İdarə aşağıdakı struktur bölmələrindən ibarətdir:
Ümumi və Sosial işlər şöbəsi
Kadrlar şöbəsi
Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası şöbəsi
Tədris mərkəzi
Mülki müdafiə qərargahı
Avtonəqliyyat xidməti
Hüquq xidməti
Mətbuat xidməti
Mühafizə xidməti
Qəza xidməti
SC-in hüquqi, ümumi, sosial, idari, mətbuatla iş, avtonəqliyyat xidməti, əməyin mühafizəsi, tədrisin təşkili ilə əlaqədar tabeliyində olan struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək.
SC daxili prosedur qaydalarını müəyyən edən sənədlərin hazırlanmasında ıştırak etmək və ya onları hüquqi ekspertizadan keçirilməsini təmin etmək.
Əlaqədar struktur bölmələrinin təmsilciləri ilə birlikdə müqavilələr hazırlamaq və ya hazırlanan müqavilələri tədqiq etmək.
Azərbaycan Respublikası məhkəmələrində və hüquq-mühafizə orqanlarında müvafiq etibarnaməyə əsasən CÜ-yby təmsil edilməsi və onun mənafeyinin qorunmasnı təmin etmək.
Idarəyə daxil olan sənədlərlə bağlı əsaslandırılmış cavablar hazırlatmaq.
Zəruri olduğu təqdirdə, məhkəmə prosesi, müqavilələr üçün hüquqi məsləhətlərin alınması və s. kimi məsələlərdə peşəkar hüquq şirkətlərinin xidmətindən istifadə edilməsini təmin etmək.
Hüquqi prosesləri izləmək və bu proseslər barədə CÜ daxilində əlaqədar şəxslərə və ya instansiyalara məlumat vermək, praktiki fəaliyyətlərdə zəruri dəyişiklikləri və ya planlaşdırmaları həyata keçirmək.
Qüvvədə olan normativ-hüquqi aktlara dair şərhlər hazırlanmasını təmin etmək.
Müxtəlif məsələlərin tənzimlənməsi ilə bağlı qanunvericilik rejiminə dair memorandumlar hazırlanmasını təmin etmək.
İşçilərin iş qabiliyyətlərini və potensiallarını artırmaq məqsədi ilə kurslar təşkil etmək, təkmilləşdirmək və istiqamətləndirmək.
İdarəda hazırlanmış hüquqi sənədlərin və hüquqi baxımından icraatında olan məsələlər (məhkəmə işlərinin vəziyyəti, hazırlanan SC daxili sənədlər, yazılan məktublar, ortaya çıxan hüquqi problemlər) barədə hər həftə Rəhbərliyə məlumat verilməsini təmin etmək.
SC-nin işçiləri üçün tətbiq edilən nizam-intizam qaydaları və onların hüquqi nəticələri barədə münasibət bildirmək və bu məsələlərlə bağlı təşkil edilən komissiyalarda iştirak etmək.
Digər struktur bölmələri tərəfindən hazırlanan əmr, sərəncam, göstəriş və s. sənədlərin hüquqa uyğunluğu və nəticələri barədə münasibət bildirmək.
Qüvvəyə minmiş və ya dəyişikliklər edilmiş normativ-hüquqi aktlar barədə SC-nin idarə və şöbələrinin vəzifəli şəxslərinə məlumat vermək.
SC-yə daxil olan ərizə və məktubların, tabeliyindəki struktur bölməsi tərəfindən SC daxili sənədlərin qeydiyyatdan keçirilməsi, ümumi korespondensiya dövriyyəsinə nəzarət, daxil olan korespondensiyaların SC rəhbərliyinə çatdırılması, xidməti və digər sənədlərin vaxtında baxılmasının təşkili, aidiyyati üzrə göndərilməsi, ərizə və məktubların icrasının təqib edilməsini təşkil etmək.
SC tərəfindən göndərilmiş və nəzarətə götürülmüş sənədlərin icrasının təqib edilməsini təşkil etmək.
Ərizə və şikayətlərə baxılması, onların vaxtında icra olunmasına dair sənədlərin yoxlanılmasını planlaşdırmaq.
SC-nin sosial siyasətinə uyğun olaraq sosial yönümlü tədbirlərin planlaşdırılması, rəhbərliyə təkliflər verilməsi, rəhbərliyin qərarına müvafiq olaraq sosial tədbirləri yerinə yetirmək.
Tibbi-sosial icbari sığorta işləri il əlaqədar təkliflər vermək.
Qanunvericilikdə nəzərdə tutulandan əlavə, Kollektiv müqavilədə müəyyən edilmiş sosial xarakterli öhdəliklərin icrasına nəzarət etmək.
SC-də istifadə edilən bütün model, nümunə, blank və hesabat formalarının, möhür və ştampların SC-nin ümumi prinsiplərinə uyğun olaraq hazırlanmasını təmin etmək, onların sifarişini təşkil etmək.
SC-nin arxivi və kitabxanasının işinin təşkilinə nəzarət etmək.
SC-də vətəndaşların, abonentlərin məktub, ərizə və şikayətləri ilə əlaqədar işin təşkili, eləcə də rəhbərlik tərəfindən vətəndaşların qəbulunu təşkil etmək.
SC-nin idarə, şöbə və rayon-sahə struktur bölmələrində kargüzarlıq işinin aparılması qaydalarının yoxlanılması və praktiki-metodik köməklik göstərilməsini təşkil etmək.
SC-nin daxili strukturlararası və vətəndaşlar, istehlakçılarla SC-nin strukturlararası koordinasiya işlərini təşkil etmək.
SC-nin insan resursları strategiyasını və məqsədlərini müəyyən etmək və tətbiq ediləcək insan resursları sistemlərinin təkmilləşdirilməsini həyata keçirmək.
SC-nin ehtiyacına müvafiq insan resurslarının müəyyən edilməsini, bu istiqamətdə işçilərin təmin edilməsi və mövcud işçilərin püxtələşməsi prosesini həyata keçirmək.
SC-nin perspektiv inkişafına uyğun olaraq CV bankın formalaşdırılmasını təmin etmək, müvafiq vəzifələr üzrə namizədlər arasında ilkin müsahibə aparılmasını təşkil etmək.
SC-də tətbiq ediləcək əmək haqqı siyasətininin əsasları və istiqamətləri haqda təkliflər hazırlayıb, ədalətli və qabiliyyətə əsaslanan maaş və mükafat sisteminin tətbiq olunmasını həyata keçirmək.
Əmək qanunvericiliyindən irəli gələn bütün işlərin həyata keçirilməsini və bununla bağlı qanuni sənədlərin vaxtında hazırlanmasını, qeydiyyata alınmasını, izlənməsini və bölmələrə göndərilməsini təmin etmək.
SC-nin işçilərinin şəxsi qovluqlarının formalaşdırılması və bununla əlaqədar müvafiq qeydiyyatların aparılması, insan ehtiyatları üzrə cari və perspektiv planların işlənib hazırlanması, işçilərin seçilməsi və düzgün yerləşdirilməsi və vəzifələrinin dəyişdirilməsini təmin etmək.
SC-nin işçilərinin daimi olaraq peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yeni texnika və texnologiyanın tələblərinə uyğun olaraq ixtisaslarının artırılmasını təmin etmək.
İşçilərin məhsuldarlığını və motivasiyasını artırmaq məqsədi ilə təlim keçirmək, onları istiqamətləndirilməsini təşkil etmək.
Struktur bölmə rəhbərlərinin kadrlara olan təlabatını qiymətləndirərək SC-nin idarə və xidmət sahələrinin kadrlara olan ehtiyacını müəyyənləşdirmək və bu barədə rəhbərliyə təkliflər vermək.
SC-nin kadr işlərini təşkil etmək. Kadr axınının səbəblərini araşdırmaq, onun aradan qaldırılması üçün tədbirlər hazırlayıb rəhbərliyə təqdim etmək.
İxtisas, intizam və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, məzuniyyətdən vaxtında istifadə edilməsinə nəzarət etmək.
Şəxsi işlərin arxivini aparmaq, vaxtı keçmiş işlərin SC-nin arxivinə verilməsini təşkil etmək.
Kadr ehtiyatları üzrə hesabatların tərtibi, tələb olunan yerə vaxtında təqdim edilməsini təşkil etmək.
SC-nin işçilərinin təqaüdə çıxması üçün lazım olan sənədləri hazırlamaq.
İşçilərin hazırki və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək.
Əmək kitabçalarının işlənməsini və içliklərinin qanuna müvafiq doldurulmasını və saxlanılmasını təmin etmək.
Kadrların hazırlanması və fasiləsiz olaraq işçilərin kvalifikasiya dərəcələrinin artırılması üçün proqramlar, iş planları tərtib edib icrasını təmin etmək.
SC-nin struktur bölmələrində işə davamiyyət və əmək intizamının təşkil edilməsinə nəzarət etmək.
İşçilərin sınaq müddəti ilə əlaqədar struktur bölmələrindən rəy alınmasını təmin etmək.
Kadrların iş prosesində vəzifə funksiyalarına uyğunluğu haqda struktur bölmə rəhbərindən müvafiq arayışlar almaq.
İşçilərin işə qəbulu, işdən azad edilməsi, daxili yerdəyişməsi kimi məsələlərlə əlaqədar aidiyyatı struktur bölmə rəhbərindən müvafiq rəy almaq, arayış tələb etmək.
SC daxilində vəzifələrin dəyişdirilməsi üzrə müvafiq bölmə rəhbərinin təqdimatına münasibət bildirmək. Ştat ixtisarı haqda təkliflər hazırlamaq.
Yeni texnologiyaların tələblərinə uyğun olaraq istehsalatdan ayrılmadan ixtisasartırma kursları təşkil etmək.
SC-nin istehsalat ehtiyaclarını nəzərə alaraq, işə cəlb edilən gənc mütəxəssislərin peşə hazırlığının yoxlanılaraq onların lazimi istiqamətlərə yönəldilməsini təşkil etmək.
Kadr hazırlığına aid metodiki sənədlərin işlənib hazırlanmasını təmin etmək və bu barədə istehsalat zərurətinə əsaslanaraq, mütəmadi seminarlar, dərslər keçirilməsini təşkil etmək. Peşə hazırlığı üzrə keçirilən dərslərdə işçilərin davamiyyətinə, həmçinin dərslərin keyfiyyətinə nəzarəti təmin etmək.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, təhsil müəssisələri və əmək birjaları ilə əlaqə yaradaraq gənc mütəxəssislərin cəlb edilməsi, işçilərin təhsil müəssisələrində ixtisasartırma kurslarında iştirakı üçün tədbirlər görmək.
Beynəlxalq təcrübəyə əsaslanaraq yeni iş metodlarına uyğun kadrların hazırlanması üçün tədbirlər görmək.
SC işçilərinin vəzifə funksiyalarına tələb olunan səviyyədə riayət edilməsi ilə əlaqədar metodiki yoxlamalar aparmaq, aparılmış yoxlamaların nəticələri haqqında arayışlar hazırlamaq.
SC adından ictimaiyyət üçün KİV-ə məlumat verilməsini təşkil etmək.
Bütün Reklam və Elan formalarının SC-nin ümumi prinsiplərinə uyğun hazırlanmasını təşkil etmək.
SC-nin struktur bölmələrində Əməyin mühafizəsi, Təhlükəsizlik texnikası və Mülki müdafiə işinin təşkili üçün zəruri tədbirləri görmək.
SC-nin ümumi prinsiplərinə və texniki təhlükəsizliyə uyğun olaraq işçilərin xüsusi geyim formaları ilə təmin olunmasını təşkil etmək.
İş yerlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə uyğun standartlara cavab verməsini təmin etmək.
Fəaliyyət dairəsinə daxil olan bütün funksiyalarla bağlı sistemlərin müntəzəm surətdə həyata keçirilməsini, yeni sistemlərin hazırlanmasını və mövcud sistemlərin təkmilləşdirilməsini təmin etmək.
Göstərilən vəzifə və səlahiyyətlərlə bağlı zəruri məlumatları, hesabatları, prosesləri və ortaya çıxan problemləri rəhbərliyə bildirmək və mövcud fəaliyyətlər barədə məlumat vermək.
SC-nin ümumi təsərrüfat-təmizlik işləri, abadlıq işləri, servis maşınlarına nəzarət, yeməkxana xidmətləri, səyahət planlaşdırılması, bunlardan irəli gələn sifariş işlərini təşkil etmək.
SC-nin ofis və təmizlik ləvazimatları kimi inzibati satınalmalarla bağlı tələbatını müəyyən etmək.
Rəhbərlərin ehtiyacı olan səyahət planlaşdırılması, otel və təyyarə bronu, qonaqların qarşılanması kimi servislərin tam və vaxtında təmin edilməsini həyata keçirmək.
SC-də istifadə edilən müxtəlif növ blank və hesabat formalarının qəbul edilib aidiyyatı strukturlara bölüşdürülüb çatdırılmasını təşkil etmək.
SC-nin xarakterik xüsusiyyətlərinə uyğun olaraq SC daxili tərtibat, dizayn işlərini yerinə yetirmək.
SC-nin struktur bölmələrini ofis ləvazimatı mebel, inventar, gündəlik tələbat malları, dəftərxana ləvazimatı, təmizlik-təsərrüfat malları ilə təmin etmək.
SC-nin kommunal xidmətlərini, ofis avadanlıqlarına xidmət, təmir, cari işlərin təşkili, kommunal, icarə, xidmət müqavilələrinin bağlanmasını təşkil etmək.
SC-nin struktur bölmələrinin yerləşdiyi binaların cari təmiri və ərazinin abadlaşdırılması ilə əlaqədar təkliflər vermək, müvafiq işlərin icrasını təşkil etmək.
Nəqliyyat vasitəsi və təchizatların işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
SC-nin struktur bölmələrinin, xüsusi ilə operativ istehsalat sahələrinin avtonəqliyyat vasitəsinə, maşın-mexanizmlərə olan tələbatını öyrənmək, onları təmin etmək, maşın-mexanizmlərin məhsuldar çalışmasını təmin etmək, boşdayanmaların qarşısın almaq, təmir servisini qurmaq.