Televiziya kanallarında Bakıelektrikşəbəkə ASC haqqında verlən məlumatlar

  












BAKININ ƏKSƏR PARKLARINDA VƏ ICTIMAI YERLƏRINDƏ IŞIQ KƏSILIB

[8 Avqust, 2007]

Bakı Elektrik Şəbəkəsi avqustun 8-də Bakının əksər parklarına, fəvvarələrə, liftlərə, yeraltı keçidlərə verilən elektrik enerjisini dayandırıb. Bu barədə “Azadlıq” radiosuna məlumat verən şəbəkənin sözçüsü Tanrıverdi Mustafayevin sözlərinə görə, bununla əlaqədar Mənzil Kommunal Təsərrüfatı Departamentinə və rayon icra hakimiyyətlərinə xəbərdarıq məktubu göndərilib

İşığın kəsilməsi külli miqdarda borclarla əlaqədardır. “Onlardan bəziləri bizim bizim xəbərdarlığımızdan sonra borclarını ödəyiblər” – deyən cənab Mustafayevin sözlərinə görə, elektrik enerjisi yalnız borcların tam ödənişindən sonra bərpa olunacaq.


“BAKIELEKTRİKŞƏBƏKƏ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SAAT 15:00-DAN ETİBARƏN BORCLU ABONENTLƏRİN ENERJİ TƏCHİZATININ DAYANDIRILMASINA BAŞLAYIB

[15 Fevral, 2007]

Bu barədə «Carçı»ya «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhərinin 11 rayonunda, o cümlədən, Bakıətrafı qəsəbələrdə əhaliyə istehlak olunan elektrik enerjisinə görə borcların ödənilməsi barədə «Bakıelektrikşəbəkə»nin xəbərdarlığının müddəti başa çatır. Hər bir istehlakçıya borcu haqqında rəsmi bildiriş verilib.