TARİXİMİZ

Azərbaycan Elektrik Şəbəkəsi haqqında ümumi məlumat

Bakıelektrikşəbəkəsini kimlər İdarə edib.

Arxiv materiallarından və şəbəkədə uzun müddət işləyən şəxslərdən əldə edilən məlumatlara əsasən, 1944-cü ildən indiyədək "Bakıelektrikşəbəkəsi" nə rəhbərlik etmiş şəxslər haqda məlumatları diqqətinizə çatdırırıq.


01 Yanvar 2002-ci ildən Avqust 2006-cı ilədək "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-yə idarəetməyə verilmişdir.


Rzayev İdris Cəlil oğlu.
1948-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olub. Noyabr 2001-ildən-31 dekabr 2001-il dövründə Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib.


Pirverdiyev Etibar Sinabəddin oğlu.
1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. İyun 2000- noyabr 2001-illər Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib. HazırdaAzərenerji ASC-nin prezidenti vəzifəsində işləyir.


Ələsgərov Yusif
1964-cü ildə anadan olub. 1998-2000-ci illər Bakıelektrikşəbəkə İB-nin baş Direktoru işləyib


Abdullyaev İbrahim Hüseyn oğlu.
1942-ci ildə Bakı şəhərində anadan olub.1988-1998ci illər Bakıelektrikşəbəkə İstehasalat Birliyinin Baş direktoru işləyib.


İsayev Nəriman Agaxan oğlu.
1930-cu ildə Bakı şəhərində anadan olub. 1986-1988-ci illər Bakıelektrikşəbəkə İstehsalat Birliyinin Baş direktoru vəzifəsində işləyib N.İsayev 1988-ci ildə vəfat edib


Əlizadə Müseyib Əli İsgəndər oğlu.
1916-cı ildə Bakı şəhərində anadan olub. 1953-1986-cı illər Bakı elektrik şəbəkəsinin direktoru işləyib.


Rüstəmov Surxay
1951-1953-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.


Qədirov Heybət Həsən oğlu
1949-1951-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.


Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu
1919-cu ildə Bakı şəhərinin Maştaga qəsəbəsində anadan olub. 1944-1949-cu illər Bakı şəhəri Elektrik Şəbəkəsi İdarəsinin direktoru vəzifəsində işləyib. P.M.Hüseynov 1977-ci ildə vəfat edib.



ilk10izah.gif, 0 kB