|
|
HƏMKARLAR İTTİFAQI
 |
20 oktyabr «Energetiklər günü» ərəfəsində Bakıelektrikşəbəkədə 50 ildən artıq fasiləsiz işləyən, Yasamal RETSİ-nin 10/6/04 kV İstismar şöbəsinin elektrik montyorları Abdullayev Sabir Hənifə oğlu və Cavadova Məhluqə Cəlal qızının, həmçinin elektrik montyoru vəzifəsində çalışan İsgəndərov Hüseyn Kərim oğlunun - 70 illik yubileyi şərəfinə görüş keçirilmişdir. Onlara Səhmdar Cəmiyyətinin və Həmkarlar İttifaqı Komitəsinin adından təbrik məktubu, fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.
|
 |
13 sentyabr 2007-ci il tarixdə əməkdaşların 1-ci sinifə gedən və ali məktəblərə qəbul olunmuş övladları şərəfinə «Təbəssüm» şadlıq evində görüş keçirilmişdir. Görüşdə 96 nəfər 1-ci sinif uşaqları öz valideyinləri ilə, 68 Nəfər ali məktəblərə daxil olan tələbələr dəvət olunmuşlar.
1-ci sinifə qədəm qoyan uşaqlara dərs ləvazimatları ilə dolu çantalar, hər uşaq üçün fərdi olaraq fotoşəkilləri ilə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri cənab B.Rzayevin adından təbrik məktubu yazılmışdır. 1-ci kurs tələbələrin hər birinə İdarə Heyətinin rəhbərliyi tərəfindən 100 manat mükafat verilmişdir.
Tədbir ziyafət və musiqili proqramla başa çatmışdır.
|
 |
16 may 2007-ci il tarixdə Səbail rayonu ET və Sİ-nin 110/35/20 kV İstismar şöbəsindəlaborant vəzifəsində işləyən şəhid ailəsi Bibixanım Bağırovanın 50 illik yubileyi xüsusi təntənə ilə qeyd edildi.
Yubiley münasibəti ilə Səhimdar Cəmiyyəti İdarə Heyətinin sədrinin təbrik məktubu oxunmaqla gül dəstəsi və pul mükafatı təqdim olunmuşdur.
|
 |
8 may 2007-ci il tarixdə «Qələbə» bayramı münasibəti ilə «İşıq» kafesində vaxtilə Bakıelektrikşəbəkədə müxtəlif sahələrdə çalışmış müharibə veteranları ilə görüş keçirilmişdir.
Görüşdə müharibə veteranları, Qarabağ müharibəsi iştirakçıları və ordudan təxris olunmuş gənclər, idarə heyətinin rəhbər işçiləri iştirak etmişdir.
Veteranlara ASC-nin İdarə Heyəti sədrinin təbrik məktubu oxundu və pul mükafatları verildi.
Veteranlarla xatirə şəkilləri çəkildi.
|
 |
29.12.2006-cı il tarixdə «Xəmsə» istirahət mərkəzində Yeni il münasibəti ilə «Bakıelektrikşəbəkə» ASC-də işləyən 155 nəfərdən ibarət gənclərin şənlik gecəsi keçirilmişdir.
Tədbirdə «Bakıelektrikşəbəkə» ASC-nin sədri Baba Rzayevin əməkçilər üçün təbrik məktubu oxunulmuş, xüsusi ssenari əsasında konsert, müxtəlif əyləncəli oyunlar, konkurs və viktorinalar keçirilmişdir.
31 dekabr 2006-cı il ərəfəsində 3026 nəfərə yeni il və Qurban bayramı münasibəti ilə hər adama 2 kq düyü, 1 kq yağ və 1 ədəd toyuq verildi. Bütün təşkilatı işlər Həmkarlar İttifaqı Komitəsi tərəfindən yerinə yetirilmişdir. |
 |
20 yanvarda «Bakıelektrikşəbəkə» ASC və HİK-si adından Şəhidlər Xiyabanına ziyarət edilərək əklil qoyuldu. Həmin gün Xətai rayon İstismar idarəsində elektrik montyoru işləmiş, qəhrəmancasına Şəhid olmuş «20 yanvar Şəhidi» Ağahüseynov Ağahəsənin evində olub, ailəsi ilə birgə mərhumu yad edərək SC-i adından 70 manat, HİK-si adından 30 manat maddi yardım edildi |
 |
Şəhid və əlil ailələrinə yardım
Respublikada şəhid və əlil ailələrinə Dövlət tərəfindən göstərilən müvafiq təminatlarla yanaşı «Bakıelektrikşəbəkə»sində işləmiş və hal-hazırda işləyən həmin kateqoriyadan olan ailələrin 7 övladına hər ay maddi yardım verilməsi barədə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Səhimdar Cəmiyyətinin rəhbərliyinə olan müraciətə müsbət münasibət bildirilərək əmrləşdirilmişdir.
|
 |
Həmkarlar İttifaqı Komitəsi əməkdaşların ad günləri münasibətilə kollektivin iştirakı ilə 6 nəfərin yubiley yaşlarını qeyd etmişdir. Həmin mərasimlərdə «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədrinin təbriki və mükafatı təqdim olunmuşdur.
Hal-hazırda təqaüddə olan Sahib Məmmədovun 80 illiyi onun ailəsinin əhatəsində qeyd edilərək, energetika sahəsində 65 illik fəaliyyəti «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri cənab Baba Rzayev tərəfindən xüsusi təbriklə və pul mükafatı ilə qiymətləndirildi. |
 |
8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Həmkarlar İttifaqı Komitəsinin qadın komitə üzvlərinin, təmsilçilərinin və fəallarının toplantısı keçirildi. Toplantı iştirakçılarına hədiyyələr verilməklə, «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədrinin təbriki oxundu. |
 |
Novruz bayramı münasibəti ilə «Bakıelektrikşəbəkə» ASC tərəfindən əməkdaşlar üçün ayrılmış ərzaq sovqatının verilməsi ilə bağlı bütün təşkilatı işlər Həmkarlar İttifaqı Komitəsi tərəfindən yerinə yetirildi. |
 |
«Bakıelektrikşəbəkə» ASC və Kommunal-məişət Müəssisələri Həmkarlar İttifaqı Respublika Komitəsinin Ümumdünya Əməyin Mühafizəsi (28 aprel) gününə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirənin işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Sahə Həmkarlar İttifaqı Komitəsinin, Dövlət Əmək Müfəttişliyinin və Səhmdar Cəmiyyətin rəhbərliyi iştirak etmişdir. Seminarda rayonların idarə və xidmət rəisləri, istehsalat sahələrinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bilavasitə məsul şəxsləri iştirak etmişdir.
Seminarda «Bakıelektrikşəbəkə»də işçilərin əmək və sağlamlığının mühafizəsi sahəsində aparılan işlərdən qarşıda duran vəzifələrdən ətraflı danışıldı.
Seminar-müşavirədə ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının göstəriş və tövsiyyəsi ilə «Bakıelektrikşəbəkə»sində əsaslı yenidənqurma işlərinin müasir avadanlıq və texnologiya ilə qurulması, həmçinin onun istismarı zamanı təhlükəsiz əmək şəraitinin yaradılması xüsusi vurğulandı.
|
|
|
|