|
|
SOSİAL İŞLƏRİMİZ VƏ XEYRİYYƏÇİLİK
"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı ilk gündən əsas fəaliyyət istiqamətindən əlavə SC-də çalışan işçilərlə əlaqədar kompleks sosial proqramlar həyata keçirilməyə başlanıb. Bu baxımdan icra olunan sosial proqramların statistikasını diqqətinizə çatdırırıq:
07.03.2010 8 Bakıelektrikşəbəkə ASC öz kollektivini 8 Mart-Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik etmişdir
|
Mart ayının 7-də Beynəlxalq Qadınlar günü münasibəti ilə «Çanaq Qala» restoranında tədbir keçirilmişdir. Mərasimə "Bakıelektrikşəbəkə"ASC-də işləyən qadın fəalları dəvət edilmişlər.
Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin İnsan Resursları və Xidmət idarəsinin rəisi, Tərlan Dadaşov açmışdır. O, ilk öncə iştirakçıları "Bakıelektrikşəbəkə"ASC-nin sədri, cənab Baba Rzayevin adından təbrik etmiş, xoş arzularını bildirmişdir. Tərlan Dadaşov son illərdə şəbəkələrdə aparılan yenidənqurma və tikinti işlərindən danışmış və bu işlərin kollektivin iqtisadi və mənəvi həyatında dəyişiklər yaratdığını konkret rəqəmlərlə ifadə etmişdir.
Kommunal və Xidmət-İş Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Gülşən xanım Qədimova yığıncaq iştirakçılarını təbrik edərək onların bir qrupuna Respublika komitəsinin Fəxri Fərmanlarını təqdim etmişdir.
Bayram tədbiri, konsert proqramı və ziyafətlə davam etmişdir.
|  |
ELEKTRİKLƏRIMIZ QALIB OLDU
|
2010- cu ilin dekabrın 10-dan 20-dək Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatı üzvlərinin sağlamlığını və fiziki inkişafını təmin etmək məqsədi ilə sahələrarası ənənəvi IV Spartakiadası keçirilmişdir.
"Bakıelektrikşəbəkə"ASC idmançıları yarışlarda Sahə həmkarlar təşkilatını təmsil etmişlər. Ayrı-ayrı idman növlərinin yer aldığı Spartakiadada layiqincə iştirak edən əməkdaşlarımız nərd üzrə yarışların qalibi olmuşlar. Aktların Uçotu və İcrasına Nəzarət şöbəsinin mütəxəssisi Mahir Abdullayev, Texniki İstehsalat şöbəsinin mütəxəssisi Araz Məmmədxanov və Həmkarlar İttifaqı Komitəsinin mütəxəssisi Məmməd Tağıyev finalda qalib gələrək birinci yer tutmuşlar.
Qaliblər fəxri fərman, diplom, qiymətli əşyalar və pul vəsaiti ilə mükafatlandırılmışlar. |
 |
TƏLƏBƏ ADI, VALİDEYİN SEVİNCİNİN DADI...
Bu günlərdə "Bakıelektrikşəbəkə"ASC rəhbərliyi və cəmiyyətin Həmkarlar İttifaqı Komitəsi, Çanaq-Qala restoranında, valideyinləri şəbəkənin ayrı-ayrı strukturlarında işləyən, 2010-cu ildə ali məktəblərə qəbul olmuş tələbələrin iştirakı ilə bayram şənliyi keçirmişdir.
Mərasimi giriş sözü ilə Səhmdar Cəmiyyətin İnsan Resursları və Xidmət idarəsinin rəisi cənab Tərlan Dadaşov açmışdır. O,cəmiyyətin sədri cənab Baba Rzayevin və öz adından bu əlamətdar uğur münasibəti ilə gənc tələbələri, həmçinin onların valideyinlərini təbrik etmişdir.Daha sonra çıxış edən, Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Ramiz Zeynalov, Respublika sahə həmkarlar ittifaqı komitəsinin katibi Gülşən xanım Qədimova və digər valideyinlər də bu təbriklərə qoşulmuş, sabahımızın yetkin mütəxəssisləri olacaq tələbələrə öz arzu və diləklərini bildirmişlər.
Tələbə adı qazanan 75 gəncdən bir necəsi Rusiya,Ukrayna və Böyük Britaniya kimi xarici ölkələrdə təhsil alacaqlar. 600 baldan yuxarı göstəriciləri olan tələbələr Fəxri Fərmanlarla mükafatlandırılmışlar.
Bayram şənliyi konsert proqramı və ziyafətlə davam etmişdir. |
 |
TÜRKİYƏ RESPUBLİKASINDAN GƏLƏN HİZMƏT-İŞ SENDİKAÇILARI AZƏRBAYCANDA
| Bir neçə gündür ki, qardaş Türkiyə respublikasından Türk hizmet-iş sendikasının 6 nəfərlik numayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. Səfərin ilk günü qonaqlar Yerli Sənaye və kommunal məişət Müəsisələri İşçilərinin Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədri Telman Hacıyev, BakıelektrikşəbəkəASC-nin Həmkarlar Təşkilatının sədri Ramiz Zeynalov və digər şəxslərlə birgə fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirə kompleksində olmuş, məzarüstü abidənin önünə gül- çiçək dəstələri düzmüşlər.Bir qədər sonra şəhidlər xiyabanında, 1918-ci ildə Bakının erməni daşnaklarından təmizlənməsi zamanı həlak olmuş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə və məzarlıq da ziyarət olunmuşdur. Daha sonra qonaqlar şəhidlər xiyabanını ziyarət edərək 1990-cı il 20 yanvar hadisələrinin qurbanlarını da ehtiramla yad etmişlər. Günün ikinci yarısı nümayəndə heyəti Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin qəbulunda olmuş, iki qardaş dövlətin aidiyyəti qurumlarının iş təcrübəsi və digər müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar. Qonaqlar Bakıelektrikşəbəkə ASC-nin ötən il istifadəyə verilmiş bir neçə yeni güc mərkəzlərində olmuş, iş yerləri və işçilərin əmək şəraiti ilə də yaxından tanış olmuşlar. |
 |
2010-cu il yanvar ayının 2-dən 4-dək Azərbaycanın Şəki və Qəbələ rayonlarına gəzintisi
| Bakıelektrikşəbəkə ASC-də çalışan əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi və sosial fəaliyyət çərçivəsində Səhmdar cəmiyyət ənənəvi tədbirlərini davam etdirməkdədir. Bu tədbirlər çərçivəsində SC-nin bir qrup üzvü 2010-cu il yanvar ayının 2-dən 4-dək Azərbaycanın Şəki və Qəbələ rayonlarında gəzintisində olmuşlar. |
 |
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 91 illiyi haqqında yığıncaq
| Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 91 illiyi haqqında yığıncaq |
 |
Böyük Vətən Müharibəsi iştirakçılarının mükafatlandırılması
| Böyük Vətən Müharibəsi iştirakçılarının mükafatlandırılması |
|
Ümummilli Lider H.Əliyevin anadan olmasının 86-cı ildönümü
| 10 may 2009-cu il tarixində Ümummilli Lider H.Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC-nin kollektivi Fəxri xiyabanda H.Əliyevin məzarını ziyarət etmişdir. |
 |
Ümumdünya əməyin mühafizəsi günü
22 aprel 2009-cu ildə Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar "Bakıelektrikşəbəkə"ASC Həmkarlar İttifaqı Komitəsi seminar-müşavirə keçirmişdir.
Seminar-müşavirədə Səhmdar Cəmiyyətin bu sahədə çalışan fəalları ilə maraqlı fikir mübadiləsi aparılmış, əməyin mühafizəsi ilə bağlı ən yeni nailiyyətlər, onların təbliği və tətbiqindən danışılmışdır.
Tədbirin sonunda əməyin mühafizəsində fərqlənənlərə pul mükafatları və fəxri fərmanlar təqdim olunmuşdur. Həmçinin istehsalatda zədə almışların və həlak olanların ailələrinə yardımlar edilmişdir.
Ümumiyyətlə, Səhmdar Cəmiyyətin Rəhbərliyinin yaxından köməkliyi sayəsində Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial məsələlərinin qismən həll olunmasına mütəmadi qayğı göstərir, vaxtaşırı mədəni-kütləvi tədbirlər təşkil edir.
|
|
Novruz bayramı
| Novruz bayramı münasibəti ilə hər bir işçiyə SC hesabına bayram sovqatı- ərzaq payları verilmişdir |
 |
8 mart Beynəlxalq qadınlar günü
| 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə SC-da çalışan 463 nəfər qadına pul mükafatı verilmişdir. |
 |
Maddi yardım
| "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı dövrdən indiyə qədər 88 əməkdaşa xəstəliklə əlaqədar 7770 ( yeddi min yeddi yüz yetmiş) manat həcmində maddi yardım göstərilib. |
 |
20 yanvar 1990-cı il
| 20 yanvar 1990-cı il hadisələrində BakıelektrikşəbəkəASC-nin şəhid olmuş ailəsinə maddi yardım göstərilmiş, kollektiv tərəfindən Şəhidlər xiyabanı ziyarət edilmişdir. Eyni zamanda SC 20 yanvar zamanı xəsarət almış işçisinə maddi yardım verilmişdir. |
 |
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü
| Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə SC işçilərinin hər birinə bayram sovqatı-ərzaq payları verilmişdir. |
 |
Işçilərin yeməyinin 50 % dəyərinin SC hesabından ödənilməsi
| "İşıq" kafesində işçilərin yeməyinin 50 % dəyərinin SC hesabından ödənilməsi haqda müvafiq sərəncam mütəmadi icra olunur. |
 |
Hərəyə bir ağac əkək
| Heydər Əliyev fondunun "Hərəyə bir ağac əkək" təşəbbüsünə qoşularaq Əzizbəyov rayonu ərazisində 10000-dək ağac əkilmişdir. |
 |
Ümummilli Lider H.Əliyevin anadan olmasının 84-cü ildönümü
| 10 may 2007-ci il tarixində Ümummilli Lider H.Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC-nin kollektivi Fəxri xiyabanda H.Əliyevin məzarını ziyarət etmiş və həmin gün SC-nin Akt zalında "Bakı şəhərinin elektrik təsərrüfatının inkişafı H.Əliyevin adı ilə bağlıdır" mövzusunda konfrans keçirilmişdir. |
 |
Yay mövsümündə işçilərin istirahəti
"Bakıelektrikşəbəkə" ASC üzrə verilmiş Ü/07-141 saylı 08.06.2007-ci il tarixli əmrə əsasən işçilərin qısa müddətli istirahətinin təşkili ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.O cümlədən 500 nəfərə qədər işçi SC hesabından, 308 nəfər işçi isə HİK hesabına istirahətə göndərilmişdir.İstirahət Azərbaycanın Regionlarındakı istirahət mərkəzlərində - Nabran şəhəri, Qax-İlusu zonası, Masallı və Şamaxı şəhərlərindəki istirahət mərkəzlərində təşkil edilmişdir. Eyni zamanda bir necə işçi ailəliklə 10 günlük istirahətə göndərilmişdir. SC hesabından istirahətə göndərilənlərin istirahətinin təşkili üçün ümumilikdə 45.401 manat, HİK hesabından 15.045 manat cəmi: 60.446 manat vəsait xərclənmişdir. |
 |
"Bakıelektrikşəbəkə" ASC-nin işçilərinin I sinfə gedən övladları 93 nəfər Ali məktəbə daxil olan övladlar 68 nəfər olmaqla valideyinlərin iştirakı ilə 280 nəfərlik ziyafət keçirilmişdir.
"Bakıelektrikşəbəkə" ASC-nin işçilərinin I sinfə gedən övladları 93 nəfər Ali məktəbə daxil olan övladlar 68 nəfər olmaqla valideyinlərin iştirakı ilə 280 nəfərlik ziyafət keçirilmişdir. Ziyafətdə əyləncəli proqram təşkil edilmiş HİK-si hesabından ilk məktəbə gedən hər bir uşağa məktəbli ləvazimatı, SC-nın hesabından Ali məktəbin I kursuna daxil olmuş hər bir gəncə 100 AZN vəsait verilmişdir. |
 |
İdman turnirləri təşkil olunmuşdur
İşçilərin idmana olan marağını nəzərə alaraq müxtəlif növ idman oyunları üzrə vaxtaşırı turnirlər təşkil edilir. |
 |
Xocalı haray abidə kompleksi ziyarət edilmişdir
SC-in kollektivi tərəfindən Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar Xocalı haray abidə kompleksi ziyarət edilmişdir. |
 |
Maddi yardım
SC-in Rəhbərliyi tərəfindən işçilərin sosial təminatının verilməsi barədə və onlara göstərilən maddi yardımların verilməsinin tənzimləməsi barədə müvafiq əmrlər verilmiş, cəmiyyət üzrə sosial komissiya yaradılmışdır. Qeyd edilən əmrlərin icrası ilə əlaqədar ötən müddətdə ilk ailə quranlara, 60, 70 illik yubileyi olanlara, yas mərasimi olanlara, "Bakıelektrikşəbəkə" ASC-nin dövründə və ondan əvvəlki dövrlərdə şəbəkədə çalışmış, istehsalatda zədə almış şəxslərə, təqəüdə çıxmış işçilərə həmçinin ötən illərdə şəbəkədə işləyərək təqaüdə çıxmış müharibə və əmək veteranlarına aşağıda göstərilən qaydada müvafiq yardımlar ödənilmişdir: |
 |
| Maddi yardım |
140 nəfər |
16.510 manat |
| Xəsarətə görə müavinət |
38 nəfər |
61.892 manat |
| Toy, yas və yubileylə əlaqədar |
120 nəfər |
14.320 manat |
Energetiklər günü
| 20 oktyabr 2006-cı il "Energetiklər günü" münasibəti ilə SC işçilərinin mükafatlandırılmışdır. |
 |
|