq hesabını aparan cihaza ( hesablaşma uçot cihazı ) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq enerji sərfiyyatının hesablaşmasını aparan elektrik sayğacları elektrik qurğularının tərtibatı qaydalarına (PUQU) uyğun quraşdırılmalı və DÜIST (QOST) tələblərinə müvafiq olmalıdır.


Hesablaşma-uçot cihazları ( aktiv enerji və reaktiv güc ) elektrik sayğacları, elektrik enerjisinin topdan alıb satan istehlakçı və abonentlər lazımı hesablaşma uçot komplektləri ilə təmin olunmalıdır (cəryan və qərqinlik transformatorları).


Elektrik təchizatını bir mənbəyindən müxtəlif tarif qruplarına mənsub olan bir neçə istehlakçı qidalandırıla bilər. Bu halda hər tarif qrupu üçün ayrıca uçot cihazları sayğac quraşdırılmalıdır.





SAYĞAÇ OXUMA QAYDASI

Istifadə etdiyiniz elektrik enerjisi kilovat-saat (Kvts) ilə ölçülür. 1 kvts 1 saatda istifadə edilən 1000 vatt-dır. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kvts olaraq hesablanır. Sizin sayğaçınız hər ay Bakıelektrikşəbəkə ASC əməkdaşları tərəfindən oxunmaqdadır. Sizin ən son götürülən göstərici ilə, bir ay öncəki göstərici arasındakı fərq sizin ay üzrə istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.

İstifadə edilən elektrik enerjisinin ölçülməsi

Istifadə olunan elektrik enerjisinin miqdarını ölçmək üçün iki ayın göstəricisi olmalıdır.

Bu ayın sayğaç göstəricisi 4830

meter_charge2.gif, 8 kB

Keçən ayın sayğaç göstəricisi 4693

Ay ərzində istifadə olunmuş elektrik enerjisinin miqtarını tapmaq üçün aşağıdakı əməliyyat yerinə yetirilməlidir.

Bu ayın sayğaç göstəricisi               4830 kvts

Keçən ayın sayğaç göstəricisi       - 4693 kvts

İstifadə olunan elektrik enerjisi            137 kvts * 0.06 AZN = 8.22 AZN


Beləliklə 1 ay ərzində 137 kVt.s enerji istifadə edilmişdir. Daha sonra bu göstərici 1 kVt elektrik enerjisinin dəyərinə vurulur (0.06 AZN) və ay ərzində istifadə edilmiş elektrik enerjisinin manatla dəyəri hesablanır 8.22 AZN




BİLDİRİŞ NƏDİR ?

Enerji Təchizatı Təşkilatı tərəfindən təyin edilən hər sərfiyyat dövrünün istehlakına görə əhali qrupu üzrə abonentlərə bildiriş verilərək, qeyd edilən məbləğin ödəniş yeri göstərilir. Bu bildiriş elektrik enerjisinin haqqı vaxtında ödənilmədiyi tədqirdə elektrik enerjisinin kəsiləcəyi halda birinci xəbardarlıqdır. Istehlakçı, bildirişini aldığı tarixdən etibarən 10 təqvim günü ərzində qeyd edilən məbləği müvəkkil banklara ödəməyə borcludur. Qöstərilən müddətdə elektrik enerjisinin istehlak məbləği ödənilmədiyi tədqirdə, Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə əsasən Təchizatçı Abonentə hər hansı bir formada əlavə xəbərdarlıq etmədən elektrik enerjisinin təchizatını dayandırmaq haqqına malikdir. Abonent borcu tam ödədiktən sonra elektrik enerjisinin təchizatı bərpa olunur.

Bundan başqa, əhali qrupu üzrə abonentlər tərəfindən istifadə edilmiş elektrik enerjisinin haqqının vaxtında ödənilməməsindən yaranmış borcların istehlakçılar tərəfindən ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsini və ödənişlərin həyata keçirilməsini təmin etmək üçün Şirkətimizlə müvafiq Hüquq və Kəsim Şirkətləri arasında müqavilə imzalanmışdır.

Abonentlərə verilən bildirişin izahı aşağıda göstərilmişdir.




İSTEHLAK NECƏ ÖLÇÜLÜR ?

Istehlakçıya elektrik enerjisinin buraxılışı müəyyən olunmuş qaydalarla – «Müqavilə» əsasında həyata keçirilir.

Istehlakçı ilə enerji təchizatı təşkilatı arasında bağlanılmış müqavilədə istehlakçının adı, gücü,elektrik enerjisindən istifadəni hesablayan elektrik sayğacları və fəaliyyət növü göstərilir.

Istehlakçının müqavilədə təyin olunmuş, artıq gücdən istifadə etməsinə, yeni elektrik qurğularını istismara verməsinə və eləcə də şəbəkəyə yeni subabonentlər birləşdirməsinə ancaq elektrik enerjisindən istifadə müqaviləsində müvafiq dəyişikliklər etdikdən sonra enerji təchizatı təşkilatının icazəsi ilə həyata keçirilir.

Elektrik enerjisinin texniki uçotunu aparmaq və eləcə də elektrik enerjisinin sərfiyyatına nəzarət üçün stansiya və yarımstansiyalarda, iri tutumlu sənaye müəssisələrdə, strateji əhəmiyyətli obyektlərdə kommersiya müəssisələri və əhali yaşayan evlər və mənzillərdə müvafiq elektrik sayğacları quraşdırılır.



ilk10izah.gif, 0 kB